ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT
27 sentyabr Azərbaycan tarixində xalqımızın milli iradəsini, vətən sevgisini və dövlətçilik əzmini nümayiş etdirən mühüm və unudulmaz tarixdir
ANIM GÜNÜ İLƏ BAĞLI GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
Şakir Seyidov: “Hakimlər barədə danışmaq mənə düşməz, amma...”
“Kəpəz” Premyer Liqanın XX turunda “Qarabağ”a 1:2 hesabı ilə məğlub olub.
Gəncə təmsilçisinin futbolçusu Şakir Seyidov “FutbolPress”ə açıqlamasında oyunla bağlı fikirlərini bölüşüb:
“Gərgin və maraqlı oyun keçdi. Yaxşı oynadıq, sadəcə, son dəqiqələrdə diqqətsizlikdən xalsız qaldıq. Oyunu əks-hücumlar üzərindən qurmuşduq və pis alınmırdı. Dediyim kimi, son dəqiqələrdəki diqqətsizlik məğlubiyyətə səbəb oldu”.
Seyidov “Qarabağ”ın son dəqiqələrdə qazandığı penalti qərarının düzgün olduğunu bildirib:
“Hakimlər barədə danışmaq mənə düşməz, amma toxunuş yox idi desəm, yalan olar. Məncə, penalti qərarı düzgün idi”.
Yarımmüdafiəçi XXI turun “Araz-Naxçıvan”la oyunundan gözləntilərini də bölüşüb:
“Rəqibin kubokda oyunu olacaq. Bir az yorğun ola bilərlər, amma bu əsasla hazırlaşmırıq. Baş məşqçimizin tapşırıqlarını yerinə yetirib, yaxşı nəticə qazanmağa çalışacağıq. Hədəfimiz elitada qalmaqdır. Meydana rahat çıxmalıyıq, təzyiq hiss etsək, səhvlər ola bilər. Yaxşı nəticələrə köklənmişik. İnanıram ki, turnir cədvəlində irəliyə gedəcək və çempionat bitməmiş elitada qalmağı təmin edəcəyik”.
“Kəpəz” 14 xalla 9-cu sıradadır.























































