GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
Gülnara Həmidova: ŞAHİN BABAYEVİN ƏZİZ XATİRƏSİ QƏLBİMİZDƏ DAİM YAŞAYACAQ – BİR İLİN AĞRISI, BİR ÖMRÜN UNUDULMAZ İZLƏRİ...
“Seliverstov” 200 minlik dələduzluğunu ifşa edən İsrail vətəndaşlarına qarşı şər-böhtan kampaniyasina başlayıb
MÜDAFİƏ YAZISI ŞƏLALƏ HÜSEYNOVANIN FƏALİYYƏTİ İLƏ BAĞLI İDDİALARI TƏKZİB EDİRMİ? – XEВERMEDİA.İNFO-DAN SƏRT CAVAB!
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
ƏZİZ İLKİN, ATANIZ FÜZULİ MÜƏLLİMİN ƏZİZ XATİRƏSİ QARŞISINDA BAŞ ƏYİR, SİZƏ VƏ AİLƏNİZƏ DƏRİN HÜZNLƏ BAŞSAĞLIĞI VERİRİK!
Üçrəngli Bayrağımız müstəqilliyimizin, milli qürurumuzun və Zəfərimizin əbədi rəmzidir
AYB və AJB-nin üzvü Şamil Cəfər: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, DÖVLƏTİMİZİN GÜCÜNÜN VƏ XALQIMIZIN MƏĞLUBEDİLMƏZLİYİNİN TƏNTƏNƏSİ!
“Xezertv.info”-nun Baş redaktoru Fərid Səfərov: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, QƏHRƏMANLIĞIMIZIN VƏ TARİXİ ƏDALƏTİN TƏNTƏNƏSİ!
Xezertv.info-nun baş direktoru Çingiz Mahmduov: 8 NOYABR – TARİXİN DƏYİŞDİYİ, BAYRAĞIMIZIN QARABAĞDA ƏBƏDİ UCALDIĞI GÜN!
Zeferyolu.az-ın rəhbəri Jalə Ağakişiqızı: 8 NOYABR – QALİB XALQIN QÜRUR GÜNÜ, AZƏRBAYCANIN ƏBƏDİ ZƏFƏR SALNAMƏSİ!
Qızılcaya yoluxanlar nə üçün ölürlər? - Həkimdən AÇIQLAMA
Qızılca virus şəklində yayılan yoluxucu xəstəlikdir. Xəstəlik hava-damcı yolu ilə yoluxur. Qızılcaya yoluxan insanlarda ilk növbədə qızdırma, halsızlıq, sonra ağciyər və beyində müxtəlif əlamətlər ortaya çıxır. Yaşlı insanlarda qızılcanın ağırlaşmış halı isə pnevmoniya və beyin ödemidir. Ölüm halları da buna görə baş verir.
Bu sözləri Axar.az-a tibb elmləri doktoru, həkim-cərrah Adil Qeybulla deyib.
O, son zamanlarda qızılcanın həm uşaqlar, həm də yaşlılar arasında geniş yayılmasının səbəbini belə izah edib:
“Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qərarına əsasən 13 adda vaksinlə peyvənd tövsiyə olunur ki, bunlardan biri də qızılcaya qarşı olandır. Son zamanlarda vaksinasiyanın kütləvi xarakter almaması və ya müəyyən yayınma hallarının olması yoluxucu xəstəliklərin yayılmasına səbəb olub. Vaksinasiyadan yayınma hallarının isə başlıca səbəblərindən biri ÜST-nin başının koronavirus pandemiyasına qarışması oldu. Bundan başqa, valideynlərin özləri də imtina ərizələri yazıblar. Ümumiyyətlə antivaksin kampaniyasının aparılması özünü bir daha göstərdi”.
Həkimin sözlərinə görə, dünyanın aparıcı səhiyyə təşkilatları belə qərara gəlib ki, qızılca yeni formada təzahür edib:
“Xəstəliyin kütləvi yayılmasının səbəbi təkcə peyvənd olunmamaqla bağlı deyil. Qızılcaya yoluxan xəstələr dərhal yataq rejiminə keçirilməlidirlər. Belə xəstələrin yaşından və onların əvvəllər keçirdiyi digər xəstəliklərdən asılı olaraq müəyyən tədbirlər görülməlidir. Yaş artdıqca qızılcanın müxtəlif ağırlaşmaları və ölümcül fəsadları yarana bilər. Buna görə də, yaşlı insanlar qızılcaya yoluxan zaman daha diqqətli olmaq lazımdır. O cümlədən də tanınmış aparıcı, yazıçı-publisist Həmid Herisçinin bu xəstəliyə yoluxması bizi narahat edir. Ümid edirəm ki, o, tez bir zamanda sağalar”, - A.Qeybulla bildirib.























































