Hər kəs öz hekayəsinin qəhrəmanıdır... Qalibin yaşı olmur... Kiçik qəhrəmanın Böyük yolu
Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Nazir: “Xocalıda dalğalanan bayrağımız soyqırımı qurbanlarının qanının yerdə qalmadığını göstərir”
“Xocalı soyqırımı bəşər tarixində insanlıq əleyhinə ən ağır cinayətlərdəndir. Azərbaycan xalqına qarşı törədilmiş bu kütləvi qırğın xalqımızın mübarizə əzmini qıra bilmədi”.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” hesabında paylaşıb.
“Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun antiterror tədbirləri nəticəsində dövlətimizin suverenliyi tam bərpa edildi, o cümlədən Xocalı rayonu da separatçılardan təmizləndi. Bu gün Xocalıda qürurla dalğalanan üçrəngli bayrağımız haqq-ədalətin təntənəsini, soyqırımı qurbanlarının qanının yerdə qalmadığını bariz şəkildə nümayiş etdirir. Xocalı soyqırımının 32-ci ildönümündə faciə qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik”, - deyə nazir qeyd edib.























































