Fərid Ərşadlı – Sumqayıtın müasir şəhərsalma simasına yeni nəfəs gətirən baş memar
Məramı xoş, niyyəti xoş, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya həsr olunur...
MKİ direktorunun Rusiyaya məxfi səfəri: ABŞ kəşfiyyatının bir nömrəli şəxsi Moskvada nə axtarırdı?
Anar Cəfərov – Yol hərəkəti təhlükəsizliyinə məsuliyyətli və peşəkar yanaşmanın nümunəsi
Əhməd Məmmədov – “İsti-isti” kulinariyanın uğurunda zəhməti və peşəkarlığı ilə seçilən rəhbər
Mehriban Əliyeva – Dövlətçilik missiyasına sədaqət və Prezident İlham Əliyevin etibarlı silahdaşı
Xeyriyyəçi, Vətənpərvər xanım Zərniyar Kərimova: “Mehriban Əliyeva – mələk simalı qadın”
Mehriban Əliyeva – Azərbaycan mədəniyyətinin və teatr sənətinin inkişafına böyük töhfə verən şəxsiyyət
Mehriban Əliyeva – ictimai-siyasi fəaliyyətin və humanizm dəyərlərinin parlaq nümunəsi
O, hər kəsin Mehribanıdır – hər evdə mərhəmətə, ümidə və xeyirxahlığa açılan bir pəncərə var onun simasında...
“Azərbaycan Hava Yolları” QSC “CANSO GreenATM” ekoloji akkreditasiya proqramına qoşulacaq
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) aviasiya sahəsində ekoloji məsuliyyətin artırılmasına yönəldilmiş nüfuzlu “CANSO GreenATM” akkreditasiya proqramının üzvü olmaq niyyətini nümayiş etdirən Anlaşma Memorandumu imzalayıb. AZANS dayanıqlılığa sadiqliyini göstərmək üçün proqram çərçivəsində akkreditasiyadan keçəcək.
“Qafqazinfo” xəbər verir ki, “GreenATM” proqramına qoşulmaq üçün sənədi AZAL-ın prezidenti Samir Rzayev və CANSO-nun baş direktoru Saymon Hokkard imzalayıblar.
Bu mühüm addım iyunun 11-dən 13-nə kimi Bakıda keçirilən Ümumdünya Aeronaviqasiya Sammiti 2024 və CANSO-nun 28-ci İllik Ümumi İclası çərçivəsində atılıb.
“CANSO GreenATM” proqramı aeronaviqasiya xidmətləri təchizatçılarına ekologiya ilə bağlı səylərinin müstəqil beynəlxalq akkreditasiyasını təqdim edir. Təchizatçıların fəaliyyəti onların ətraf mühitə təsiri və tullantıların azaldılması ilə bağlı təşəbbüsləri əsasında qiymətləndirilir. Akkreditasiya prosesi hava gəmilərinin yerdə, aerodrom zonasında və uçuş marşrutunda idarə olunmasını, eləcə də infrastrukturu əhatə edir. Qiymətləndirmə ətraf mühitin mühafizəsinə yönəlmiş tədbirlərin effektivliyini təsdiq edən proqramın beş səviyyəsi üzrə aparılır.
“Bu proqramda iştirak aviasiyanın Azərbaycanın ətraf mühitinə təsirinin azaldılmasına təşəbbüs göstərdiyimizi əks etdirir. Akkreditasiyanın fəaliyyətimiz və daha geniş auditoriya üçün müsbət təsirlərini səbirsizliklə gözləyirik. Bu hadisənin 2024-cü ilin noyabrında Bakıda keçiriləcək COP29-dan əvvəl baş tutması bizim üçün mühüm nailiyyətdir”, — deyə AZAL-ın prezidenti Samir Rzayev sənədin imzalanması mərasimində bildirib.
“GreenATM” konsepsiyasını qəbul etməklə “Azəraeronaviqasiya” HHİ dayanaqlı inkişaf məsələləri üzrə dialoqu təşviq edərək və aviasiya sahəsinin digər maraqlı tərəflərini anoloji təşəbbüsləri həyata keçirməyə həvəsləndirərək nümunə göstərməyə çalışır.
“Biz “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinə və “Azərbaycan Hava Yolları” QSC-yə “CANSO GreenATM” proqramına qoşulmaq üçün fəal yanaşmalarına görə minnətdarlığımızı bildiririk. Onların bu proqramda iştirak üçün göstərdiyi səyləri hava hərəkətinin qlobal idarə edilməsi məsələsində daha dayanıqlı gələcəyə nail olmaq yolunda vacib addımdır”, — deyə Saymon Hokkard çıxışında vurğulayıb.
Dünyanın diqqəti iqlim dəyişikliyi probleminin həllinə yönəldiyi bir vaxtda AZANS-ın “GreenATM” proqramına tərəfdar çıxması aviasiya sahəsinin davamlı inkişafla bağlı qlobal məqsədlərinə çatmaqda mühüm rol oynadığını vurğulayır.
Bu təşəbbüs təkcə ətraf mühitin mühafizəsini dəstəkləmir, həm də hava hərəkətinin davamlı idarə edilməsi sahəsində gələcək birgə səylər üçün əhəmiyyətli töhfə verir.
























































