Xəbər Lenti
Bugün, 16:53
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Suskənd kəndində səyyar qəbul keçirib
Dünən, 18:40
ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT
28-09-2026, 13:31
27 sentyabr Azərbaycan tarixində xalqımızın milli iradəsini, vətən sevgisini və dövlətçilik əzmini nümayiş etdirən mühüm və unudulmaz tarixdir
28-09-2026, 10:49
ANIM GÜNÜ İLƏ BAĞLI GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
27-09-2026, 21:05
Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
Paşinyan London görüşündən niyə imtina etdi? (ŞƏRH)
"Danışıqlardan imtina sülhdən imtina anlamına gəlir".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Paşinyanın Londonda İlham Əliyevlə görüşdən imtina etməsini şərh edərkən deyib.
Natiq Miri bildirib ki, Ermənistan rəhbərliyi görüşü təşkil edən Böyük Britaniyanın hər zaman Azərbaycandan yana mövqe ortaya qoyması səbəbindən və bu müstəvidə görüşdə Londonun geosiyasi maraqları kontekstində olan mövzuların əsas predmet olacağını düşündüyündən imtina edib:
"Yəqin ki, Ermənistan rəhbərliyi bu barədə əvvəlcədən məlumatlandırılıb. Ermənistan rəhbərliyi bəyan edirsə ki, onlar imtina etməyib, əksinə dövlət başçılarının görüşməsini təklif ediblər, demək burada əsas məsələ müzakirə predmeti olan məsələlərdir. Ermənistan da məhz öz maraqları kontekstində olan məsələləri müzakirə etmək istəyib. Buna isə haqlı olaraq Azərbaycan razı deyil".

Natiq Miri qeyd edib ki, İrəvan zamana oynamaqla hansısa üstünlük qazanacağını düşünürsə, bu yanlış siyasətdir:
"Çünki danışıqlardan imtina sülhdən imtina deməkdir. Sülhün alternativi isə müharibədir".
Ona görə də ekspertin fikrincə, Azərbaycan masada sülh və hərb variantlarını paralel yürütməlidir:
"İstənilən silahın Ermənistana daxil olması fonunda həmin silahlar dərhal nöqtə atəşlərilə darmadağın edilməlidir ki, Azərbaycanın iradəsini bilsinlər. Belə ciddi iradə ortaya qoyulmalıdır ki, Ermənistan heç nəyə arxayın olmasın. Sülh haqqında düşünəcək biri varsa, o Ermənistan olmalıdır".
Qeyd edək ki, Avropa Siyasi İcmasının Londonda keçirilən görüşü çərçivəsində Ermənistanla Azərbaycan arasında görüşün keçirilməsi nəzərdə tutulurdu. Lakin Böyük Britaniyanın Azərbaycan və Ermənistan liderlərini bir araya gətirmək cəhdi İrəvanın destruktiv yanaşması səbəbindən baş tutmayıb.
Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, Ermənistanın bu görüşdən imtina etməsi onun dialoqdan və sülh gündəliyinin irəli aparılmasından geri çəkilmək niyyətinin təzahürüdür.
Rüfət Sultan






















































