DÖVLƏTİMİZ ƏDLİYYƏYƏ XÜSUSİ DİQQƏT VƏ QAYĞI GÖSTƏRİR - 22 NOYABR ƏDLİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMIDIR.
“AzerGold” QSC “Daşkəsən rayonunda bitən nadir bitkilərin reintroduksiyası” layihəsini uğurla icra edib
COP29 çərçivəsində 300-500 milyard dollar yeni maliyyə hədəfi ətrafında danışıqlar gedir
Consonun 500 milyardlıq təklifi: Ukraynaya fantastik məbləğdə kredit verilə bilərmi?
Azərbaycan ədliyyəsi də yeni tarixi mərhələyə qədəm qoyur. Ədliyyə orqanlarının yaradılmasından 106 il ötür
“Böyük Qayıdış” Gənclər Təşkilatı Zəfər Günü və Dövlət Bayrağı Günü ilə bağlı bir sıra tədbirlər həyata keçirib
Heydər Əliyev iqtisadiyyatın inkişafında yol infrastrukturunun roluna yüksək qiymət verirdi
"Ümummilli lider Heydər Əliyevin “Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir” fikri Azərbaycanın dövlət başçısının yol təsərrüfatının inkişafına nə qədər böyük önəm verdiyini bir daha təsdiqləyir."
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Vahid Muradov : Müasir Azərbaycan dövlətçiliyinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin həyatı, siyasi və idarəçilik fəaliyyəti çağdaş tariximizdə müstəsna yer tutur. Azərbaycan tarixinin ən şanlı səhifələrini yazmış Heydər Əliyevin keçdiyi həyat yolu, müasir və gələcək nəsillərə miras qoyduğu mənəvi irsi misilsiz sərvət, əvəzsiz nümunədir. Azərbaycan xalqının tarixinə və taleyinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi ulu öndər Azərbaycanın tərəqqi və inkişaf yolunu dahiliklə müəyyənləşdirmiş, milli-mənəvi dəyərlərimizin, müstəqil dövlətçiliyimizin konseptual əsaslarını işləyib hazırlamış, milli ideologiyanın yüksəlişinə təkan vermişdir. Azərbaycanın müasir siyasi tarixinin və çağdaş həyatının təxminən son 48 ili ulu öndərimiz Heydər Əliyevin çoxşaxəli fəaliyyəti ilə bağlıdır.
Tarixin yaratdığı elə şəxsiyyətlər olur ki, onlar həyat və fəaliyyətləri ilə dövlətin inkişaf yolunu müəyyənləşdirir, mənsub olduğu xalqın, millətin tarixini yazırlar. Belə nadir şəxsiyyətlərdən biri də görkəmli siyasi və dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Ulu öndər titanik fəaliyyəti, dərin zəkası və dövlətçilik sahəsindəki zəngin təcrübəsi ilə dünya səviyyəli nəhəng siyasət adamı kimi məşhurlaşmışdır. Məhz onun adı Azərbaycan xalqının rəmzinə çevrilmiş, keçdiyi şərəfli və mənalı ömür yolu nəsillərə örnək olmuşdur.
Xalqımızın böyük oğlu, görkəmli siyasətçi respublika rəhbərliyinə gəlişi ilə Azərbaycanda milli intibahın, sosial tərəqqinin, mənəvi yüksəlişin əsasını müəyyənləşdirmişdir. 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi respublikamızın tarixində yeni siyasi mərhələnin başlanğıcı olmuşdur. Ulu öndər ali kürsüyə yüksəldiyi ilk gündən bütün varlığı ilə sevdiyi xalqının intibahı və xoşbəxt gələcəyi naminə böyük fədakarlıqlar göstərmişdir. Təsadüfi deyil ki, ümummilli liderimiz çox-çox sonralar respublikamıza rəhbərlik etdiyi həmin illəri xatırlayaraq o zaman hər hansı bir işi görərkən məhz Azərbaycanın bugünkü müstəqilliyini düşündüyünü etiraf etmişdir.
