Menu
Xəbər Lenti
COP-29
20-11-2024, 16:08

COP-29

Annalena Berbok Bakıya gəlir
20-11-2024, 08:59

Annalena Berbok Bakıya gəlir

COP-29
19-11-2024, 08:04

COP-29

16 Ara 09:46Manşet / Gündəm / Siyasət

Heydər Əliyev Ukraynanı böhrandan necə xilas edib? - Sabiq səfir DANIŞIR

 

“Kiyev Bakıya borcunu hələ də qaytarmayıb”.

Bunu Sovetlər dönəmində Azərbaycanda müxtəlif yüksək vəzifələrdə çalışan, sonralar müstəqil Ukraynanın Bakıdakı ilk səfiri olmuş Boris Aleksenko ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrini “Report”un Şərqi Avropa bürosuna açıqlmasında deyib.

O, Ukraynanın Sumı vilayətində doğulub. 1961-ci ildə Sumı Maşınqayırma Texnikumunu bitirdikdən sonra ovaxtkı Azərbaycan Politexnik İnstitutuna (indiki Texniki Universitet - red.) daxil olub. 1970-ci ildə ali məktəbi bitirən kimi təyinatını da buradakı yerli müəssisələrdən birinə alıb. Bakının Sabunçu rayonunda yerləşən Bakı Maşınqayırma Zavodunda metallurq kimi çalışıb. Daha sonra Azərbaycanda müxtəlif vəzifələrdə işləyib. B.Aleksenko fəxr edir ki, gələcək taleyi ümummilli lider Heydər Əliyev məktəbi ilə kəsişib, baş nazirin müavini postuna qədər yüksəlməsində onun əvəzsiz rolu olub. Azərbaycanda sovet dövründə nazir, Ali Sovetin deputatı vəzifələrinə qədər uzun karyera yolu keçib.

“Mənə belə bir fürsət verildiyinə görə, Azərbaycan xalqına, talenin qarşıma çıxardığı böyük azərbaycanlı Heydər Əliyevə çox minnətdaram”, - B.Aleksenko söyləyib.


 
Ukraynalı keçmiş məmur Heydər Əliyevin SSRİ Nazirlər Sovetinin birinci müavini kimi bir çox xalqlara, o cümlədən ölkəsinə dəstəyini də xatırlayır:

“Heydər Əliyev Moskvada işləyən zaman nəqliyyat, yüngül sənayeyə dair məsələlərlə məşğul olurdu. Onun çox böyük təsir imkanları var idi. Maşınqayırma sənayesinə diqqət ayırırdı. Həmin vaxt Ukraynada maşınqayırma sahəsi yüksək potensiala malik idi. Heydər Əliyev bunu duydu və bizim metallurgiya, maşınqayırma müəssisələrinin, həmçinin neft və qaz üçün avadanlıq istehsal edən Frunze adına Elmi-İstehsalat Biozavodunun fəaliyyətinin yaxşılaşdırmasına çox töhfə verdi. Ukraynada çox işlər gördü. “Admiral Naximov” gəmisi ilə bağlı qəzanı xatırlayırsınız? Bu qəzanın səbəblərini araşdıran komissiyanın sədri Heydər Əliyev idi. O, fəlakətin səbəblərini araşdırdı. Dəniz nəqliyyatımızın fəaliyyətinin yaxşılaşdırılması üçün çoxlu tədbirlər həyata keçirdi”.
 

Onun sözlərinə görə, bura yüngül sənaye müəssisələrinin modernləşdirilməsi də daxildir. Heydər Əliyev bu sahənin inkişafına da ciddi təsir göstərib:

“O, bu sahənin təkmilləşdirilməsi üçün Siyasi Büroya çoxlu təkliflər vermişdi. Heydər Əliyev Siyasi Büro liderlərinin ən bacarıqlılarından biri idi. Biz ukraynalılar Heydər Əliyevin SSRİ hökumətində işlədiyi vaxtları böyük minnətdarlıq hissi ilə xatırlayırıq”.

B.Aleksenko SSRİ dağıldıqdan sonra yenidən Heydər Əliyev ilə yollarının kəsişməsi tarixindən, müstəqil Azərbaycanda Ukraynanın ilk səfiri olmasından bəhs edərək iki ölkə arasında indiyə qədər ictimaiyyətə açıqlanmayan maraqlı faktları danışıb.

O bildirib ki, ölkəsində müxtəlif vəzifələrdə çalışdıqdan sonra 1996-cı il mayın 5-də Bakıya müvəqqəti işlər vəkili kimi qayıdıb:

