Menu
Xəbər Lenti
ZƏFƏRƏ GEDƏN YOL
Bugün, 12:53

ZƏFƏRƏ GEDƏN YOL

01 İyun 2024 11:10Manşet / Gündəm

Bu rayonun DYP rəisi işdən çıxarıldı

 

Goranboy Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi vəzifəsindən azad edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən Səbuhi Əmiraslanov ötən ilin iyulunda təyin edildiyi bölmənin rəisi vəzifədən azad edilib.

Hələ ki, onun yerinə təyinat yoxdur.