Türkiyə Şimali Kiprə 6 F-16 döyüş təyyarəsi və hava hücumundan müdafiə sistemləri yerləşdirdi
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı paylaşım edilib
Tibb üzrə fəlsəfə doktoru Dilqəm Məhərrəmovdan 8 Mart – Beynəlxalq Qadınlar Günü Təbriki
Azərbaycanın ilk poliqrafçı alimi Şəddad Cəfərovdan 8 Mart – Beynəlxalq Qadınlar Günü Təbriki
Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyevdən 8 Mart – Beynəlxalq Qadınlar Günü Təbriki
Xeyirxahlığı və vətənpərvərliyi ilə seçilən Zərniyar Kərimova – 8 Mart münasibətilə təbrik
Oğlunu Azərbaycana sürgün edən amansız Hörmüz - İndi dünyanın ürəyi orada döyünür...
Uşaq bağçasında zorakılıq iddiaları – “Kids Era” bağçasında baş verənlər ciddi araşdırılmalıdır
“Xəbər tutdum ki, belə bir hadisə olub, dərhal nazirə zəng etdim” - Müctəba Dərmiçilu
ARHD.AZ İnformasiya Agentliyinin rəhbəri, beynəlxalq hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalov Hafiz Paşayevi təbrik etdi
Türkiyədən geyim məhsullarının idxalında AZALMA: Səbəb nədir?
Türkiyə İxracatçıları Məclisi dünən yaydığı hesabatda bildirib ki, cari ilin yanvar-fevral ayları ərzində Azərbaycan Türkiyədən aldığı geyim və geyim üçün lazım olan ləvazimatlarının həcmi kəskin azalıb.
Belə ki, iki ay ərzində Türkiyədən 10 milyon 84 min ABŞ dolları dəyərində geyim və geyim üçün lazım olan ləvazimatlar alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyon 510 min ABŞ dolları, yaxud da 35,3 faiz azdır.
Maraqlıdır ki, Türkiyədən onlayn üsulla geyim sifarişi gün keçdikcə daha da populyarlaşır. Ona görə də, statistikada azalmanın olması müəyyən suallar yaradır.
Bəs azalmaya səbəb nədir?
Mövzu ilə bağlı Bizim.media-nın bu və digər suallarını cavablandıran iqtisadçı-ekspert Fuad İbrahimov, bu məlumatın statistik mənzərəni tam əhatə etmədiyini bildirib.
Onun fikrincə, burada “güzgü” (şəffaflıq) metodologiyası düzgün tətbiq olunmayıb:
“Bu gün vətəndaşlarımızın Türkiyə ilə həyata keçirdiyi alış-verişin rəsmi uçotu aparılmır. Rəsmi mənbələrə istinad edilən məlumata əsasən, “Trendyol” kimi elektron platformalardan alınan məhsullarla bağlıdır. Çünki daha çox bayram ərəfələrində bu platformalardan edilən ticarətin həcmi kəskin şəkildə artır ki, bu da normal bir haldır.
Ancaq yanvar və fevral ayları “boz ay”, yəni alış-verişin azaldığı aylar sayılır. Ona görə ki, bu aylarda insanlar qənaətçilik paradoksunun ən yüksək pilləsində olurlar”.
Bu il ticarət həcmi daha da artacaq
Onun sözlərinə görə, mart isə bayramlar ayı olduğu üçün adıçəkilən platformalara müraciətlərin sayı yenidən artmağa başlayıb:
“Hamı yeni geyimlər, müxtəlif əşyalar və sair almağa çalışır. Buna görə də Türkiyə İxracatçıları Məclisi tərəfindən qeyd edilən rəqəmlər əsas kimi götürülə bilməz. Çünki elektron ticarət platformaları vasitəsilə edilən ticarətin əsl mənzərəsini görə bilmirik. Bu da Türkiyədən karqolarla gələn geyim sifarişlərinin kiloqramla rəsmiləşdirilməsi ilə bağlıdır. Bir çoxu isə qarışıq mallar gəldiyi üçün rəsmiləşmə daha da çətinləşir”.
Onun fikrincə, bu məsələdə insanlarımızın alıcılıq qabiliyyətinin aşağı düşməsini də nəzərə almaq lazımdır:
“Amma ümumi balansa diqqət yetirsək, ilin sonuna qədər alış-verişin daha da artacağı proqnozlaşdırılır. Üstəlik, əvvəlki səviyyəsinə də çatacaq və ötəcək. Bu gün Türkiyə Azərbaycanın geyim bazarını tam təmin edir”.
Digər ekspert Xalid Kərimli isə Türkiyə İxracatçıları Məclisinin bu statistikasındakı rəqəmlərin dəqiq olmadığını söyləyib:
“Burada əsas məqam, Türkiyə məhsullarının bahalaşması ilə bağlıdır. Çünki bu ölkədə inflyasiya çox sürətlə gedir. Bundan başqa, ölkəmizdə əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb. Ancaq türk lirəsinin dollar qarşısında dəyərdən düşməsi əsas rol oynamır. Ona görə ki, bu, insanları daha çox alış-veriş etməyə həvəsləndirər”.






















































