Menu
Xəbər Lenti
COP-29
20-11-2024, 16:08

COP-29

Annalena Berbok Bakıya gəlir
20-11-2024, 08:59

Annalena Berbok Bakıya gəlir

COP-29
19-11-2024, 08:04

COP-29

09 May 16:31Manşet / Gündəm / Siyasət

Ulu Öndər Heydər Əliyev yolların infrastrukturuna böyük önəm verirdi. Bu ənənə uğurla davam etdirilir

 

"Ümummilli lider Heydər Əliyevin “Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir” fikri Azərbaycanın dövlət başçısının yol təsərrüfatının inkişafına nə qədər böyük önəm verdiyini bir daha təsdiqləyir."

 

Lənkəran şəhər 7 saylı yol MMC-nin müdiri Raqub Həsənov: 10 may 2024-cü il tarixdə qəlblərdə əbədiyaşar Ulu Öndər Heydər Əliyevin 101 yaşı tamam olur. Müasir Azərbaycan dövlətçiliyinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin həyatı, siyasi və idarəçilik fəaliyyəti çağdaş tariximizdə müstəsna yer tutur. Azərbaycan tarixinin ən şanlı səhifələrini yazmış Heydər Əliyevin keçdiyi həyat yolu, müasir və gələcək nəsillərə miras qoyduğu mənəvi irsi misilsiz sərvət, əvəzsiz nümunədir. Azərbaycan xalqının tarixinə və taleyinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi ulu öndər Azərbaycanın tərəqqi və inkişaf yolunu dahiliklə müəyyənləşdirmiş, milli-mənəvi dəyərlərimizin, müstəqil dövlətçiliyimizin konseptual əsaslarını işləyib hazırlamış, milli ideologiyanın yüksəlişinə təkan vermişdir. Azərbaycanın müasir siyasi tarixinin və çağdaş həyatının təxminən son 48 ili ulu öndərimiz Heydər Əliyevin çoxşaxəli  fəaliyyəti ilə bağlıdır.

Tarixin yaratdığı elə şəxsiyyətlər olur ki, onlar həyat və fəaliyyətləri ilə dövlətin inkişaf yolunu müəyyənləşdirir, mənsub olduğu xalqın, millətin tarixini yazırlar. Belə nadir şəxsiyyətlərdən biri də görkəmli siyasi və dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Ulu öndər titanik fəaliyyəti,  dərin zəkası və dövlətçilik sahəsindəki zəngin təcrübəsi ilə dünya səviyyəli nəhəng siyasət adamı kimi məşhurlaşmışdır. Məhz onun adı Azərbaycan xalqının rəmzinə çevrilmiş, keçdiyi şərəfli və mənalı ömür yolu nəsillərə örnək olmuşdur.

Xalqımızın böyük oğlu, görkəmli siyasətçi respublika rəhbərliyinə gəlişi ilə Azərbaycanda milli intibahın, sosial tərəqqinin, mənəvi yüksəlişin əsasını müəyyənləşdirmişdir. 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi respublikamızın tarixində yeni siyasi mərhələnin başlanğıcı olmuşdur. Ulu öndər ali kürsüyə yüksəldiyi ilk gündən bütün varlığı ilə sevdiyi xalqının intibahı və xoşbəxt gələcəyi naminə böyük fədakarlıqlar göstərmişdir. Təsadüfi deyil ki, ümummilli liderimiz çox-çox sonralar respublikamıza rəhbərlik etdiyi həmin illəri xatırlayaraq o zaman hər hansı bir işi görərkən məhz Azərbaycanın bugünkü  müstəqilliyini düşündüyünü etiraf etmişdir. 

Hazırda əsaslı yeniləşmə və sürətli inkişaf yolu ilə inamla addımlayan Azərbaycan Respublikası iqtisadiyyatın yüksək inkişaf tempinə görə regionun lider dövlətinə çevrilib. Əldə olunan möhtəşəm nailiyyətlərin, xüsusən də uğurlu iqtisadiyyatın təməlində ümummilli liderimiz Heydər Əliyevin vaxtilə böyük uzaqgörənliklə işləyib hazırladığı və onun layiqli davamçısı Prezident İlham Əliyevin müasir dövrün reallıqlarına uyğun qətiyyət və ardıcıllıqla gerçəkləşdirdiyi mükəmməl strategiya, uğurlu xarici və daxili siyasət dayanır. Ölkənin sosial-iqtisadi inkişafını şərtləndirən mühüm amillərdən sayılan avtomobil yolları təsərrüfatında baş vermiş köklü dəyişikliklər və misilsiz nailiyyətlər də bu strategiyadan, bu siyasətdən qaynaqlanır.

