Menu
Xəbər Lenti
Sabah hava necə olacaq?
Dünən, 11:53

Sabah hava necə olacaq?

Günün ikinci zəlzələsi
31-07-2025, 12:35

Günün ikinci zəlzələsi

Kəlbəcərdə zəlzələ oldu
31-07-2025, 10:17

Kəlbəcərdə zəlzələ oldu

ŞEİRİNƏ SIĞMAYAN ŞAİR
30-07-2025, 14:26

ŞEİRİNƏ SIĞMAYAN ŞAİR

17 Mart 2024 08:01Manşet / Gündəm / Sosial

İpoteka krediti ilə bağlı dəyişiklik vətəndaşlara nə verəcək? - Ekspert izah edir

 

Bəzi hallarda ipoteka krediti ilə bağlı borcu tam ödənilmədikdə belə əmlak vətəndaşa qalacaq. Bu, “İpoteka haqqında” qanuna təklif edilən dəyişikliklərdə öz əksini tapıb.

“Xəzər Xəbər”in məlumatına görə, dəyişikliyə əsasən, bank tərəfindən ipotekaya xitam verilərsə, bu halda əmlak ipoteka sahibinə - yəni vətəndaşa qalacaq.

Mövzunu şərh edən Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, hazırkı qanuna əsasən əmlak və ya mənzil ipotekanı verən qurumun, bankın və ya İpoteka və Kredit Zəmanət Fondunun sərəncamında qalır.

Digər dəyişikliklər isə ipotekada zamin məsələsi və varislərin hüquqlarının qorunmasıdır.

Təklif edilən dəyişikliyə əsasən bəzi hallarda varis ipoteka kreditini ödəməkdən imtina edə biləcək.

Vüqar Bayramov bildirib ki, ümumilikdə ipoteka kreditləşməsi üzrə edilən bütün dəyişikliklər pozitivdir və kredit götürən şəxslərin maraqlarının və hüquqlarının qorunmasına imkan verəcək.

Qeyd edək ki, hazırda qüvvədə olan qanuna əsasən, tərəflər bu barədə razılığa gəldikdə, əsas öhdəliyə xitam verildikdə, tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda və ipoteka predmeti məhv olduqda ipotekaya xitam verilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Bizimlə əlaqə saxlayın