Səfirliyin tədbirində Rəşad Nəbiyevin iştirakı - Diplomatiyada qarşılıqlıq prinsipinin təzahürüdür
VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
Azərbaycan mülki aviasiyası 86 illiyini qeyd edir
İyunun 2-də Azərbaycanın mülki aviasiya işçiləri peşə bayramlarını və Azərbaycan mülki aviasiyasının 86-cı ildönümünü qeyd edirlər.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 18 may tarixli “Mülki aviasiya işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Sərəncamı ilə hər il iyunun 2-si ölkəmizdə mülki aviasiya işçilərinin peşə bayramı kimi qeyd olunur.
Mülki aviasiyanın 86-cı ildönümünün qeyd edilməsi çərçivəsində “Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi və kollektivi Fəxri xiyabanı ziyarət ediblər.
Ziyarətçilər xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarı üzərinə əklil və gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə güllər düzülüb.
Azərbaycanın mülki aviasiyası həm Ümummilli lider Heydər Əliyevin rəhbərliyi, həm də dövlət başçısı İlham Əliyevin daimi dəstəyi sayəsində tərəqqiyə nail olub.
İyunun 2-də qeyd olunan Mülki Aviasiya Günü aviasiya işçilərinin ölkənin inkişafına, iqtisadi artımına və dövlətlərarası əlaqələrin möhkəmləndirilməsinə mühüm töhfələrinin simvoludur.



























































