Menu
Xəbər Lenti
Pampers dərdi və bərbər
14-04-2025, 09:50

Pampers dərdi və bərbər

ADY-də yeni təyinat
14-04-2025, 09:42

ADY-də yeni təyinat

Bayramov Lavrovla görüşdü
12-04-2025, 15:49

Bayramov Lavrovla görüşdü

01 Oktyabr 2023 10:03Manşet / Gündəm

Baş Prokurorluğun əməkdaşları ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

 

Azərbaycan Baş Prokurorluğunun əməkdaşları 1 oktyabr - prokurorluq işçilərinin peşə bayramı günü münasibəti ilə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, məzarı önünə əklil qoyublar.

Oxu.Az xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Baş prokuror Kamran Əliyev və prokurorluq əməkdaşları daha sonra Şəhidlər xiyabanına gəlib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda canlarından keçən qəhrəmanları yad ediblər, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Qeyd edək ki, ulu öndər Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamına əsasən, hər il 1 oktyabr tarixi prokurorluq işçilərinin peşə bayramı kimi qeyd edilir.

Bizimlə əlaqə saxlayın