Menu
Xəbər Lenti
İsrail atəşkəsi pozdu
17-04-2026, 11:01

İsrail atəşkəsi pozdu

Polis silah-sursat götürdü
13-04-2026, 11:33

Polis silah-sursat götürdü

14 yolda tıxac var - Siyahı
13-04-2026, 11:07

14 yolda tıxac var - Siyahı

08 Mart 2024 08:14Manşet / Gündəm / Siyasət

Azərbaycan Prezidenti: “XXI əsrdə islamofobiya, ksenofobiya və irqçiliyə yer olmamalıdır”

 

“XXI əsrdə islamofobiya, ksenofobiya və irqçiliyə yer olmamalıdır. Terrorizm və ekstremizmi hər hansı bir din, millət, sivilizasiya və ya etnik qrupla əlaqələndirmək yanlış yanaşmadır”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakıda keçirilən “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfransın iştirakçılarına məktubunda ifadə edib.

“Dindən siyasi məqsədlər üçün istifadə yalnız cəmiyyətlər daxilində nifaq və qarşıdurma yaratmağa xidmət edir. Bu təzahürlər, eyni zamanda, insanlığı humanizm ideallarından və ümumbəşəri dəyərlərdən məhrum edir, nəticədə sivilizasiyalararası münaqişələrə gətirib çıxarır”, - deyə məktubda qeyd olunub.