Menu
Xəbər Lenti
8 aylıq hamilə qadın öldü
17-11-2026, 12:09

8 aylıq hamilə qadın öldü

Bu ərazilərə qar yağır
16-11-2026, 10:39

Bu ərazilərə qar yağır

25 Dekabr 2023 08:58Manşet / Siyasət

Azərbaycan Prezidenti Küveyt Əmirinə məktub göndərdi

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Küveyt Dövlətinin Əmiri Əlahəzrət Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabaha təbrik məktubu ünvanlayıb. 

President.az xəbər verir ki, məktubda deyilir:

“Küveyt Dövlətinin Əmiri kimi taxta çıxmağınız münasibətilə Sizi ürəkdən təbrik edirəm.

İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Küveyt dostluq əlaqələrinin möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində səylərimizi bundan sonra da davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Küveyt xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram”.