“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib
ATU rəhbərliyi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Ulu Öndərin məzarını ziyarət edib
Azərbaycan-Ermənistan sərhədində delimitasiya üzrə işlər nə yerdədir? - Nazirdən AÇIQLAMA
Arzu Əliyeva ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib
Azərbaycan - Britaniya Peşəkarları Assosiasiyası ilə ATU arasında əməkdaşlıq genişlənir
İlham Əliyev Heydər Əliyevin ömür yolundakı vacib məqamları əks etdirən videoçarx paylaşıb
DYP Kürdəmir Postunun komandiri Ruslan İsayev: “Ulu Öndər Heydər Əliyev – Azərbaycan dövlətçiliyinin xilaskarı”
İş adamı Cəbrayıl Cəbrayılov: “Ümummilli Lider Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixində əbədi imzadır”
Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsinin inkişafı”
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov: “Ulu Öndər Heydər Əliyev və neft strategiyası”
YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov: “Heydər Əliyev – müasir Azərbaycan modeli və dövlətçilik strategiyasının müəllifi”
Taleh Məmmədov: “Heydər Əliyev və müasir Azərbaycan modeli dövlətçilik strategiyasının müəllifi”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının Terapiya Şöbəsinin müdiri Lamiyə Nəsibova: “Ulu Öndər Heydər Əliyev və tibb sahəsində uğurlar”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradova: “Ulu Öndər Heydər Əliyev - Azərbaycan səhiyyəsinə layiqli xidmətin nümunəsi”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Xəyalə İmanova: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsi”
Xətai rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı və atəşfəşanlıq təşkil olunub
Azərbaycan Tibb Universiteti Türkiyənin Yozqat Bozok Universiteti ilə əməkdaşlığa başlayır
İpək Yol MMC-nin rəhbəri Qəzənfər Niftəliyev: “Mən fəxr edirəm ki, Ulu Öndər Heydər Əliyevin dövrünün ziyalıları ilə çiyin-çiyinə çalışıram”
Xeyriyyəçi, vətənpərvər sahibkar xanım Zərniyar Kərimova: “Ulu Öndər və Azərbaycan qadını”
Tibb üzrə fəlsəfə doktoru Dilqəm Məhərrəmov beynəlxalq tibb konqresində məruzə ilə çıxış edib
“Sağlığında sahə həkiminin qəbuluna düşməyibsə, ölüm kağızı almaq olmur” - Rəsmi açıqlama
Xocalı faciəsinin şahidi: “Yaşadığımız ağrı-acıları qazandığımız tarixi Zəfərin sevinci əvəz edib”
Xocalıda doğulub və orada yaşayan Mehriban Əliyeva ermənilərin törətdikləri soyqırımında həyat yoldaşı ilə yanaşı, onlarca əzizini itirib, bu səbəbdən 6 övladını tənha böyütməyə məcbur olub. Xocalıda hər kəs bir-birinə qohum olduğu üçün oradakı şəhidlərin çoxu onun yaxınları idi. Qanlı faciədən 30 ildən çox vaxt keçsə də, baş verən hadisələr hər zaman onun yaddaşında vahiməli bir mənzərə canlandırır.
Ermənilərin Xocalıda törətdiyi müsibətləri, gördüyü dəhşətləri AZƏRTAC-la bölüşən M.Əliyeva qanlı fevral gecəsini belə xatırlayır: “Çətin coğrafi relyefdə yerləşən Xocalı hər tərəfdən dağlarla əhatə olunub. Əhalidə isə silah-sursatın olmaması rayona nəzarəti və müdafiəni çətinləşdirirdi. Ermənilər hücumdan əvvəl kəndin işığını, suyunu kəsmiş, bütün təchizatı kanallarını məhv etmişdilər. Fevralın 25-dən 26-a keçən gecə saat 23:00-dən başlayaraq düşmən xəbərsiz, qəfildən dörd tərəfdən Xocalıya hücum etdi. Xocalı sakinləri də əlacsız vəziyyətdə Kətik dağı istiqamətində getməyə başladılar. Dağın ətəyindən keçən Qarqar çayı dərin və gursulu idi. Fevral ayı olduğu üçün həmin gecə dəhşətli bir qış axşamı hökm sürürdü, qar yağırdı, göz gözü görmürdü. Evlərindən tələsik qaçmağa məcbur olan insanlar isə məcburiyyətdən ayaqyalın, başıaçıq Qarqar çayından keçib Kətik meşəsinə girdilər. Ermənilər bizi aldatmışdılar ki, Əsgəran istiqamətindən şərait yaradacaqlar, oradan təhlükəsiz keçə bilərik. Biz qarşımızdakı Qaraqayada ermənilərin mövqe tutduqlarını bilmirdik. Erməni cəlladları dediklərinin əksinə olaraq Əsgəran qalasının yanında Xocalı sakinlərinin qarşısını kəsib onları vəhşicəsinə qətlə yetirdilər, sonra torpağı qazıb yaralıları və sağ qalanları diri-diri basdırdılar”.
Mehriban xala bildirir ki, 613 nəfər şəhiddən əlavə, xeyli itkinləri də olub. “Ermənilər o qədər qəddar millətdir ki, insanların gözlərini çıxarır, uşaqları, qocaları, qadınları, xəstələri qəddarcasına öldürürdülər. Hətta insanları diri-diri doğrayırdılar. Onlar azərbaycanlılara qarşı dünyada misli görünməmiş soyqırımı törətdilər.
Ermənilər Xocalını yandırmaqla rahatlaşmadı, rayonu qarət də etdilər. Düşmən meyitlərə işgəncələr verib, onların qulaqlarını kəsib, gözlərini çıxarırdı, dərilərini soyurdu”, - deyə o əlavə edib.
M.Əliyeva artıq Xocalının işğaldan azad olunduğunu, orada Azərbaycanın Dövlət Bayrağının dalğalandığını qürurla seyr etdiyini vurğulayaraq qeyd edib: “Biz 30 il ərzində ümidimizi itirmədik və Xocalının azad olunacağına inandıq, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna güvəndik. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə cansağlığı versin. Onların sayəsində torpaqlarımız işğaldan azad edilib, ərazi bütövlüyümüz bərpa olunub, 30 illik həsrət sona çatıb. Yaşadığımız ağrı-acıları artıq qazandığımız tarixi Zəfərin sevinci əvəz edib. Bu gün sevinc içərisindəyik, çünki torpaqlarımızın işğaldan azad edilməsi ilə bərabər, həm də qürurumuz bərpa olundu, haqq-ədalət yerini tapdı”.























































