Millət vəkili Pərvanə Vəliyeva Bakı Neft-Energetika Kollecində tələbələrlə görüş keçirdi
Xalqına bağlı vətənpərvər iş adamı – “Ekskluziv Elektrik” şirkətinin rəhbəri Elşən İsmayılov
Polşada keçirilən Avropa çempionatında Azərbaycan hapkidoçularından böyük uğur – 4 medal qazanıldı
HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
23 may 2026-ci il tarixində "Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin təşkilatçılığı ilə “Unikal Xaricdə Təhsil Forumu - 2026” keçirildi.
Arayışlar üçün gözlədiyimiz növbələrə rəqəmsal platformalar son qoyur
Müasir, tədrisdən tutmuş alış-verişə qədər, bir sözlə, bütün həyati proseslərin rəqəmsallaşdığı, dövrdə dövlət qurumlarının bəzi xidmətləri üçün saatlarla, bəzən isə günlərlə növbə gözləməli, arayış almaq üçün müəyyən prosedurlardan keçməli oluruq. Vətəndaşlar, qeyri-kommersiya təşkilatları və biznes üçün uğurlu innovasiya mühitinin yaradılması günümüzün sadəcə tələbi deyil, artıq labüd şərtlərindən birinə çevrilib.
Müxtəlif həyatyüklü hadisələri: uşaq doğulması, mənzil alınması, ölüm şəhadətnaməsi, təhsil haqqında sənədlərin təsdiqlənməsi və digər halları vətəndaşın, dövlət orqanlarına müraciət tələb edən proseslərdəndir. Məsələn, uşaq doğulan zaman vətəndaş bır sıra orqan və idarələrə müraciət etməlidir. Bu isə zaman və enerji itkisidir. Belə hallarda, informasiya ilə fərd arasında vasitəçilər olmadan dövlət xidmətlərinin göstərilməsini təmin edə platformaların fəaliyyəti sözügedən problemi aradan qaldırır. Nəticə olaraq isə bu, proses artıq kağız sənədlərin sonsuz axını, idarələrin “divarları” ilə məhdudlaşmır.
Bu qəbildən olan problemləri həll edən rəqəmsal platformaların hədəfi vətəndaşların rifahı və texnologiyanın tətbiqi, əsas məqsədi isə yeni rəqəmsal reallıqda rahat və təhlükəsiz mühit yaratmaqdır. Belə ki, dövlət xidmətlərinin göstərilməsinin keyfiyyəti ilə yanaşı, vətəndaş məmnunluğunun təmin edilməsi, göstərilən xidmətlərin sürətinin və keyfiyyətinin artırılmasında rəqəmsal xidmətlərin rolu böyükdür. Texnologiyaların tətbiqi və alternativ platformaların fəaliyyəti nəticəsində vətəndaş ehtiyaclarına uyğun olaraq rəqəmsal xidmətlər alır. Belə platformalarda idarəetmə funksiyaları səlahiyyətlilərin köməyi ilə deyil, platforma həlləri əsasında yerinə yetirilir. Müasir informasiya sistemlərinin geniş tətbiqi sayəsində dövlət qurumlarının göstərdiyi xidmətlər zamanı vasitəçilər ləğv edilir, birbaşa əməliyyatlara keçid yaradılır.























































