Sağlamlıqla oynayanlar, Susdurulan zərərçəkən və şübhə doğuran qərar: Prokurorluq nəyi gizlədir? FOTO/VİDEO
Baş rol ifaçısı Doğukan Güngör Türkiyənin məşhur "Kızılcık şerbeti" serialını tərk etməli oldu
WUF13 çərçivəsində keçiriləcək tərəfdaş tədbirləri üzrə müraciətlərin qəbulunun başa çatmasına son bir həftə qalıb
Yük maşını sürücülərinin "qorxulu yuxusu": Avropanın ən stresli şəhərləri məlum oldu
Azərbaycanda ödənişli əsaslarla oxuyan bəzi şəxslərin təhsil haqqı dövlət tərəfindən ödəniləcək
Arslan Məhərrəmlinin beynəlxalq uğuru: Azərbaycanın elmi zəfəri Orlandodan dünyaya
Səma ilə yüksələn idarəçilik nümunəsi – “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev
İnvaziv Kardioloq Dr. Samir Abbasov – Elmi bilik, peşəkarlıq və insan sağlamlığına həsr olunmuş ömür
Qod Semyonoviç Nisanov – Azərbaycanlı vətənpərvər iş adamının uğur, xeyirxahlıq və dövlətə sədaqət salnaməsi
Botanik alimlərin məqaləsi yüksək indeksli jurnalda dərc olunub
AR Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun alimlərinin həmmüəllifli olduğu “Azərbaycanda yayılmış Artemisia cinsi növlərinin genetik quruluşu və molekulyar analizi” adlı məqalə “International Journal of Secondary Metabolite” (Tubitak) jurnalında nəşr olunub.
Məqalənin müəllifləri Botanika İnstitutunun baş direktoru, Etnobotanika şöbəsinin müdiri, professor Səyyarə İbadullayeva, şöbənin elmi işçisi Nərmin Sadıqova, MBBİ-nun Genomun quruluşu və ekspressiyası laboratoriyasının baş elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Ələmdar Məmmədov, aparıcı elmi işçisi Zərifə Süleymanova və Xəzər Universitetinin Həyat Elmləri departamentinin dosenti, biologiya üzrə fəlsəfə doktoru Cavid Ocağıdır.
Məqalədə qeyd olunur ki, Azərbaycanın müxtəlif bölgələrindən toplanmış Artemisia szowitziana və Artemisia fragrans növlərinin 10 genotipinin filogenetik əlaqələri və genetik quruluşu RAPD praymerləri vasitəsilə tədqiq edilmişdir. Seçilmiş RAPD markerləri əsasında yovşan nümunələri arasında cəmi 94 DNT spektrləri amplifikasiya edilmişdir.Eksperiment zamanı OPA-02 praymeri vasitəsilə 3 spektr amplifikasiya edilmiş, OPW-17 praymeri vasitəsilə isə 12 spektr əldə olunmuşdur. Azərbaycana məxsus Artemisia szowitziana və Artemisia fragrans növlərinin müxtəlif populyasiyalarına aid nümunələrin genetik müxtəlifliyinin 10 RAPD markerlər əsasında öyrənilməsində əldə olunmuş PIC kəmiyyətinin orta qiymətinin 0.864-ə bərabər olması götürülən nümunələr arasında zəngin genetik müxtəlifliyin olmasından xəbər verir.Cakkard genetik oxşarlıq indeksi və UPGMA metodundan istifadə edilərək klaster analizi öyrənilən yovşan nümunələri 6 əsas qrupda sinifləşdirmişdir. Əsas Komponentlərin Analizi (PCA) ümumi variasiyanın 74.22%-də özünü doğrultmuşdur. Əldə edilən nəticələrə əsasən demək olar ki, Azərbaycanda yayılmış Artemisia szowitziana (1-2 və 4-6 nümunə) ilə Artemisia fragrans (3,5,7 və 8,9, 10 nümunə) populyasiyaları arasında molekulyar səviyyədə geniş müxtəliflik mövcuddur.
Qeyd edək ki, İnternational Journal of Secondary jurnalı SCOPUS, TR Dizin, DOAJ, CrossRef elmi bazalarında indeksləşdirilib.























































