Düşmən gülləsinə sinəsini sipər edən qəhrəman – Vidadi Nizami oğlu Zalovun igidlik salnaməsi
“İnklüzivliyin Sirri” – Humanist dəyərlərin təntənəsi və uşaqların yaradıcılıq bayramı
Beynəlxalq Hüquq Müdafiəçisi İsmayıl Zalovdan Türkiyə İstanbul Ədalət Sarayında xüsusi müsahibə
Siyasi elmlər doktoru, professor Vaqif Abdullayev: Azərbaycan–İsrail münasibətləri: Tarixi səfər fonunda yeni əməkdaşlıq üfüqləri
Bu sevda Vətən sevdasıdır... XTQ-nin cəsur döyüşçüsü, Şuşa fatehi Zaur Ələkbərovun qəhrəman obrazı
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
ƏFSANƏ İBRAHİMOVA — ZİYALI AİLƏSİNDƏN MEDİA RƏHBƏRLİYİNƏ UZANAN NÜMUNƏVİ HƏYAT YOLU
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
Bizim ailəmiz -Türk dünyasıdır- İlham Əliyev / FOTO-VIDEO
23-31 oktyabr 2023-cü il tarixlərində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin 5 nəfərdən ibarət nümayəndə heyəti AVMVİB sədri Füzuli Rzaquliyevin əmri ilə Qazaxıstan Respublikasına ezam olunmuşlar. Məqsəd Qazaxıstan Respublikasının İdman və Gənclər Nazirliyi və Qazaxıstan Veteranlarının təşəbbüsü ilə keçirilən Beynəlxalq Forumda iştirak etmək, eyni zamanda Turan-Türk Dövlətləri Veteranları Birliyini təsis etmək üçün Beynəlxalq Sazişi imzalamaq olmuşdur.
AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi, e.o.polkovnik Elmar Hüseynov başçılıq etdiyi nümayəndə heyətinin tərkibində olan AVMVİB Gəncə şəhər şöbəsinin sədri e.o. mayor Bəyanət Qasımov, o cümlədən e.o. polis polkovniki Mübariz Quliyev, e.o. polkovnik Qaçay Aslanov, müharibə veteranı Musa Əliyev Qazaxıstan Respublikasının Almata şəhərinin hava limanında Qazaxıstan veteranlarının sədri Murat Muxametjanov sədr müavini Ayğan Nurbolat Jolboldıulı, ictimai fəal Bağila Baltabayeva, Almata, Astana, Taraz, Şımkent, Türkistan şəhərlərinin veteranları Azərbaycan və Türkiyə nümayəndə heyyətlərini türk dövlətlərinin bayraqları altında hərarətlə və gül-çiçəklə qarşılanmışlar. Oktyabrın 24-də Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin nümayəndə heyətinin başçısı, AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi Elmar Hüseynovun, Qazaxıstan veteranlarının sədri Murat Muxametjanovun, Türkiyə Cümhuriyyəti Müharib Qaziləri Dərnəyinin Başkanı Bəyazit Yumuk və Türkiyə Şəhid Ailələri Dərnəyinin sədri Mustafa İşıkın və digər türkdilli dövlətlərinin veteranlar birliyini təmsil edən nümayəndələrin iştirakı ilə Beynəlxalq Forum öz işinə başlamışdır. Tədbir çərçivəsində Beynəlxalq Memorandumun ilkin layihəsi hazırlanmışdır.
25 oktyabr 2023-cü il tarixində Almata şəhərinin ən nüfuzlu mədəniyyət evində Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyətinin bayraqları ilə bəzədilmiş möhtəşəm salonda Turan-Türk dövlətlərinin Veteranlar Birliyinin təsis edilməsinə həsr olunmuş I Beynəlxalq Forum çərçivəsində saziş imzalanmışdır.
Forumda Azərbaycan Respublikasından AVMVİB-nin sədrinin səlahiyyətli nümayəndəsi Elmar Hüseynov, Qaçay Aslanov, Mübariz Quliyev, Bəyanət Qasımov, Musa Əliyev, Türkiyə Cümhuriyyətindən Bəyazit Yumuk, Mustafa Işık, o cümlədən Türkiyə Cümhuriyyətinin Almata şəhərindəki konsulu Evren bəy, Azərbaycan Diasporunun Qazaxıstan üzrə sədr müavini Allahverdi Məmmədov, digər türkdilli dövlətlərin veteran birliklərini təmsil edən nümayəndə heyəti iştirak etmişdir.
Beynəlxalq Forumda Turan-Türk dövlətlərinin Veteranları Birliyinin təsis olunması ilə bağlı qərar qəbul edilmiş və bununla bağlı türkdilli dövlətlərin veteranlarını təmsil edən səlahiyyətli nümayəndə heyətinin başçıları tərəfindən Beynəlxalq Saziş imzalanmışdır.
Fərid Səfərov
“Xezertv.info”-nun rəhbəri, AJB-nin üzvü


































































