Xəbər Lenti
15-08-2026, 19:24
Pərvaz Kişiyev məsələsində suallar artır: LOR fəaliyyəti ilə bağlı rəsmi cavab niyə yoxdur?
15-08-2026, 14:04
İnsanın içindəki sonsuz məhkəmə: Hötenin "Faust"u və Hüseyn Cavidin "İblis"i - Adəm İsmayıl BAKUVİ
15-08-2026, 10:24
Şakir Qulamov – peşəkarlığı, humanist mövqeyi və səhiyyəyə verdiyi töhfələrlə seçilən həkim
“İrəvanla Bakı arasında dialoqa töhfə verməyə hazırıq”
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Gürcüstanda rəsmi səfərdədir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan açıqlayıb.
Bildirilib ki, Mirzoyanla gürcü həmkarı İlya Darçiaşvili arasında ikitərəfli görüş keçirilib.
***
İ.Darçiaşvili erməni həmkarı ilə birgə mətbuat konfransında Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiya prosesinin başladılmasını tarixi qərar adlandırıb.
O bildirib ki, ölkəsi bu qərarı alqışlayır və sülh prosesinin müsbət dinamikasının saxlanılacağına ümid edir: “Gürcüstan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin edilməsini qətiyyətlə dəstəkləyir və sabitliyin qorunub saxlanılması üçün konstruktiv dialoqa töhfə verməyə hazırdır”.























































