Hər kəs öz hekayəsinin qəhrəmanıdır... Qalibin yaşı olmur... Kiçik qəhrəmanın Böyük yolu
Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Çin prezidenti illər sonra Avropaya səfərə çıxıb
Çin prezidenti Si Cinpin son beş ildə ilk dəfə Avropaya səfərə yollanıb.
O, Fransa, Serbiya və Macarıstan liderlərinin dəvəti ilə Paris, Belqrad və Budapeştə səfər edəcək.
Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, sədrin Avropa turnesi mayın 5-dən mayın 10-dək davam edəcək.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian bildirib ki, Si Cinpinin Avropa paytaxtlarına səfərləri Çinin Fransa, Serbiya, Macarıstan və bütövlükdə Avropa ilə əlaqələrinin inkişafına töhfə, həmçinin qlobal dinc inkişafa yeni təkan verəcək.
Si Cinpin mayın 5-dən 7-dək Fransada olacaq. Səfər Çin və Fransa arasında diplomatik münasibətlərin qurulmasının 60-cı ildönümünə təsadüf edir. Lin Jianın sözlərinə görə, dövlət başçıları arasında danışıqlar qarşılıqlı siyasi etimadı gücləndirəcək və Çin-Fransa hərtərəfli strateji tərəfdaşlığını yeni səviyyəyə qaldıracaq. Çin-Fransa sammiti çərçivəsində Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin iştirakı ilə üçtərəfli görüş baş tutacaq.
Mənbə: TASS























































