Xəbər Lenti
Dünən, 17:02
Əsabil Qasımov 5 milyonluq əmlakı ələ keçirib, indi də sahibini və mətbuatı susdurmağa çalışır
13-11-2026, 15:07
BDYPİ-nin YPX Alayının 7-ci tağımının post komandiri Süleyman – “Dövlətə və dövlətçiliyə sədaqət andı”
13-11-2026, 10:17
Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı - Yeni detallar
12-11-2026, 18:57
Azərbaycan incəsənəti Çilidə: Santyaqoda Zəfər Gününə həsr olunmuş beynəlxalq sərgi açılıb
12-11-2026, 14:10
Qax RİH-nin başçısı Elvin Paşayev: KONSTİTUSİYA – MÜSTƏQİL AZƏRBAYCANIN QÜRURU, DÖVLƏTÇİLİYİNİN HÜQUQİ SÜTUNU VƏ XALQIN İRADƏSİNİN TƏCƏSSÜMÜ
12-11-2026, 13:53
12 NOYABR – KONSTİTUSİYA GÜNÜ: MÜSTƏQİL AZƏRBAYCANIN HÜQUQİ TƏMƏLİ, DÖVLƏTÇİLİK İRADƏSİ VƏ MİLLİ SUVERENLİYİNİN TƏNTƏNƏSİ
11-11-2026, 14:01
GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
10-11-2026, 21:07
Gülnara Həmidova: ŞAHİN BABAYEVİN ƏZİZ XATİRƏSİ QƏLBİMİZDƏ DAİM YAŞAYACAQ – BİR İLİN AĞRISI, BİR ÖMRÜN UNUDULMAZ İZLƏRİ...
Xəzər rayonunda təmizlik və abadlıqla bağlı ümumrayon iməciliyi keçirilib
Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 21 may 2022-ci il tarixində təmizlik və abadlıqla bağlı bütün qəsəbələr əhatə olunmaqla genişmiqyaslı ümumrayon iməcliyi keçirilib.
Səhər saatlarından başlanan iməcilik zamanı Xəzər rayonunda prospekt və küçələrin, səki kənarlarının, bordürlərin və buradakı işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilmişdir.
İməcilikdə həm də prospekt və küçələr boyunca yerləşən ictimai iaşə, ticarət və digər obyektlərin vitrinləri, köşklər və avtobus dayanacaqları yuyulub, ətrafı təmizlənib. İctimai iaşə, mağaza və digər obyektlərin əməkdaşları öz obyektlərinin fasad və vitrinlərinin yuyulması, onların qarşısında səliqə-sahman yaradılması işlərində fəallıq göstəriblər.
Həmçinin, idarə, müəssisə və təşkilatların, xüsusilə təhsil və səhiyyə müəssisələrinin kollektivləri, şagirdləri də bu iməcilikdə yaxından iştirak ediblər.
İməcilik zamanı yeni yaşıllıq zolaqları və parklarda qazon örtüyünün yenilənməsi, ağacların suvarılması, ağac və kollarda yaşıl budamanın aparılması işləri görülmüş, ərazilər ətraf mühit, insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantılarından təmizlənmişdir. Toplanan məişət tullantıları müvafiq nəqliyyat vasitələri ilə ərazilərdən daşınmış. Xüsusi ehtiyac olan yerlərə və yol kənarlarına gül kolları əkilmişdir.























































