Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
MEHMAN QƏHRƏMANOVA AĞIR İTKİ ÜZ VERİB – ƏMİSİ MİRİD QƏHRƏMANOV VƏFAT EDİB. ALLAH RƏHMƏT ELƏSİN!
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
"YAP-ın yaranması ölkənin siyasi gələcəyinə hesablanmış qərar idi" - DEPUTAT DANIŞDI
İLHAMƏ ABDULLAYEVA – TƏHSİL SAHƏSİNDƏ TOPLADIĞI ZƏNGİN TƏCRÜBƏ, PEŞƏKARLIQ VƏ MƏSULİYYƏTİ İLƏ YENİ MƏRHƏLƏYƏ DOĞRU!
Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın real iqtisadi nəticələrə çevrilməsi
“Prezidentin Vyetnama səfəri siyasi kursun möhkəmləndirilməsində əlamətdar mərhələdir”
“Ağ pələng”in izi ilə - Prezident İlham Əliyev 43 illik siyasi irsə yeni məzmun qazandırır
4 saylı Magistral avtomobil yollarının istismarı MMC Müşfiq qəsəbəsində yol və infrastruktur problemlərinin həlli istiqamətində mühüm işlər görür
“Kibermühitdə bu günün şifrəli sirr tarixçəsi sabahın açıq kitabıdır” - DTX-nin rəis müavini
ŞÜKRAN SOLTANOV – ADINA, AMALINA VƏ MƏNƏVİ DÜNYASINA LAYİQ YAŞAYAN, VƏTƏNİNƏ, İNSANLIĞA VƏ ALLAHININ LÜTFÜNƏ ŞÜKÜR EDƏN BƏNDƏ!
TƏBRİK EDİRİK!
Dünya uroloqlarının özlərinə general, marşal saydıqları Sudeyf Bəşir oğlu İmamverdiyevin doğum günüdür. Tibb elmləri doktoru, professor, dünyanın bir çox akademiyalarının həqiqi və müxbir üzvü, Əməkdar elm xadimi, “Şöhrət”, “Şərəf”, I dərəcəli “Vətənə xidmətə görə” ordenli, 2 çağırış Milli Məclisin üzvü Sudeyf İmamverdiyev 60 ildən çoxdur ki, insanların sağlamlığı keşiyindədir. Urologiyada məktəb yaratmağa nail olub. Rəhbərliyi ilə 20-dən çox tibb elmləri üzrə fəlsəfə doktoru, 10-dan çox tibb elmləri doktoru yetişib.
Sudeyf müəllim həkim, cərrah, pedaqoq, alim olmaqla yanaşı, ictimai işlərdə də fəaldır. Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin (TAİB) sədridir. Sudeyf İmamveriyev 50 ildən artıq birgə ömür yaşadığı Əməkdar həkim Sevda xanım Nəsrullayeva ilə 2 övlad, 3 nəvə boya-başa çatdırıblar.
Oğlanları Cavid İmamverdiyev tanınmış rejissordur. Qızları Sevinc xanım tibb üzrə fəlsəfə doktorudur. Nəvələri Murad və Şeyda İngiltərənin məşhur iniversitetlərində təhsil alıblar, cəmiyyətdə layiqli mövqeyə malikdirlər. Bulat İmamverdiyev Belçikada ali təhsil alır.
Sudeyf müəllim bu gün də tibbi fəaliyyətini davam etdirir, ictimai-siyasi işlərdə öndədir.
Akademikə, sevimli loğmanımıza sağlam canla uzun ömür, yaradıcılıq uğurları arzulayırıq.
Sevda Əlibəyli
“Söz” jurnalının baş redaktoru































































