DÖVLƏTİMİZ ƏDLİYYƏYƏ XÜSUSİ DİQQƏT VƏ QAYĞI GÖSTƏRİR - 22 NOYABR ƏDLİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMIDIR.
“AzerGold” QSC “Daşkəsən rayonunda bitən nadir bitkilərin reintroduksiyası” layihəsini uğurla icra edib
COP29 çərçivəsində 300-500 milyard dollar yeni maliyyə hədəfi ətrafında danışıqlar gedir
Consonun 500 milyardlıq təklifi: Ukraynaya fantastik məbləğdə kredit verilə bilərmi?
Azərbaycan ədliyyəsi də yeni tarixi mərhələyə qədəm qoyur. Ədliyyə orqanlarının yaradılmasından 106 il ötür
“Böyük Qayıdış” Gənclər Təşkilatı Zəfər Günü və Dövlət Bayrağı Günü ilə bağlı bir sıra tədbirlər həyata keçirib
Əmirbəyovdan “Zeit”ə açıqlama: “Ermənistan təcrid vəziyyətindən çıxa bilər”
Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Almaniyanın “Zeit” nəşrinə müsahibə verib.
Oxu.Az bildirir ki, Elçin Əmirbəyov müsahibəsində noyabrda Bakıda keçiriləcək COP29 beynəlxalq təbdirindən və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasından bəhs edib.
Xüsusi tapşırıqlar üzrə nümayəndə Azərbaycanda saxlanılmış 32 erməni hərbçinin müqabilində iki azərbaycanlı əsirin geri qaytarılmasına nail olunduğunu xatırladıb.
Əlavə olaraq qeyd edib ki, Ermənistanın COP-un Büro üzvü olması və bunun müqabilində Azərbaycanın iqlim konfransına ev sahibliyi etməsi barədə razılığa gəlinməsi etimad quruculuğu tədbirlərini, bunun necə edilə biləcəyini göstərir.
Bununla belə nəşr yazır ki, Ermənistan isə Azərbaycana təhlükəli qonşu kimi baxır.
“Bəs bu ziddiyyətli perspektivlər nə vaxtsa uzlaşa bilərmi” sualı ilə çıxış edən nəşrə Elçin Əmirbəyov cavab verib.
Azərbaycan rəsmisi hesab edir ki, Ermənistanın əsas narahatlıqları absurddur.
Elçin Əmirbəyov bildirib ki, Azərbaycan 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış 10 Noyabr Üçtərəfli Bəyanatına əsasən, Zəngəzur ərazisindən avtomobil və dəmir yolu çəkməyi təklif edir.
“Ermənistan təcrid vəziyyətindən çıxa bilər. O, tranzit haqlarını toplaya və Türkiyə ilə münasibətlərini yaxşılaşdıra bilər”, - deyə əlavə edib.
Elçin Əmirbəyov nəşrin “bəs Ermənistan bu təklifi rədd edərsə?” sualına isə belə cavab verib:
“Biz də İrandan cənuba doğru avtomobil və dəmir yolu çəkə bilərik ki, bunun da uzunluğu cəmi 10 kilometr olar”.
Elçin Əmirbəyov bununla yanaşı, Zəngəzur dəhlizi ilə əlaqədar hərbi müdaxilə imkanları barədə iddialarla əlaqədar sualı da cavablandırıb:
“Biz bunu niyə etməliyik? Biz torpaqları qeyri-qanuni zəbt etməklə tarixin yanlış tərəfində dayanmış olarıq. Beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazilərinin bərpasından fərqli olaraq, dünya bunu qəbul etməz”, - deyə o əlavə edib.