Menu
Xəbər Lenti
Çaylarda sululuq artdı
5-05-2025, 08:24

Çaylarda sululuq artdı

Bu rayonlara dolu düşüb
4-05-2025, 09:27

Bu rayonlara dolu düşüb

22 Fevral 2024 17:15Manşet / Gündəm

AZAL-ın yeni prezidenti kimdir? - DOSYE

 

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Samir Musa oğlu Rzayev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti vəzifəsindən azad edilib.

Dövlət başçısının digər sərəncamı ilə, S.Rzayev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti təyin edilib. 

Samir Rzayev Azərbaycan Dövlət İqtisad Universitetini bitirdikdən sonra təhsilini 2003-2004-cü illərdə Böyük Britaniyanın Durham Universitetində davam etdirib.

O, 2009-2017-ci illərdə isə Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunda Maliyyə şöbəsinin müdiri olub.

S.Rzayev 2017-ci ildən “Bravo” supermarketlər şəbəkəsində satış müdiri olub.

Samir Musa oğlu Rzayev 2022-ci ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti təyin edilib.

Bizimlə əlaqə saxlayın