DÖVLƏTİMİZ ƏDLİYYƏYƏ XÜSUSİ DİQQƏT VƏ QAYĞI GÖSTƏRİR - 22 NOYABR ƏDLİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMIDIR.
“AzerGold” QSC “Daşkəsən rayonunda bitən nadir bitkilərin reintroduksiyası” layihəsini uğurla icra edib
COP29 çərçivəsində 300-500 milyard dollar yeni maliyyə hədəfi ətrafında danışıqlar gedir
Consonun 500 milyardlıq təklifi: Ukraynaya fantastik məbləğdə kredit verilə bilərmi?
Azərbaycan ədliyyəsi də yeni tarixi mərhələyə qədəm qoyur. Ədliyyə orqanlarının yaradılmasından 106 il ötür
“Böyük Qayıdış” Gənclər Təşkilatı Zəfər Günü və Dövlət Bayrağı Günü ilə bağlı bir sıra tədbirlər həyata keçirib
Daşkəsən rayonundan 2 nəfər “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq 2023-cü il “Heydər Əliyev İli” elan olunub. Bu əlamətdar il ilə bağlı təsdiqlənmiş “Tədbirlər Planı”na uyğun olaraq, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təsis edilib. Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2024-cü il tarixli 4289 nömrəli Sərəncamı ilə bir sıra şəxslər “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunublar.
Yeni Azərbaycan Partiyası Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev və Daşkəsən Rayon Ağsaqqallar Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü Cavanşir Qocayev də sözügedən siyahıda yer alıblar.
Bununla əlaqədar olaraq, Daşkəsən Rayon İcra Hakimiyyətinin inzibati binasında medalların təqdimetmə mərasimi keçirilib. Mərasimdə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının vəzifə səlayiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov və İcra Hakimiyyəti başçısı yanında Şura üzvləri iştirak ediblər.
Tədbirdə çıxış edən Vüqar Məmmədov müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərindən danışıb və təltif olunan şəxsləri təbrik edib.
Digər çıxış edənlər də böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan Ulu Öndər Heydər Əliyevin tükənməz dövlət idarəçiliyindən bəhs ediblər.
Daha sonra Vüqar Məmmədov tərəfindən Meydanəli Yolçiyevə və Cavanşir Qocayevə medallar təqdim olunub.
Təltif olunanlar Ulu Öndər Heydər Əliyevin siyasi davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevə onlara göstərilən diqqətə və ali mükafata görə minnətdarlıqlarını ifadə ediblər.