Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
MEHMAN QƏHRƏMANOVA AĞIR İTKİ ÜZ VERİB – ƏMİSİ MİRİD QƏHRƏMANOV VƏFAT EDİB. ALLAH RƏHMƏT ELƏSİN!
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
"YAP-ın yaranması ölkənin siyasi gələcəyinə hesablanmış qərar idi" - DEPUTAT DANIŞDI
İLHAMƏ ABDULLAYEVA – TƏHSİL SAHƏSİNDƏ TOPLADIĞI ZƏNGİN TƏCRÜBƏ, PEŞƏKARLIQ VƏ MƏSULİYYƏTİ İLƏ YENİ MƏRHƏLƏYƏ DOĞRU!
Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın real iqtisadi nəticələrə çevrilməsi
“Prezidentin Vyetnama səfəri siyasi kursun möhkəmləndirilməsində əlamətdar mərhələdir”
“Ağ pələng”in izi ilə - Prezident İlham Əliyev 43 illik siyasi irsə yeni məzmun qazandırır
4 saylı Magistral avtomobil yollarının istismarı MMC Müşfiq qəsəbəsində yol və infrastruktur problemlərinin həlli istiqamətində mühüm işlər görür
“Kibermühitdə bu günün şifrəli sirr tarixçəsi sabahın açıq kitabıdır” - DTX-nin rəis müavini
Xəzər rayonunda abadlıq-quruculuq işləri geniş vüsət alır
Xəzər Rayon İcra Hakimiyyətinin Təsərrüfat Şöbəsinin müdiri Rəsul Rəsulov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır
Yayın gəlişi ölkənin təsərrüfat sahələrinin işində böyük canlanmaya səbəb olub. İndi respublikamızın bütün şəhər və rayonlarında genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri aparılır, səliqə-sahman yaradılır. Görülən işlər isə sadəcə olaraq kampaniya xarakteri daşımır, şəhər, qəsəbə və kəndlərimizin simasının daha da yaxşılaşdırılmasına, baxımlı olmasına xidmət edir. Bu da təsadüfi deyil. Çünki ölkə Prezidentinin tikinti-quruculuq və abadlıq işlərinin zövqlə, günün tələbləri səviyyəsində aparılmasına dair göstəriş və tövsiyələri tərəssüfat subyektlərinin üzərinə böyük məsuliyyət qoyur. Məhz buna görədir ki, son zamanlar ölkədə aparılan abadlıq-quruculuq və yenidənqurma işləri zövq oxşayır, şəhər, kənd və qəsəbələrin simasına əlavə yaraşıq gətirir. Bu baxımdan paytaxtın Xəzər rayonunda görülən işlər, həyata keçirilən tədbirlər də diqqəti cəlb edir.
Son illər abadlıq-quruculuq və yenidənqurma işləri rayon icra hakimiyəti rəhbərliyinin ən çox diqqət yetirdiyi məsələlərdəndir. Onu da qeyd etmək lazımdır ki, həyata keçirilən bu cür tədbirlərdə rayonun təsərrüfat subyektləri, ayrı-ayrı idarə, müəssisə və təşkilatları ilə yanaşı, sakinlər də yaxından iştirak edirlər. Artıq rayonda şənbə-bazar iməcilikləri ənənəvi xarakter alıb. Xəzər Rayon İcra Hakimiyyətinin Təsərrüfat Şöbəsinin müdiri Rəsul Rəsulov tutduğu vəzifəsində asılı olmayaraq özü də həftəsonu keçirilən iməciliklər zamanı rayonun bütün küçə və meydanlarında, park və xiyabanlarda, ayrı-ayrı məhəllələrdə səliqə-sahman işləri aparır, ağac və dekorativ bəzək kolları əkir, mövcud yaşıllıqlara qulluq göstərir.
Xəzər Rayon İcra Hakimiyyətinin Təsərrüfat Şöbəsinin müdiri Rəsul Rəsulov rayonda aparılan abadlıq-quruculuq və yenidənqurma işləri, kommunal sahədə həyata keçirilən tədbirlər bu gün də davam etdirilir. Xəzər Rayon İcra Hakimiyyəti rəhbərliyinin yaxından köməyi və diqqəti sayəsində bütün işlər yüksək səviyyədə və operativ surətdə həyata keçirilir ki, bu da sakinlərin dərin razılığına səbəb olur. Bununla da, uzun illər olan problemlər öz həllini tapmışdır.
Bununla yanaşı, bayram günlərində qəsəbə sakinlərinin istirahətinin təşkili üçün lazımi tədbirlər həyata keçirilir. Xəzər Rayon İcra Hakimiyyətinin Təsərrüfat Şöbəsinin müdiri Rəsul Rəsulov sakinlərlə sıx-sıx görüşlər təşkil edir və onların problemləri ilə tanış olub, həllində birbaşa iştirak edir.
Rəsul Rəsulov rəhbərliyin etimadını qazanaraq, ölkə prezidentinin əmr və sərəncamlarına xüsusi diqqət göstərərək və onların həyata keçməsində əlindən gələn işləri görməkdə davam edir.
Bizdə redaksiyamızın kollektivi və Xəzər Rayon İcra Hakimiyyətinin Təsərrüfat Şöbəsinin müdiri Rəsul Rəsulov-a gördüyü abadlıq və quruculuq işlərinə görə dərin minnətdarlıq bildiririk. Həmişə uğurlarınız bol olsun.
Hazırladı: Vüqar Əsədov
Araşdırmaçı jurnalist























