Ümummilli lider Heydər Əliyevin respublikamıza ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illər Azərbaycanın quruculuq salnaməsinin ən zəngin səhifələrini təşkil etmişdir. Həmin illər tariximizə siyasi, iqtisadi, mədəni və mənəvi yüksəliş dövrü kimi daxil olmuşdur. Dövlət həyatının bütün sahələrində misli görünməmiş canlanma baş vermiş, qısa müddət ərzində respublikamız əsrə bərabər inkişaf yolu keçmişdir. Bu mənada azərbaycançılığın ən parlaq səhifələri də elə həmin illərdən etibarən yazılmağa başlanmışdır. Bütövlükdə isə 1969-1982-ci illər Azərbaycanda xalq təsərrüfatının sürətli inkişaf və tərəqqi dövrü kimi tarixə düşmüşdür. Məhz Heydər Əliyevin qətiyyəti sayəsində həmin illərdə Azərbaycan geridə qalmış aqrar respublikadan sürətlə inkişaf edən aqrar-sənaye respublikasına çevrilmişdir. Bununla yanaşı, sənayenin aparıcı istiqamətlərindən sayılan neft və kimya sahələrində əmtəə dövriyyəsi xeyli artmış, respublikamızda iri sənaye müəssisələri tikilib istifadəyə verilmişdir. Məhsuldar qüvvələrin düzgün yerləşdirilməsi, mövcud potensialdan səmərəli istifadə edilməsi nəticəsində Azərbaycanda iqtisadi fəallıq xeyli artmış, respublikamız bir sıra məhsulların istehsalına görə Sovet İttifaqında qabaqcıl yerlərə çıxmışdır. Dahi liderin səyləri nəticəsində Azərbaycan, eyni zamanda, keçmiş İttifaq miqyasında mühüm kənd təsərrüfatı respublikası, qabaqcıl pambıqçılıq və üzümçülük diyarı kimi məşhurlaşmışdır. Sənaye obyektlərinin sayı artırılmış, məhsul istehsalının həcmi yüksəldilmiş, kənd təsərrüfatı sahəsində sürətli inkişaf əldə edilmişdir. Bütün bunlar, heç şübhəsiz, mövcud avtomobil yolları şəbəkəsinin genişləndirilməsi, bərpa edilməsi və yenidən qurulması zərurətini yaratmışdır. Xatırladaq ki, həmin müddətdə respublikada yolların uzunluğunun 1,2 dəfə artması ilə yanaşı, yük gərginliyi 1,5, hərəkətin intensivliyi isə 2 dəfə çoxalmışdır.
Ulu öndər tərəfindən həyata keçirilən qətiyyətli iqtisadi islahatlar az bir zamanda geniş beynəlxalq dəstək aldı. Beynəlxalq Valyuta Fondu və Dünya Bankı tərəfindən Azərbaycanda iqtisadi islahatlar haqqında xüsusi proqram hazırlandı və ölkəmizə maliyyə yardımının göstərilməsinə başlanıldı. Bu mötəbər beynəlxalq maliyyə-kredit institutları ilə sıx əməkdaşlıq şəraitində hazırlanmış sabitləşdirmə proqramına uyğun olaraq iqtisadiyyatın liberallaşdırılmasına yönələn radikal islahatlar həyata keçirildi. Sevindirici haldır ki, bu gün Azərbaycan Respublikası ilə uğurlu əməkdaşlığı davam etdirən beynəlxalq maliyyə qurumları, bir çox sahələr kimi, yol infrastrukturunun da yenidən qurulmasına güzəştli kreditlər ayırırlar.
Hazırda əsaslı yeniləşmə və sürətli inkişaf yolu ilə inamla addımlayan Azərbaycan Respublikası iqtisadiyyatın yüksək inkişaf tempinə görə regionun lider dövlətinə çevrilib. Əldə olunan möhtəşəm nailiyyətlərin, xüsusən də uğurlu iqtisadiyyatın təməlində ümummilli liderimiz Heydər Əliyevin vaxtilə böyük uzaqgörənliklə işləyib hazırladığı və onun layiqli davamçısı Prezident İlham Əliyevin müasir dövrün reallıqlarına uyğun qətiyyət və ardıcıllıqla gerçəkləşdirdiyi mükəmməl strategiya, uğurlu xarici və daxili siyasət dayanır. Ölkənin sosial-iqtisadi inkişafını şərtləndirən mühüm amillərdən sayılan avtomobil yolları təsərrüfatında baş vermiş köklü dəyişikliklər və misilsiz nailiyyətlər də bu strategiyadan, bu siyasətdən qaynaqlanır.