Ulu öndərin inkişaf strategiyasını yeni dövrün çağırışlarına uyğun olaraq uğurla davam etdirən, onu daha da zənginləşdirən Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində, həyatın bütün sahələri ilə yanaşı, yol təsərrüfatında da sistemli və kompleks tədbirlərin həyata keçirilməsi dinamik xarakter almışdır. Məhz bu sahədə həyata keçirilən genişmiqyaslı tədbirlərin nəticəsidir ki, son illər paytaxt Bakıda, eləcə də regionlarda vəziyyət kökündən dəyişmiş, dövlət başçısının imzaladığı sərəncamlardan irəli gələn vəzifələrin icrası istiqamətində reallaşdırılan tədbirlər  sözügedən sahənin yeniləşdirilməsi üçün möhkəm zəmin yaratmışdır.

Beynəlxalq standartlara cavab verən bugünkü magistral yollarımız ölkəmizin simasını başdan-başa dəyişdirmişdir. Respublika iqtisadiyyatının qüdrətini artıran bu yollar indi Avropa ölkələrinin yollarından heç də geri qalmır. Fərəhlidir ki, avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ilbəil artır.


Hazırda ölkədə yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı beynəlxalq maliyyə qurumlarının əsaslı vəsait qoyuluşları ilə yanaşı, dövlət büdcəsi hesabına da irimiqyaslı layihələr icra olunur. Yol şəbəkəsinin yenidən qurulması, sözün əsl mənasında, ürək açır. Azərbaycanın yol infrastrukturunun dəyişdirilməsinə, yollarımızın formalaşdırılmasına və inkişafına hələ 30 il əvvəl ümummilli lider Heydər Əliyev tərəfindən başlanılmışdır. Ulu öndər yolu təkcə mədəniyyət və iqtisadiyyat faktoru deyil, həm də bütünlüklə həyat mənbəyi hesab etmişdir.


Ümummilli lider Heydər Əliyevin uğurlu inkişaf strategiyasını layiqincə davam etdirən cənab İlham Əliyev də bütün sahələrlə yanaşı, Azərbaycanda beynəlxalq standartlara cavab verən yolların tikintisini prioritet məsələ kimi daim gündəmdə saxlayır. Təsadüfi deyil ki, ölkə Prezidenti İlham Əliyev cənabları çıxış edərkən ölkəmizdə aparılan uğurlu islahatlardan danışır, son illərdə respublikada minlərlə kilometr uzunluğunda müasir avtomobil yollarının çəkilməsini diqqətə çatdırmışdır. İndi istər paytaxt Bakıda, istərsə də bölgələrdə uzanan müasir yollar ümumilikdə ölkə əhalisinin təhlükəsizliyini və rahatlığını təmin edir, məhsulun itkisiz daşınmasına şərait yaradır və regionların sosial-iqtisadi inkişafına kömək edir.


Öz fəaliyyətini müasir tələblər səviyyəsində quran və nailiyyətlərini artıran Azərbaycan yolları respublikanın ümumi istifadəsində olan avtomobil yollarına, Bakı şəhəri ilə yanaşı regionlarda küçə və prospektlərinə, eləcə də bu yollar üzərində yerləşən yolötürücülərinə, körpü və tunellərə göstərdiyi nümunəvi xidməti günbəgün yüksəldir.


Prezident İlham Əliyevin imzaladığı sərəncam da respublikanın avtomobil yolları təsərrüfatında qarşıya çıxan iqtisadi və texniki məsələlərin operativ həllinə güclü təkan vermişdir. Bu kimi sərəncamların imzalandığı vaxtdan keçən qısa dövr ərzində avtomobil yolları, küçə və prospektlər tikilmiş, habelə yenidən qurulub təmir olunmuşdur. Ümumi istifadədə olan avtomobil magistrallarında və Bakı şəhərindəki yollarda yeni və müasir tipli körpü və piyada keçidi tikilib istifadəyə verilmişdir. Dövlət başçısı yol infrastrukturunun dəyişdirilməsi və müasirləşdirilməsi ilə bağlı işlərə xüsusilə böyük əhəmiyyət verərək bu sahədə həyata keçirilən tədbirlərin gedişi ilə şəxsən maraqlanır. Ölkə Prezidenti ötən yaxın dövr ərzində avtomobil yolu və yol qurğularının açılış, təməlqoyma mərasimlərində iştirak etmiş, öz dəyərli tapşırıq və tövsiyələrini vermişdir.


Yol infrastrukturu həm insanlara rahatlıq verir, eyni zamanda iqtisadi inkişaf üçün də mühüm amildir. Yol olmayan yerdə nə investisiya, nə iş yeri, nə də bir inkişaf olacaq. Ona görə yol infrastrukturuna çox böyük diqqət verilmişdir. Bununla bərabər, yol tikintisində kifayət qədər çox işçi qüvvəsi iştirak edir və beləliklə biz məşğulluğu təmin etmişik. Müasir yol infrastrukturu yaradılıb, bu proses davam etdirilir. Qarşıya məqsəd qoyulub ki, bütün yollar yüksək səviyyədə olsun, magistral şəhərlərarası, kənd yolları, fərq etməz, bütün yollar.


Azərbaycan Prezidentinin sərəncam və göstərişlərinə əsasən indi əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən yolların, körpülərin həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına yönəldilib.


