ANIM GÜNÜ İLƏ BAĞLI GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
Xətai rayon ictimaiyyəti 27 Sentyabr – Anım Günü ilə əlaqədar şəhid məzarlarını ziyarət edib
“Avtopilot” MMC-nin rəhbəri İqrar Həsənov: 27 Sentyabr – Yarımçıq qalan arzuların əbədi Vətən hekayəsi
Qusar Rayon Yol İdarəsinin rəisi Güloğlan Əliyev: 27 Sentyabr – Zəfərə aparan yolun müqəddəs yaddaşı
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev: 27 Sentyabr – Əbədi yaddaşa çevrilən qəhrəmanlıq
Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov: 27 Sentyabr – Bir xalqın qürur və ehtiram günü
Vətənpərvər xanım, xeyriyyəçi Zərniyar Kərimova: 27 Sentyabr – Qəlblərdə yaşayan müqəddəs yaddaş
“Gəncə Körpü Tikinti-2” ASC-nin rəhbəri Aqibət Məmmədov: “27 Sentyabr – Yaddaşdan tarixə, tarixdən gələcəyə”
İş adamı Qəzənfər Niftəliyev: 27 Sentyabr – Xalqın yaddaşında əbədi yaşayan qəhrəmanlıq günü
Arif Rəsulov: 27 Sentyabr – Anım Günü: Şəhidlərin əziz xatirəsi qarşısında baş əyirik
27 Sentyabr – Milli iradənin, xalq birliyinin və qəhrəmanlığın tarixə həkk olunduğu gün
Məcid Məmmədov: 44 günlük vətən müharibəsi milli birliyimizin gücünü bütün dünyaya nümayiş etdirdi
Ümummilli lider Heydər Əliyev Azərbaycanda müstəqil elektrik enerjisi sisteminin yaradıcısıdır
Aran” Regional Enerji Təchizatı və Satış İdarəsinin (RETSİ) sədri: “Azərbaycanda energetika sahəsinin inkişafı Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, 1981-ci ildə, hələ respublikamıza birinci dəfə rəhbərlik etdiyi dövrdə, oktyabr ayının 20-də Ümummilli lider Heydər Əliyevin iştirakı ilə Cənubi Qafqazın ən böyük istilik-elektrik stansiyası sayılan, gücü 2400 MVt olan 8 enerji blokundan ibarət “Azərbaycan” İstilik Elektrik Stansiyasının birinci bloku istismara verildi. Bu hadisə ilə əlaqədar olaraq indi 20 oktyabr hər il təqvimdə Azərbaycan energetiklərinin peşə bayramı günü kimi qeyd olunur. Ümummilli liderimizin xalqımıza bəxş etdiyi töhfələr sırasında xüsusi yeri, çəkisi olan “Azərbaycan” İES bu gün də müstəqil dövlətimizin enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna rola malikdir. Ulu öndər Heydər Əliyevin rəhbərliyinin birinci dövründə yaradılmış potensial hesabına artıq 1980-ci illərdən etibarən Azərbaycan nəinki özünü elektrik enerjisi ilə tam təmin edə bildi, həmçinin, qonşu respublikalara da elektrik enerjisi ixrac etməyə başladı. Məhz həmin illərdə Azərbaycanda hər kəndə, hər evə elektrik xətti çəkildi. Heydər Əliyev ölkəmizi və xalqımızı, sözün həqiqi və məcazi mənasında, işıqlığa çıxardı”.
Məhz həmin illərdə ölkədə yaradılan generasiya gücləri hesabına bu gün Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etməkdədir. “Prezident İlham Əliyevin energetika sahəsinə ayırdığı diqqət və qayğının nəticəsində son illərdə ölkəmizdə onlarla yeni-yeni elektrik stansiyaları və yarımstansiyalar tikilərək istifadəyə verilib. Respublikamızın elektrik enerjisinə olan tələbatı tam şəkildə ödənilib. İndi respublikamız qonşu ölkələrə elektrik enerjisi ixrac etməkdədir. Qarşıdakı illərdə ölkəmizdə daha bir neçə iri elektrik stansiyasının istismara verilməsi planlaşdırılır”.
“Enerji problemini həll etmədən ölkədə nə işsizlik, nə yoxsulluq problemini həll etmək mümkündür. Bu gün enerji probleminin həlli dünya dövlətləri üçün ən ümdə vəzifələrdən biridir. Dövlət başçılarının görüşlərində gündəlikdə duran məsələlər sırasında enerji məsələləri ilk sırada yer alır. Dünyada baş verən münaqişələrə diqqət yetirsək, bunun məğzində də, məhz enerji məsələsinin, enerji mənbələrinə sahib olmağın dayandığının şahidi olarıq. Sevindirici haldır ki, Azərbaycanda bu gün enerji təminatı sahəsində heç bir maneə yoxdur və bu problemin həllinə hələ Ulu öndər Heydər Əliyev respublikamıza birinci dəfə rəhbərlik etdiyi illərdə nail ola bilmişdi”. İlham Əliyev dövlət başçısı seçildikdən sonra respublikamızın enerji potensialının daha da artırılması sahəsində xeyli işlər görülüb, əlavə generasiya gücləri istifadəyə verilib. “Məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə energetika sahəsində tədbirlər planı, yeni proqram işlənilib hazırlandı. Bu gün biz əminliklə deyə bilərik ki, ölkəmizin enerji təhlükəsizliyi tam şəkildə təmin olunub. Bu gün biz Avropanı təbii qazla təmin etməyə başlamışıq. İnanıram ki, gün gələcək və biz Avropaya elektrik enerjisi də ixrac etməyə başlayacağıq. O gün çox da uzaqda deyil”, - deyə nazir vurğulayıb. O, daha sonra Prezident İlham Əliyevin energetiklərə daim diqqət və qayğı göstərdiyini, hər il peşə bayramı ərəfəsində onlarla energetikin dövlətin müxtəlif fəxri adları ilə təltif olunur.
Bu gün Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının azadlığının, müstəqilliyinin təntənəsinə yönələn müqəddəs strateji ideyaları onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.























































