Menu
Xəbər Lenti
COP-29
20-11-2024, 16:08

COP-29

Annalena Berbok Bakıya gəlir
20-11-2024, 08:59

Annalena Berbok Bakıya gəlir

COP-29
19-11-2024, 08:04

COP-29

17 Şub 09:46Manşet / Gündəm

Professor Dilqəm Quliyev Prezident İlham Əliyevə təbrik məktubu göndərib

 

Möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyev!

 

Öncə, şəxsən öz adımdan və ailə üzvlərim adından müstəqil Azərbaycanın tarixində ilk dəfə ölkənin beynəlxalq səviyyədə tanınmış, tam bərpa edilmiş ərazi bütövlüyü və suverenliyi çərçivəsində keçirilən növbədənkənar Prezident seçkisində qələbə qazanaraq yenidən dövlət başçısı seçildiyinizə görə təbrik edirik və vəzifənizdə uğurlar arzulayırıq.


Ulu öndər Heydər Əliyev 1 oktyabr 2003-cü il tarixli xalqa müraciətində bildirmişdir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Məhz ölkə Prezidenti İlham Əliyev 29 ildən sonra, ulu öndər Heydər Əliyevin taleyüklü məsələləri, planları, işləri axıra çatdırdı.


Ümummilli lider Heydər Əliyevin siyasi kursunun yeganə düzgün yol olduğunu dərk edən xalqımız 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə bu siyasətin layiqli davamçısı kimi cənab İlham Əliyevi dəstəkləyərək onu özünə yeni Prezident seçdi və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başladı. Nəticədə 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 76 faizindən çox səsini qazanan İlham Əliyev birinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.


2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan ikinci dəfə, 2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə isə seçicilərin 84,54 faiz səsini qazanan üçüncü  dəfə, 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə seçicilərin 86,02 faiz səsini qazanaraq dördüncü dəfə, 2024-cü ilin fevralın 7-də keçirilən seçkilərdə İlham Əliyev seçicilərin  92.12 faiz səsini qazanaraq beşinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.


Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin inkişaf etdirərək yeni geosiyasi şərtlərə uyğunlaşdırdığı siyasət nəticəsində Azərbaycan Respublikası misilsiz inkişaf yolu keçmişdir:


1. Prezidentin 2004-cü ildən başlayaraq Azərbaycan Respublikasında regionların sosial-iqtisadi inkişafı üzrə dörd dövlət proqramı qəbul edilmişdir.


2. 2006-cı il iyulun 13-də Heydər Əliyevin adını daşıyan nəhəng Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin açılışı oldu və həmin ilin dekabrın 15-də “Şahdəniz” yatağında ilk quyu istismara verildi.


3. Sonrakı illərdə “Ümid”, “Babək” və “Abşeron” yataqlarının kəşfi Azərbaycanın böyük qaz ehtiyatlarına sahib olduğunu təsdiq etdi.


4. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu “Əsrin müqaviləsi”nin yeni neft strategiyasını ölkə Prezidenti İlham Əliyev uğurla dünyaya davam etdirir.


5. 2014-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin 20-ci ildönümündə Səngəçalda “Cənub Qaz Dəhlizi” layihəsinin təməli qoyuldu.


6. Prezident İlham Əliyevin gərgin fəaliyyəti və ardıcıl səyləri ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərindən sonra, Bakı-Tbilisi-Ərzurum, TANAP, TAP kimi transmilli qaz arteriyaları yaranmışdır.


7. 2017-ci il sentyabrın 14-də  Prezident İlham Əliyevin şəxsi səyləri nəticəsində Xəzər dənizinin Azərbaycan sektorunda nəhəng Azəri-Çıraq-Günəşli neft yataqları blokunun 2050-ci ilə qədər işlənilməsində yeni dövr başlandı. 


8. 2020-ci il dekabrın 31-də Cənub Qaz Dəhlizinin son seqmenti olan Trans-Adriatik boru kəmərinin istismara verilməsi ilə Azərbaycan qazının tarixdə ilk dəfə olaraq Avropaya ixracına start verildi.


9. Dövlət başçısının rəhbərliyi dövründə ölkəmizdə 8 beynəlxalq hava limanı tikilmiş və yenidən qurulmuşdur. Laçın hava limanı istismara verildikdən sonra beynəlxalq hava limanlarının sayı 9-a çatacaqdır.