Yol istismarı idarələrinin əməkdaşlarının fədakar əməyi sayəsində dövr ərzində imzalanmış sərəncamlara əsasən rayon və şəhər ərazisində əhalinin yaşadığı yaşayış məntəqəsini birləşdirən avtomobil yollarının tikintisi və yenidənqurulması işləri uğurla davam etdirilir.  


Cəbhə bölgəsində avtomobil yollarının tikintisini xüsusilə diqqət mərkəzində saxlayır. Azərbaycanın Silahlı Qüvvələri başda Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının iradəsi nəticəsində 2020-ci ildə təcavüzkar Ermənistanın işğalı altında olan torpaqlarımızı, doğma elimiz Qarabağımızı qəhrəmancasına azad etməklə ölkədə qələbə coşqusu yaratdılar. Nəticədə təhlükəsiz əraziyə çevrilmiş Qarabağımız normal həyatına qayıtdı. Dövlət başçısının sərəncamına əsasən “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” -nin yol inşaatçıları “Zəfər yolu”nu qısa bir zamanda uğurla bərpa etmişlər. Yeni qurulmuş bu yol gediş-gəlişini xeyli yaxşılaşdırıb. “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi”-nin kollektivi Qarabağımıza gedən yolu yenidən qurmaqla bütün Azərbaycana ilk qələbə yolunu açmış oldu.


“Yol həm mədəniyyətdir, həm rahatlıqdır, həm müasirlikdir, həm də ölkənin səviyyəsini göstərir”. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin bu sözlərini artıq özümüzə deviz seçmişik. Azərbaycanın yol infrastrukturunun başdan-başa təzələnməsi barədə öhdəlik götürən kollektivimiz regionların sosial-iqtisadi inkişafına kömək etmək, ölkənin iqtisadiyyatına yeni töhfə vermək və daha böyük nailiyyətlər qazanmaq uğrunda əsl yarışa qoşulmuşdur. Eyni zamanmda, əzmlə çalışırıq ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin yol inşaatçıları qarşısında qoyduğu vəzifələrin öhdəsindən layiqincə gələk. Şübhəsiz, biz dövlət başçısının etimadını mütləq doğruldacağıq.


Artıq Azərbaycan dünyada həm də turizm ölkəsi kimi tanınır. Ölkənin göz oxşayan rahat və müasir magistral yolları əcnəbi turistləri daha çox cəlb edir. Ölkəmizə gələn bir də gəlmək istəyir. Turistlər rahat və təhlükəsiz yollarla Şəki şəhərinə, Qubanın Xınalıq kəndinə, İsmayıllının Lahıc qəsəbəsinə, cənub mirvarisi Lənkərana, Qusarın “Şahdağ” Qış-Yay Turizm Kompleksinə, Şəkidəki Kiş Alban məbədinə, Şəki Xan sarayına, dənizkənarı bulvarı ilə seçilən gözəl təbiətli Astaraya və başqa görməli, səfalı turizm məkanlarına baxmaqdan doymurlar. Təsadüfi deyil ki, cari ildə Azərbaycana gələn turistlərin sayı milyona yaxın olmuşdur.


Müasir yol infrastrukturu artıq Azərbaycanda özünün layiqli yerini tutmuşdur. Magistral yollarımız ölkə iqtisadiyyatının şaxələndirilməsinə, regionlarımızın sürətli inkişafına, ən əsası isə, xalqın sosial rifahının yüksəldilməsinə öz töhfəsini verməkdədir. Bir sözlə, müasirləşən yol şəbəkəsi infrastrukturu insanlara həm rahatlıq verir, həm də turizmin və regionların sosial-iqtisadi inkişafı üçün mühüm amilə çevrilir.


Bu gün də, sabah da yol inşaatçılarının bir amalı, bir məqsədi var: xalqımızın həyat səviyyəsini yüksəltmək, müstəqil Azərbaycanın çiçəklənməsinə nümunəvi xidmət göstərmək, mürəkkəb yol tikinti layihələrini bundan sonra daha da uğurla yerinə yetirmək və yeni-yeni zirvələr fəth etməkdir. Bütün bunlar həm də kollektivimiz üçün günün şüarı, əsl deviz və əməli fəaliyyət proqramıdır.


Prezidenti İlham Əliyevin uğurlu daxili siyasəti sayəsində qazanılan uğurların sırasında  bu sahənin inkişafı önəmli yer tutur. Təsadüfi deyil ki, “Azərbaycanda ən müasir nəqliyyat-yol infrastrukturu yaradacağıq” deyən dövlət başçısı son illər ölkənin avtomobil yollarının, yol qurğularının açılış mərasimlərində şəxsən iştirak edir, işlərin gedişi ilə tanış olaraq öz dəyərli tapşırıq və tövsiyələrini verir. Ölkə rəhbərinin xüsusi diqqəti, eləcə də yol təsərrüfatına göstərdiyi yüksək qayğı bu sahədə daha böyük nailiyyətlərin əldə olunmasına zəmin yaradır.


 

Fərid  Faiqoğlu

AJB-nin üzvü