Hər kəs öz hekayəsinin qəhrəmanıdır... Qalibin yaşı olmur... Kiçik qəhrəmanın Böyük yolu
Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova - Vətən sevgisi, dövlətçilik ruhu və neftçi əməyinə ehtiram
Hər bir müraciət qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib
Ölkəmizdə Beynəlxalq Əmlak və İnvestisiya Zirvəsi keçiriləcək
“Between” və “Facemark” şirkətlərinin təşkilatçılığı ilə 1 iyun “The Ritz Carlton Baku”da Beynəlxalq Əmlak və İnvestisiya Zirvəsi keçiriləcək. Tədbir vasitəsilə yerli və beynəlxalq sahədə məlumat və təcrübə mübadiləsi həyata keçiriləcək. “Gələcəyə doğru yatırım” konsept mesajı ilə keçiriləcək tədbirin məqsədi Azərbaycan investorlarına Türkiyə və Avropa Birliyi bazarlarında əmlak və digər investisiya imkanlarını necə effektiv istifadə edə biləcəkləri barədə məlumat verməkdir.
Peşəkar moderator və spikerlərin idarəetmə, bankçılıq, sığorta, təhsil və pərakəndə satış (Amazon) təcrübəsi ilə birlikdə zirvə həm yeni başlayanlar, həm də təcrübəli investorlar üçün əlverişli bir platforma təqdim edəcək, həmçinin Avropa və Türkiyədəki əmlak, investisiya imkanlarından maksimum dərəcədə yararlanma yollarını göstərəcək, yatırım edərək daha çox gəlir əldə etməyin yollarını izah edəcəklər.
Beynəlxalq Əmlak və İnvestisiya Zirvəsi Azərbaycan investorları arasında əməkdaşlıq və şəbəkələşmə imkanlarını genişləndirərək, onların beynəlxalq investisiya mühitində mövqelərini gücləndirməyə yardımcı olacaqdır. Tədbir hər bir iştirakçıya dəyərli biliklər, yeni perspektivlər və uzunmüddətli uğur üçün lazımi alətlər təqdim edəcəkdir.
Gələcəyə doğru yatırım fürsətləri sizləri gözləyir!
Tədbir haqqında ətraflı məlumat əldə etmək üçün zirvənin sosial media hesablarını izləyə bilərsiniz.
“LinkedIn”: https://www.linkedin.com/company/beyn-lxalq-mlak-v-i-nvestisiya-zirv-si/about/?viewAsMember=true
“Facebook”: https://www.facebook.com/profile.php?id=61558462283859
“Instagram”: https://www.instagram.com/propertyandinvestment.az/























































