Bu sevda Vətən sevdasıdır... XTQ-nin cəsur döyüşçüsü, Şuşa fatehi Zaur Ələkbərovun qəhrəman obrazı
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Milli geyim sənayesinin inkişafına töhfə verən rəhbər – Bakı Tikiş Evinin direktoru Fədai Rəhimov
Dövlətinə sədaqətlə xidmət edən peşəkar rəhbər – “Aran” Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Zülfi Ağayev
Dövlətinə və xalqına sədaqətlə xidmət edən rəhbər – “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Nəriman Mahmudov
"Sistemdə ciddi islahatlara ehtiyac var" - Kənd təsərrüfatı üzrə subsidiyalar niyə effektiv deyil?
Dəhşətə salan görüntü: Milyarder Ceff Bezosun raketi Floridada sınaq zamanı partladı
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
YAP İsmayıllı Rayon Təşkilatının sədri Zaur Muradovun 28 May – Müstəqillik Günü Münasibətilə təbriki və dövlətçilik dəyərlərinə sədaqət nümunəsi
Vaqif Abdullayev: 28 MAY siyasi təqvimdə Türk tarixi üçün uğur hekayəsi sayıla bilər.
İsmayıllı RİH-nin başçısı Nahid Bağırov 28 May – Müstəqillik Günü münasibəti ilə təbriki
Azərbaycanın aqrar inkişaf strategiyası: Prezident İlham Əliyevin kənd təsərrüfatı və su təhlükəsizliyi siyasəti
Səhiyyədə peşəkarlıq və humanizm nümunəsi – Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov
MONEYVAL Azərbaycanın terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəsini yüksək qiymətləndirib
Azərbaycan terrorçuluğun maliyyələşdirilməsinə qarşı effektiv mübarizə aparır.
“Report”un məlumatına görə, bu barədə Avropa Şurasının Çirkli Pulların Yuyulmasına və Terrorizmin Maliyyələşdirilməsinə qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) Azərbaycanın 5-ci raund qarşılıqlı qiymətləndirmə hesabatında bildirilib.
Hesabatda Avropa Şurasının cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması ilə mübarizə orqanı MONEYVAL-ın Azərbaycanın Maliyyə Tədbirləri üzrə İşçi Qrupu (FATF) tərəfindən müəyyən edilmiş standartlarla uyğunluq səviyyəsinin hərtərəfli qiymətləndirilməsinin nəticələri təqdim olunur.
Qiymətləndirmə prosesinə 10 dövlət qurumunun, eləcə də özəl sektorun ƏL/TMM sahəsində 2015-2023-cü illəri əhatə edən fəaliyyəti nəzərdən keçirilib.
MONEYVAL bildirib ki, Azərbaycanı sonuncu dəfə qiymətləndirdiyi 2014-cü ildən bəri ölkə ƏL/TMM üçün hüquqi və institusional bazanı gücləndirmək məqsədilə bir sıra tədbirlər həyata keçirmiş və effektiv mübarizə sistemini tətbiq etməyə başlayıb. Hesabatda ölkənin effektivlik göstəriciləri əsas etibarilə yüksək və uğurlu qiymətləndirilib.
Qiymətləndirmə hesabatında Azərbaycanda müvafiq qurumların ƏL/TM risklərini yaxşı başa düşdüyü, terrorçuluğun maliyyələşdirilməsinə (TM) qarşı effektiv mübarizə apardığı qeyd olunub, eləcə də beynəlxalq əməkdaşlıq, digər ölkələrin maliyyə monitorinqi və hüquq-mühafizə orqanları ilə operativ məlumat mübadiləsi müsbət qiymətləndirilib.
Hesabatda həmçinin, hüquq-mühafizə orqanlarının ƏL/TM və əsas hüquqpozmalarla əlaqəli sübutların müəyyən edilməsi və cinayətdən əldə edilən gəlirlərin izlənilməsi üçün istifadə olunan maliyyə kəşfiyyatı və digər məlumat bazalarına çıxışa malik olması müsbət hal kimi dəyərləndirilib. Bununla belə, ölkədaxili əməkdaşlığın daha da gücləndirilməsi və ümumilikdə ƏL/TMM sisteminin təkmilləşdirilməsi, habelə müasir standartlara çatdırılması istiqamətində addımların atılması tövsiyə olunub.
5-ci raund qiymətləndirmənin sonrakı prosedurlarına uyğun olaraq, ƏL/TMM sisteminin təkmilləşdirilməsi istiqamətində əldə edilmiş tərəqqi barədə MONEYVAL-a vaxtaşırı hesabat verəcək.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 215 nömrəli Fərmanı ilə təsdiq edilmiş Maliyyə Monitorinqi Xidmətinin nizamnaməsinə əsasən ƏL/TMM sahəsində dövlət siyasətinin həyata keçirilməsi, o cümlədən dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi və beynəlxalq əməkdaşlığın həyata keçirilməsi funksiyalarını Maliyyə Monitorinqi Xidməti icra edir. Belə ki, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sisteminin risk qiymətləndirilməsinin dövri qaydada keçirilməsinin təmin edilməsinə, müvafiq sahədə həyata keçiriləcək qiymətləndirilməyə hazırlığın təşkil olunmasına və bu məqsədlərlə koordinasiya mexanizminin yaradılmasına dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə Katiblik funksiyalarını Maliyyə Monitorinqi Xidməti tərəfindən həyata keçirilən Koordinasiya Şurası yaradılıb. Koordinasiya Şurasının MONEYVAL Komitəsinin 5-ci raund qiymətləndirməsinə hazırlığın təmin edilməsi məqsədilə qanunvericilikdə islahatların aparılması və institusional mühitin qiymətləndirilməsi zamanı effektivliyin artırılması üzrə gördüyü tədbirlər sayəsində bu nəticəyə nail olunub.
Qeyd edək ki, ölkələr üçün yüksək məsuliyyətli proses olan MONEYVAL 5-ci raund qiymətləndirilməsi çərçivəsində qiymətləndirilmiş 29 ölkənin 9-u beynəlxalq tələblərə əhəmiyyətli dərəcədə cavab vermədiyi üçün FATF-ın xüsusi monitorinqi rejiminə cəlb edilib və onlardan 6-sı (Bolqarıstan, Xorvatiya, Cəbəllütariq, Albaniya, Malta, Serbiya) bir il ərzində nöqsanları qaldıra bilmədiyi üçün problemli ölkələrin “boz siyahı”sına daxil edilib. Belə ki, Azərbaycan müvafiq sahədə düzgün əlaqələndirmə və aparılan islahatlar nəticəsində bu ağır prosesdən uğurla keçərək beynəlxalq tələblərə əhəmiyyətli dərəcədə cavab verən ölkələr sırasındadır.
Azərbaycanın bu nailiyyəti ölkədə aparılan islahatlar, şəffaf maliyyə sisteminin qurulması, cinayətkarlıq səviyyəsinin minimuma endirilməsi istiqamətində görülən işlərin nəticəsidir.























