Ulu öndərin inkişaf strategiyasını yeni dövrün çağırışlarına uyğun olaraq uğurla davam etdirən, onu daha da zənginləşdirən Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində, həyatın bütün sahələri ilə yanaşı, yol təsərrüfatında da sistemli və kompleks tədbirlərin həyata keçirilməsi dinamik xarakter almışdır. Məhz bu sahədə həyata keçirilən genişmiqyaslı tədbirlərin nəticəsidir ki, son illər paytaxt Bakıda, eləcə də regionlarda vəziyyət kökündən dəyişmiş, dövlət başçısının imzaladığı sərəncamlardan irəli gələn vəzifələrin icrası istiqamətində reallaşdırılan tədbirlər sözügedən sahənin yeniləşdirilməsi üçün möhkəm zəmin yaratmışdır.
Bu gün inamla deyə bilərik ki, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı yol təsərrüfatının dinamik inkişafı üçün böyük imkanlar yaratmışdır. Dövlətimizin başçısının respublikamıza rəhbərlik etdiyi illər ərzində bu sahədə mühüm dəyişikliklər baş vermiş, yüksək nailiyyətlər əldə olunmuşdur. Cənab İlham Əliyev 2003-cü ildə Prezident seçildikdən sonra nəqliyyat sahəsində ardıcıl və sistemli tədbirlər həyata keçirilməyə başlanıldı.
İkinci Qarabağ müharibəsi nəticəsində 30 illik işğala son qoyulması ilə öz tarixi sahibinə qayıdan ərazilərimizdə əsas prioritetlərdən biri quruculuq və bərpa işlərinə başlanılması oldu. Prezident İlham Əliyevin işğaldan azad edilmiş şəhər və rayonlarımıza səfərləri çərçivəsində bu istiqamətdə qarşıya qoyulan vəzifələr, eyni zamanda, səfərdən sonra həmin ərazilərdə bərpa işlərinin aparılması ilə bağlı imzalanan sənədlər də bu torpaqların qısa müddətdə cənnət məkana çevriləcəyindən, yeni regional inkişaf proqramlarının icrasına başlanacağından xəbər verir. Bu günlərdə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın Azərbaycanın işğaldan azad edilmiş mədəniyyət paytaxtı Şuşa şəhərinə səfərləri də yeni həyatın başlanmasını təsdiqləyən bir sıra mühüm məqamlarla yadda qaldı.
Dövlətimizin başçısı İlham Əliyevin Şuşaya doğru yolunu davam etdirərkən söylədiyi bu fikirləri bir daha yada salmaq istərdim: “Yolumuza davam edirik. Baxın, Günəş də çıxdı. Günəş də bizi salamlayır, yolumuzu işıqlandırır. Biz gedirik Şuşaya, azad edilmiş Şuşaya. Bu yolun tikintisi aparılır. Əminəm ki, ölkəmizin ən gözəl yollarından biri olacaq. Təbii ki, ən yüksək keyfiyyətlə tikiləcək. Eyni zamanda, mənzərəli yoldur, tarixi yoldur, Qələbəyə aparan yoldur”.
Əsas məqsəd işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması istiqamətində həyata keçirilən tədbirlərə investisiyaların cəlb edilməsini, bu sahədə dövlət-özəl investisiya əməkdaşlığının inkişafını təmin edən, eləcə də xarici və daxili investisiyaların cəlb edilməsi ilə bağlı zəruri təşviqat işlərini həyata keçirməkdir. Qarabağ bölgəsinin çox zəngin turizm potensialı vardır. Bu bölgəyə həyat qayıtdıqdan sonra turizm sektoru da inkişaf edəcək.
Bir sözlə, bütün bunlar onu göstərir ki, zəngin potensiala mailk olan Azərbaycanda yol infrastrukturunun inkişafı ölkənin əsas prioritetlərindən birinə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu daxili siyasəti sayəsində qazanılan uğurların sırasında bu sahənin inkişafı önəmli yer tutur. Təsadüfi deyil ki, “Azərbaycanda ən müasir nəqliyyat-yol infrastrukturu yaradacağıq” deyən dövlət başçısı son illər ölkənin avtomobil yollarının, yol qurğularının açılış mərasimlərində şəxsən iştirak edir, işlərin gedişi ilə tanış olaraq öz dəyərli tapşırıq və tövsiyələrini verir. Ölkə rəhbərinin xüsusi diqqəti, eləcə də yol təsərrüfatına göstərdiyi yüksək qayğı bu sahədə daha böyük nailiyyətlərin əldə olunmasına zəmin yaradır.