Gecə saat 2-də marketi ağır texnika ilə dağıtdılar – Ordubadlı sahibkar nazirə üz tutdu!
İSMAYIL ZALOVDAN SƏBİNƏ ƏLİYEVAYA TƏBRİK: İNSAN HÜQUQLARININ MÜDAFİƏSİ SAHƏSİNDƏ ETİMAD VƏ MƏSULİYYƏTİN YENİ MƏRHƏLƏSİ!
Əhaliyə “nüvə zərbəsi” bildirişləri göndərdilər - Dünyada “qiyamət günü” panikası - Fotolar
Batmanlı kürd iş qadını Muazzez Baktaş: “Regional təcrübədən beynəlxalq investisiya baxışına”
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
Azyaşlının xilas edildiyi liftin dayanma səbəbi açıqlandı - YENİLƏNİB + VİDEO
“Bakı Lifttəmir” İstehsalat Birliyi (İB) Gəncə prospekti 57, giriş 4 ünvanında binada liftin dayanması ilə bağlı məsələyə aydınlıq gətirib.
İB-dən Oxu.Az-a verilən məlumata görə, araşdırma nəticəsində məlum olub ki, liftin dayanmasına binaya elektrik enerjisinin verilməsində yaranmış fasilə səbəb olub.
“Müvafiq qurumun əməkdaşları tərəfindən liftdə qalan azyaşlı uşaq xəsarətsiz çıxarılıb. Təxminən 15 dəqiqə sonra elektrik enerjisinin verilməsi bərpa edilib və mütəxəssislər tərəfindən lift işə salınıb”, - məlumatda vurğulanıb.
Qeyd edilib ki, mövcud qaydalara əsasən, 12 yaşdan aşağı uşaqların valideyn nəzarəti olmadan liftdən istifadəsi qəti qadağandır.
10:30
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən doqquzmərtəbəli yaşayış binasının liftində azyaşlının köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə FHN məlumat yayıb.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri cəlb olunublar.
Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının texniki nasazlıq səbəbindən yeddinci mərtəbəsində dayanmış liftin qapısını xüsusi vasitələrlə açıb köməksiz vəziyyətdə qalmış 2016-cı il təvəllüdlü Y.Əliyevi xilas edərək yaxınlarına təhvil veriblər.























































