Yolların abadlığı, xidmətin keyfiyyəti – “7 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin fədakar əməyi
“Dövlətin yaratdığı imkanlardan bəhrələnib sərvət yığanları görəndə insanı dəhşət bürüyür”
34 nömrəli tam orta ümumtəhsil orta məktəbin direktoru Nəcibə Axundova “Şəhid ailələrinə və qazilərə diqqət göstərən fədakar təhsil rəhbəri”
Bakı şəhəri 248 nömrəli tam orta məktəbin direktoru Fərəcov Xəyyam - "TƏHSİL FƏDAİSİ, ƏSL PEDAQOQ"
"Art Weekend"nçərçivəsində "Nəfəs-söz və səsin vəhdəti" adlı növbəti layihənin təqdimatı keçirildi
Məktəb bitdi, hərbi xidmət də yekunlaşmaq üzrədir... - Həyat kitabında yeni bir səhifə açılır
NYT: “Ermənipərəst senator Menendezin vəkilləri sübutları gizlətməyə çalışırlar”
 
ABŞ-nin Nyu-Cersi ştatından olan ermənipərəst senator Robert Menendezin vəkilləri onun evində axtarışlar zamanı aşkar edilmiş maddi sübutları gizlətməyə çalışırlar.
Bu barədə “The New York Times” yazıb.
Nəşr xatırladıb ki, bu, 2022-ci ilin yanvarından 2023-cü ilin sentyabrına qədər federal araşdırma çərçivəsində hakimlər tərəfindən təsdiqlənmiş və demokratın əmlakı ilə yanaşı elektron cihazlarında aparılan beş axtarışdan biridir. Belə ki, senator, onun həyat yoldaşı və üç iş adamı rüşvət almaqda ittiham olunur.
Axtarışlar zamanı toplanan məlumatlar və əşyalar sonradan sentyabr ayı ittihamnaməsindəki dəlillərin ən böyük payını təşkil edir.
Federal prokurorlar müəyyən ediblər ki, R.Menendez Senatın Xarici Əlaqələr Komitəsinin sədri olduğu müddətdə müəyyən xahişləri yerinə yetirmək müqabilində nağd pul, qızıl və bahalı avtomobil alıb.
Amma indi senatorun vəkilləri axtarışlar zamanı müsadirə edilmiş maddi sübutların əksəriyyətinin “atılmalı” olduğunu iddia edirlər. Guya axtarış barədə sərəncamlar sübutları “canfəşanlıqla” təhrif edən prokurorların təqdimatı əsasında aldadılan hakimlər tərəfindən verilib.
Aşkar edilmiş çoxlu dəlillər fonunda bu cür arqumentlər gülünc doğurur. Çünki, agentlər 13 qızıl külçə, 550 000 dollardan çox nağd pul, o cümlədən zərflərdəki onminlərlə dolları müsadirə ediblər.
Zərflərin birində isə Menendez və eyni iş üzrə istintaqa cəlb edilən başqa bir müttəhimin barmaq izləri var.
Qeyd edək ki, ABŞ Ədliyyə Departamenti Nyu-Cersidən olan ermənipərəst senator Robert Menendezə qarşı əlavə ittihamlar irəli sürüb və onu Misir üçün qeydiyyatdan keçməmiş xarici agent kimi işləməkdə ittiham edib.
O, həmçinin, rüşvət almaqda və Qətərə casusluqda da ittiham olunub.
	






















































