Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları "Azərenerji" və "Azərişığ"a ötürüləcək
DÖVLƏTİMİZ ƏDLİYYƏYƏ XÜSUSİ DİQQƏT VƏ QAYĞI GÖSTƏRİR - 22 NOYABR ƏDLİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMIDIR.
“AzerGold” QSC “Daşkəsən rayonunda bitən nadir bitkilərin reintroduksiyası” layihəsini uğurla icra edib
COP29 çərçivəsində 300-500 milyard dollar yeni maliyyə hədəfi ətrafında danışıqlar gedir
Mehriban Əliyeva insanpərvərlik, kübarlıq, müdriklik, cəsarətlik rəmzi olan ziyalı Azərbaycan qadınıdır- Könül Nəbizadə
Hər şəxsin formalaşmasında ailənin, ailə mühitinin, ailə tərbiyəsinin rolu əvəzsizdir. Ailəyə bağlılıq, ailə dəyərləri, uşaqlara qayğı, böyüklərə hörmət Azərbaycan xalqına məxsus olan ən gözəl xüsusiyyətlərdən biridir. Mehriban xanım Əliyevanın səmimiyyəti, fədakarlığı, xalqa sevgisi öz soy-kökündən qaynaqlanır. O, mənsub olduğu ailənin zəngin mənəviyyatından bəhrələnərərk istər şəxsi həyatında, istərsə də ictimai fəaliyyətində onların nəcib əməllərini yaşadır, bu genetik kodu ləyaqətlə davam etdirir. Mehriban Əliyeva ziyalı ailəsində doğulub. Valideynləri Azərbaycan ziyalı insanlardır. Babaları da ədəbiyyatımızda, söz sənətimizdə izi olan, sözü, səsi eşidilən, qəbul edilən, yüksək vətəndaşlıq nümunəsi ilə seçilən ziyalılar olub.
Mehriban xanım Azərbaycan tarixində əbədi qalacaq müdrik bir dövlət başçısının, ölkə birincisinin ailəsinə gəlin köçüb. O, Prezidentimizin ömür gün yoldaşı, xalqının sevimli övladı, dəyərli gəlinidir. O, bu hörməti öz nümunəvi əməlləri, iradəsi və atdığı addımlarla qazanıb. Mehriban xanım Əliyeva özünə gözəllik, xeyrxahlıq, sədaqət və analıq kimi ülvü keyfiyyətləri təcəssüm etdirən Azərbaycan Qadınıdır. Mehriban xanım parlaq ictimai xadim olmaqla bərabər, fədakar həyat yoldaşı, qayğıkeş ana, şəfqətli nənədir. O öz övladlarını Azərbaycanı ürəkdən sevən, milli-mənəvi dəyərlərə bağlı vətəndaş kimi tərbiyə etmişdir. Mehriban xanımın həyata keçirdiyi layihələrdə maarifçi, xeyriyyəçi, kreativ ideyaları ilə yanaşı, mədəni, dini, milli- mənəvi dəyər və ənənələrə sədaqət müşahidə olunur. Bütün bunları harmonik şəkildə reallaşdırmaq, ictimaiyyətə, eləcə də dünyaya çatdırmaq çox çətindir, lakin Mehriban xanım yorulmaz əməyi, güclü iradəsi ilə bu şərəfli və xeyirxah missiyanı layiqincə yerinə yetirir. Azərbaycan qadınının bütün gözəl keyfiyyətlərini özünün təkrarsız şəxsiyyətində birləşdirən Mehriban Əliyevanın cəmiyyətdə yaratdığı fikir-mühit insanları mənəvi saflığa, nəcibliyə, xeyirxahlığa səsləyir. Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin hər addımının əsasını xeyirxahlığın, humanizmin, səmimiyyətin, vətəndaşlıq təəssübkeşliyinin yüksək səviyyədə qorunması təşkil edir.Bu gün Azərbaycan qadının gözəlliyini, nəcibliyini, mübarizliyini və dünya görüşünü Azərbaycanın Birinici xanımı Mehriban Əliyeva özündə təcəssüm etdirir. Birinci xanımın istər mədəniyyət, istərsə də elm və təhsil sahələrinə ayırdığı diqqət və qayğısı Azərbaycan qadınının daxili dünyasının zənginliyi, elmi təfəkkürünün aliliyi və mərdliyindən xəbər verir. Praqmatiklik və siyasi çeviklik, qarşıya qoyulan məqsədlərin həyata keçirilmə və nəzərə alınma zərurətini diplomatik etiketlər çərçivəsində diqtə etmək məharəti, üstəlik də protokol qaydalarında bərabərhüquqlu tərəfdaş qismində etiraf etdirilmə səriştəsi Mehriban xanım Əliyevanın siyasi dünyagörüşünün diapazonunu ehtiva etməklə bərabər, həm də onun kübarlılığını təsdiq edir. Mehriban xanım Əliyeva xeyriyyəçilik fəaliyyəti ilə Azərbaycanda bu sahədə sosial-fəlsəfi təməl yaratmaqla yanaşı, gələcək nəsillərə nümunəvi addımları ilə əsas missiyanı göstərmiş olur.Gələcəyimiz olan körpələrə hər zaman xüsusi diqqət və qayğı ilə yanaşıb. Hər zaman kimsəsizlər və körpələr evlərində olan Mehriban xanım Əliyevanın bu addımını da müstəqil Azərbaycanda böyüməkdə olan körpələrin sağlam və etibarlı əllərdə tərbiyə olunmasına bir daha əmin olmaq istəyi kimi də dəyərləndirmək olar. Mehriban xanımın gələcək nəslin nümayəndələrinə olan diqqət və qayğısı tək Azərbaycanın hüdudları ilə kifayətlənmir. O, dünyanın müxtəlif region və ölkələrində saysız xeyriyyə işləri-məktəblər, bağçalar, ağacların əkilməsi, azyaşlı uşaqlara bayramlarda hədiyyələrin göndərilməsi, müalicəyə ehtiyacı olan şəxslərin müalicələrinin aparılması, kimsəzilər üçün evlər, Məscid, Kilsələrin tikinti və təmirini öz üzərinə götürmüşdür.
Mehriban xanımın fəaliyyətinin çoxşaxəlidir və bütün bu əməli addımlar yalnız bir məqsədi var Azərbaycan xalqının zəngin mədəni-mənəvi irsinin qorunub saxlanılması və təbliğ edilməsi. Azərbaycançılıq məfkurəsinin inkişaf etdirilməsində misilsiz addımları olan, dəyərli Azərbaycan övladı, fəxr etdiyim Azərbaycan qadının simvolu hörmətli Mehriban xanım Əliyevaya can sağlığı arzu edirəm, Allah daim qorusun.
Nəbizadə Könül Faxrəddin qızı.