10. Hazırda Prezident İlham Əliyev Azərbaycanın “yaşıl enerji” ölkəsi statusunun dünya miqyasında möhkəmləndirilməsi istiqamətində ardıcıl iş aparır.


Artıq bu sahədə potensialın miqyası müəyyənləşib, böyük investisiyalar cəlb olunur, ixracat bazarı olaraq Avropa İttifaqı ilə anlaşma imzalanıb.


11. Prezident İlham Əliyevin səyləri nəticəsində 2010-cu ildə Oğuz-Qəbələ-Bakı su kəmərinin istismara verilməsi Bakı şəhərinin su təchizatı ilə bağlı probleminin həllinə mühüm töhfə vermişdir.


12. Məhz İlham Əliyevin diplomatik məharətinin və dünyadakı nüfuzunun nəticəsidir ki, 2011-ci ildə Qoşulmama Hərəkatına tamhüquqlu üzv qəbul olunmuş Azərbaycan artıq 2019-cu ildə bu təşkilatın sədri seçilmiş və uğurlu sədrliyinə görə sədrlik səlahiyyəti daha 1 il artırılmışdır.


13. Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən Üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı.


14. XXI əsrin birinci iyirmiliyində ölkə Prezidenti cənab İlham Əliyevin “Dəmir yumruq” əməliyyatı Azərbaycan Ordusunun zəfəridir.


15. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev fondunun təşkilatçılığı ilə 32 ildən sonra “Xarı Bülbül” musiqi festivalının açılışı olmuşdur.


17. Ölkə Prezidenti, cənab İlham Əliyev “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” Sərəncam imzalamışdır.


16. 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən əsası qoyulmuş Şuşa şəhərə  2023-cü ilin “Türk dünyasının mədəniyyət paytaxtı” elan edildi.


17. 6 aprel 2022-ci ildə Belçikanın paytaxtı Brüssel şəhərində üçtərəfli danışıqlar nəticəsində sülh sazişinin imzalanmısı və əldə olunmuş uğurlu nəticələr ölkə Prezidenti İlham Əliyevin uzaqgörən diplomatiyasının, dünyada yüksək nüfuzunun məntiqi nəticəsidir.


18. 2022-ci il oktyabrın 6-da Praqada “Avropa Siyasi Birliyi” Zirvə Toplantısı çərçivəsində keçirilmiş dördtərəfli görüşdə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını bəyan etdi.


19. 14 may 2023 ildə Belçikanın paytaxtı Brüssel şəhərində üçtərəfli danışıqlar nəticəsində sülh sazişinin imzalanması və əldə olunmuş uğurlu nəticələr dövlət başçısının dünyada böyük nüfuzunun göstəricisidir.


20. Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığının vasitəçiliyi ilə 2023-cü il sentyabrın 20-si saat 13:00-dan etibarən lokal xarakterli antiterror tədbirlərinin tam dayandırılması barədə razılıq əldə olunub.


21. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm zəfər və 1 günlük lokal antiterror tədbirlərinin uğurlu nəticəsi 30 ildən artıq müddətdə Ermənistanın işğal altında saxladığı ərazilərimizin qapılarını Böyük Qayıdışa açmışdır.


22. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb və s.


Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində üçrəngli bayrağımızın Qarabağın hər tərəfində dalğalanması və suverenliyimizin bərpası tarixi hadisədir.


Prezident İlham Əliyev Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə azad edilmiş torpaqlarımızı gəzərək möhtəşəm quruculuq işlərinə bilavasitə başçılıq edir.


Bizim hər birimizin borcudur ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin layiqli davamçısı Ölkə Prezidenti İlham Əliyevin ətrafında sıx birləşməklə, ulu öndər Heydər Əliyevin bizə miras qoyduğu müstəqil dövlətçilik ənənələrini göz bəbəyi kimi qoruyaq.


Hörmətli cənab  Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, ailə səadəti, firavanlıq, xoşbəxtlik arzulayırıq.


 

 

Hörmətlə,

Dilqəm Quliyev,

pedaqogika üzrə elmlər doktoru, professor