“Shirvan Operating Company Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı Filialında 28 aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə tədbir keçirilib.
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova: “Zərifə Əliyeva – elmə, insanlığa və Vətənə həsr olunmuş ömür”
"Shirvan Operating Company LTD" Şirkətinin Həmkarlar İttifaqı Komitəsinin sədri Taleh Məmmədov: “Elm və mərhəmətin vəhdəti-Zərifə Əliyeva zirvəsi”.
Suraxanıda – Hövsan qəsəbəsində növbəti məhəllə abadlaşdırıldı:YYSİB də fəal iştirak edib
Qusar RMX-nın direktoru İmran Qurbanov: “ Unudulmaz alim, mehriban ana, qayğıkeş insan – Zərifə Əliyeva”
Tibb üzrə fəlsəfə doktoru Fatimə Hacıyeva: “Elmdən doğan işıq-Gözlərə nur verən alim oftalmoloq Zərifə Əliyevanın ömür yolu”
Mərkəzi Neftçilər Xəstəxanasının direktoru Musa Abbasov: Nurla yazılan ömür: Zərifə Əliyeva – elmin zirvəsi, insanlığın örnəyi
14 iyul 1969-cu il - Qüdrətli dövrün başlanğıcı
1969-cu il 14 iyul tarixinin Azərbaycanın yeni tarixində xüsusi və danılmaz yeri var. Həmin tarixdən başlayaraq ölkəmizin həyatının bütün sahələri köklü islahat və sürətli inkişaf yoluna qədəm qoyub.
Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə gələcək müstəqil dövlətin iqtisadi qüdrətinin təməli qoyulub, respublika inkişaf tempinə görə keçmiş ittifaq miqyasında ön sıralara çıxıb. Bu baxımdan Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü xalqımızın taleyində oynadığı əvəzsiz rolu ilə daim xatırlanır. Bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir. Dünya şöhrətli siyasi xadim öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. Ulu Öndər siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi ilə, qurub-yaratmaq amalı ilə yaşamış, hər zaman milli dəyərlərə bağlı olub.
1969-cu ilin 14 iyulunda ulu öndər Heydər Əliyev Azərbaycan KP MK-nın I katibi seçildikdən sonrakı dövr milli özünüdərkin, milli özünəqayıdışın başlanğıcı kimi qəbul olunur. Ulu öndər Heydər Əliyevin Azərbaycan KP MK-nın I katibi təyin olunduğu il tarixində yeni dövrün, Azərbaycanın sosial-iqtisadi həyatında inkişafın bünövrəsi qoyuldu. 1969-cu il avqustun 5-də Azərbaycan KP MK-nın plenumunda etdiyi tarixi çıxış imperiya rəhbərliyini təşvişə salmışdı.
Azərbaycan KP MK-nın 5 avqust 1969-cu il plenumunda Azərbaycanın gələcək inkişafının strateji istiqamətləri müəyyənləşdirildi. Bütünlüklə sovet cəmiyyətini bürüyən rüşvətxorluq, korrupsiya hallarının etiraf olunması, ittifaq ölkəsində böyük hadisəyə çevrildi. Ölkədəki acınacaqlı vəziyyət, əhalinin məmurlar tərəfindən əsassız olaraq incidilmə hallarının, rüşvət və korrupsiyanın qarşısının alınması üçün mühüm tədbirlər hazırlandı.
O dövrlərdə şəhərlərdə, qəsəbə və kəndlərdə əhalinin mənzil-məişət şəraiti kökündən yaxşılaşdırıldı. Hazırlanan strateji proqrama əsasən, 1970-ci illərdə bütün Azərbaycan əzəmətli tikinti meydanına çevrildi. Ümumiyyətlə, ölkənin hər yerində infrastruktur yaradıldı, yeni xidmət sahələri açıldı. Ümummilli lider hələ o illərdə Azərbaycanın gələcəyini hesablayır, bugününü qururdu. Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanın hər bir yerində nəhəng layihələr həyata keçirilirdi.
Müzəffər Ali Baş komandan İlham Əliyev, Heydər Əliyev ideyalarını səbrlə həyata keçirərək Vətən Müharibəsində də qalib gəldikdən sonra dünyadakı neokolonializm siyasətinin iflasa uğramasında aktiv, beynəlxalq hüquqa söykənən ədalətli mövqey nümayiş etdirir. Bu isə imperialist ölkələri narahat edir. Bu səbəbdən də Azərbaycana təzyiqləri artırmaq istəyirlər. Biz isə ölkə başçısına və onun söykəndiyi Heydər Əliyev ideyalarına güvənirik.
Ramil Mehdiyev
Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyinin İnnovativ ideyaların reallaşdırılması və kommunikasiya şöbəsinin müdiri























































