Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
MEHMAN QƏHRƏMANOVA AĞIR İTKİ ÜZ VERİB – ƏMİSİ MİRİD QƏHRƏMANOV VƏFAT EDİB. ALLAH RƏHMƏT ELƏSİN!
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
"YAP-ın yaranması ölkənin siyasi gələcəyinə hesablanmış qərar idi" - DEPUTAT DANIŞDI
İLHAMƏ ABDULLAYEVA – TƏHSİL SAHƏSİNDƏ TOPLADIĞI ZƏNGİN TƏCRÜBƏ, PEŞƏKARLIQ VƏ MƏSULİYYƏTİ İLƏ YENİ MƏRHƏLƏYƏ DOĞRU!
Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın real iqtisadi nəticələrə çevrilməsi
“Prezidentin Vyetnama səfəri siyasi kursun möhkəmləndirilməsində əlamətdar mərhələdir”
“Ağ pələng”in izi ilə - Prezident İlham Əliyev 43 illik siyasi irsə yeni məzmun qazandırır
4 saylı Magistral avtomobil yollarının istismarı MMC Müşfiq qəsəbəsində yol və infrastruktur problemlərinin həlli istiqamətində mühüm işlər görür
“Kibermühitdə bu günün şifrəli sirr tarixçəsi sabahın açıq kitabıdır” - DTX-nin rəis müavini
“Universiada” layihəsinin final mərhələsi keçirilib

Bakıda və regionlarda yaşayan gənclər arasında “Universiada” layihəsi çərçivəsində “Nə? Harada? Nə zaman?” formatında keçirilən intellektual oyunun final mərhələsi baş tutub.
Tədbirin rəsmi hissəsi dövlət himninin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükütla yad edilməsi ilə açıq elan edilib.
İştirakçıları salamlamaq üçün ilk olaraq “Xəzər İntellektual Gənclər Klubu”nun sədri Azad Manaflı layihə barədə danışaraq qeyd edib ki, seçim turlarının 3 rayonda təşkil olunmasına baxmayaraq, gənclər tərəfindən layihəyə maraq olduqca böyük olub. Bunun nəticəsində də layihədə iştirak üçün qısa müddətdə 80-dən artıq komanda qeydiyyatdan keçib. Bildirib ki, qeydiyyatdan keçən komandalar arasında baş tutan seçim turlarından sonra Azərbaycanın müxtəlif universitetlərində təhsil alan gənclərdən ibarət 20 komanda bu gün final mərhələsində iştirak edir.
Daha sonra Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev çıxış edərək, gənclərimizə uğurlar arzulayıb. O, regionlarda yaşayan gənclərin fundamental inkişafında intellektual oyunların əvəzsiz yeri olduğunu qeyd edib. Baş direktor bildirib ki, bundan sonra “Xəzər İntellektual Gənclər Klubu” ilə də müxtəlif regionlarda intellektual oyunların həyata keçirilməsi planlaşdırılır.
Final mərhələsində gənclərin maraqlarına uyğun olaraq hazırlanmış intellektual suallar səsləndirilib. Oyunun sonuna qədər davam edən gərgin mübarizənin sonunda 2024-cü il üzrə gənclər arasında keçirilən “Universiada” layihəsində III yerə “Sinaps”, II yerə “The Rapture” komandaları, I yerə isə Naxçıvan gənclərindən ibarət “Paradoks” komandası olub. Qaliblərə kubok, medal, diplom və hədiyyələr təqdim edilib.
“Universiada” layihəsinin əsas məqsədi gəncləri intellektual oyunlara cəlb etməklə, onlara Azərbaycan dili və ədəbiyyatı, tarixi, adət-ənənələri, milli-mənəvi dəyərləri, incəsənəti, musiqisi, kinosu, coğrafiyası haqqında biliklərinin artmasına təkan vermək, bu mövzularda daha çox maariflənmələrinə dəstək olmaq və hərəkata yeni gənclərin qoşulmasını təmin etməkdən ibarətdir.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, “Xəzər İntellektual Gənclər Klubu” İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Fərid Faiqoğlu































































