Gəncənin Su Təchizatının İnkişafına və Əhalinin Rahatlığına Xidmət Edən Rəhbər – Şöhrəddin Verdiyev
Səhiyyəyə həsr olunan peşəkar fəaliyyət- 1 saylı Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov
İnsan sağlamlığına həsr olunan fədakar fəaliyyət-Siyəzən RMX-nın direktoru Nərgiz Əliyeva
Elxan Yaqubov – Sahibkarlıq, tibb və maarifçilik fəaliyyətini uğurla birləşdirən ziyalı
Saniyələrlə ölçülən həyat missiyası – Rauf Sadıxovun rəhbərlik etdiyi təcili yardım fədakarlığı
Ürəyin içindən həyata açılan yol – invaziv kardiologiyanın fədakar əli Dr. Vüqar Zamanov
Uşaqların sağlamlığına həsr olunan nəcib ömür – Esmira Hüseynovanın fədakar həkimlik missiyası
Инициативная группа по созданию политической партии «Туран» приступает к подготовке Учредительного съезда
Leyla Əliyeva Bonnda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi ilə görüşüb
Leyla Əliyevanın iştirakı ilə Bonnda Xəzərin səviyyəsinin azalmasının ekoloji təsirləri müzakirə olunub
Azərbaycanda ixracın rəsmiləşdirilməsi üzrə xərclər kompensasiya ediləcək - FƏRMAN
Hüquq elmləri doktoru, professor, ictimai-siyasi xadim, əməkdar müəllim İbrahim Quliyev: “15 İyun Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilası tarixidir”
15 İyun – Milli Qurtuluş Günü: Ulu Öndər Heydər Əliyev və dövlətçiliyimizin xilası
Xeyriyyəçi, Vətənpərvər xanım Zərniyar Kərimova: “15 İyun – Azərbaycanın müstəqilliyini və dövlətçiliyini xilas edən tarixi gün”
Şəhid Mais Mirzəcanovun doğum gününə həsr olunmuş tədbir
Lənkəran rayonunun Yuxarı Nüvədi kəndinin yurda bağlı Vətən sevdalı qeyrətli oğlanları həmişə ona başıucalığı gətiriblər. Azərbaycanın, eləcə dünyanın hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük haqq savaşımızda da belə olub.
Kənddə boya-başa çatan Azərbaycan Silahlı Qüvvələrin baş leytenantı Vüsal Kazımov Vətənin yaşaması naminə ağır müharibə meydanda yağıya qarşı son nəfəsinə qədər döyüşərək şəhidlik zirvəsinə ucalıb. İndi bütöv bir xalqın qəhrəmanlıq simvoluna dönən Vüsalın adı dillərdən düşmür, onu özünə qürur yeri, iftixar mənbəyi bilirlər. Həmçinin rayonda igid Vətən oğlunun xatirəsini yaşadan yadigarlar da çoxdur. Doğma kəndində salınan Vüsal Kazımov adına Şəhidlər Parkı adamların ən çox getdiyi müqəddəs yerdir.
Bu günlər parkda Yuxarı Nüvədi kənd məktəbinin təşkilatçılığı sayəsində şəhid Mais Hüseynağa oğlu Mirzəcanovun doğum günü münasibətilə “Azərbaycan mənim nəfəsimdir!” adlı möhtəşəm bir tədbir baş tutub. Rayon rəsmilərin, şəhidin doğmaların, müharibə veteranların, sayılıb-seçilən ictimai xadimlərin, ziyalıların, kənd ictimaiyyətinin nümayəndələrin, şagird və müəllim kollektivin qatıldığı mərasimdə əvvəlcə ümummilli lider Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb, dövlət himni səslənib.
Tədbirdə çıxışlar zamanı şəhid Mais Mirzəcanovun şərəfli ömür və döyüş yolundan danışılıb, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində ordumuzun qazandığı qələbədən, xalqımıza məxsus tarixi Qarabağ torpaqlarının 30 ildən sonra işğaldan azad olunması uğrunda gedən döyüşlərdə Azərbaycan oğullarının göstərdiyi qəhrəmanlıq və şücaətdən söz açılıb. Həmçinin bildirilib ki, milyonların qəlbində özünə əbədi yer edən Mais Mirzəcanov 1975-ci ildə Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində dünyaya gəlib. 1994-cü ildə hərbi xidmətə yollanan Mais Vətənin ən ağır və çətin günlərində işğalçı Ermənistan ordusunun Vətən torpaqlarına hücumu zamanı bir çox döyüş əməliyyatlarında fəal olmaqla, düşmənə layiqli cavab verib. Sonuncu dəfə Ağdamda gedən ağır savaşda qəhrəmancasına şəhid olub. Mərdliyi, igidliyi, Vətənə, torpağa sevgisi bizlərə nümunə olan Mais əbədiyaşar ömrünün 49 ilinə qədəm qoydu. O, cismən aramızdan gedib, mənə qəlblərdə yaşayır, böyük ehtiramla xatırlanır. Oxuduğu Yuxarı Nüvədi kənd tam orta məktəbi şəhidin adını daşıyır.
“Gənclərin vətənpərvər ruhda yetişmələri üçün təşkil olunan tədbirdə məktəb heyətinin qismən də olsa Vətən yolunda canından keçən şəhidlərin önündə öz vicdan borcunu yerinə yetirmiş oluruq”. Bu fikirləri isə məktəbin direktoru Ramiz Ramazanov söyləyib.
Tədbirdə rayonun tanınmış müğənniləri tərəfindən vətənpərvər ruhlu mahnılar oxunub, məktəblilər isə şerlər ifa edib və müxtəlif ədəbi-bədii kompozisiyalar göstərilib.
Mərasimdə həmçinin dövlətçilik tariximizdən bəhs edən fotostendlər, şagirdlərin vətənpərvərlik mövzusunda hazırladığı əl işləri nümayiş olunub.
Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü





























