“Mayın 9-da Heydər Əliyevlə görüşümüz alındı. Heydər Əliyev diplomatik korpusu Şəhidlər xiyabanına dəvət etmişdi. Diplomatiyada “duayen” deyilən bir anlayış var. Mən axırıncı sırada dayanmışdım. Heydər Əliyev hər kəslə salamlaşdı. Mənə yaxınlaşanda dialoqumuz oldu. Yanımda dayandı və dərhal da tanıdı. Öncəliklə mehribancasına mənə dedi: “Qayıtdın?” Sonra da soruşdu: “Sən kimsən - ukraynaəsilli azərbaycanlı, yoxsa Azərbaycandan olan ukraynalı?” Cavab verdim ki, cənab Heydər Əliyev, hər ikisi düzdür. Mən Ukraynada dünyaya gəlmişəm, Azərbaycanda isə tərbiyə almışam. Daha sonra dedim ki, sabah sizin ad gününüzdür. Sizi öncədən təbrik etmək istərdim. Mənə dəvətin göndərilib-göndərilməməsi ilə maraqlandı. Ətrafında olanlara tapşırdı ki, sabaha dəvət hazır olmalıdır. Qayıdıb mənə dedi ki, bir neçə sualı olacaq. Daha sonra Heydər Əliyevin Ukraynaya səfərini hazırladım. Həmin dövr ərzində biz təxminən xeyli sənəd imzaladıq. Onlardan biri Azərbaycan ilə Ukrayna orduları arasında strateji əməkdaşlıq və qarşılıqlı yardım haqqında əsas sənəd idi. Biz, əlbəttə ki, çox şey etdik. Amma mən müvəqqəti işlər vəkili kimi işləyirdim. Bu, səfir deyil, yəni onun vəzifəsini icra edən şəxsdir. Bu, 1997-ci il idi. Həm il Kiyevə gəldim, biz sənədləri imzalamaq üçün hazırladıq, çünki onun Azərbaycan Prezidenti kimi Ukraynaya ilk səfəri çox vacib idi”.
 
B.Aleksenko qeyd edib ki, o zaman Azərbaycanın Ukraynada səfirliyi yox idi: “Bütün bunlar hazırlandıqdan sonra mən Bakıya qayıtdım və səfərin necə olacağını şəxsən Heydər Əliyevə məruzə etdim. Onu əsasən təhlükəsizlik məsələsi maraqlandırırdı. Hansı tədbirlərin nəzərdə tutulduğunu Prezidentə söylədim”.

Nəticədə Heydər Əliyev Ukraynaya səfərinin hazırlığını bəyənir: “Səfər möhtəşəm keçdi. Təhlükəsizlik tədbirlərinə gəlincə, biz saxta kortej hazırladıq. Yəni həmin kortejdə Heydər Əliyev yox idi. Onun olduğu kortej isə ayrıca yola çıxmışdı. Biz terror hücumlarının baş verməsinə imkan verə verməzdik. Heydər Əliyevin kortejinin keçdiyi yol hər iki tərəfdən 60 metr məsafədə mühafizə olunurdu. Digər ehtiyat tədbirləri kimi bu görüşlərdə iştirak edənlərin yoxlanmasını gücləndirdik. Səfər yaxşı keçdi, heç bir problem yaşanmadı. Heydər Əliyev çox razı qaldı. O, Kiyevin fəxri vətəndaşı elan edildi, mükafatlandırıldı, bir çox sənədlər imzalandı. Keçmiş prezidentimiz Leonid Kuçma ilə Heydər Əliyev arasında yaxşı görüş oldu. Həmin vaxtadək heç bir qonağı belə qarşılamamışdıq”.

Keçmiş diplomat 1998-ci ildə müstəqil Ukraynanın Azərbaycanda ilk səfiri kimi təsdiqlənib: “Səfir işləmək mənim üçün asan oldu, çünki Azərbaycanla Ukraynanın milli maraqları bir-birinə yaxındır. Onlar ikitərəfli əlaqələri inkişaf etdirdilər, çünki biz bir-birimizi tamamlayırdıq. Biz Gürcüstan, Azərbaycan, Moldova, Özbəkistan və Ukraynanın üzv olduğu GUAM adlı təşkilat yaratdıq. Bizi birləşdirən ortaq problemlərimizin olması idi. Bunlar separatizm, daxili işlərimizə müdaxilələr, Rusiyanın təsiri məsələləri idi”.
 

O qeyd edib ki, Heydər Əliyevin ukraynalıların taleyində böyük rolu olub: “Vacib faktları sizə açıqlayacam. 2001-ci ildə Rusiya bizə dizel yanacağının nəqlini kəsdiyi üçün yanacaqsız qalmışdıq. Heydər Əliyevin yanına gedib məsələni izah etdim. O, Baş nazir Artur Rasizadəni çağırdı. Bizə 100 min ton dizel yanacağı tədarük etmək tapşırığını verdi. Bu, Ukrayna üçün həyati ciddi qərar idi. Təəssüf ki, yanacağın pulunu ödəyə bilmədik. Sonra heç Azərbaycan hökuməti də bunu Ukraynadan istəmədi. Azərbaycan bu işdə bizə çox köməklik göstərdi. Rusiya gördü ki, onların yanacağına ehtiyac qalmayıb, dərhal qiyməti aşağı saldı. Azərbaycandan aldığımız miqdarda dizel yanacağını bizə tədarük etməyə başladılar. Heydər Əliyev belə xilas etdi bizi. Digər bir faktı da deyim. Rusiya Ukraynanın Azərbaycanla dəmir yolunu bağlamışdı. Bu da bizim şərqlə nəqliyyat əlaqəmizin kəsilməsi demək idi. Ukrayna məhsullarını, məsələn, metalı tədarük edə bilmədiyi üçün bununla bağlı Azərbaycana müraciət etdi. Rusiya vasitəsilə dəmir yolu bağlı idi, çünki Çeçenistanda problemlər var idi. Biz bu tədarükü Bakı ilə Gürcüstandakı Poti limanı vasitəsilə həyata keçirdik. Potidən bərələr vasitəsilə məhsullar daşındı. Bu dəhliz Odessaya qədər uzanırdı. Bunu bizim üçün Heydər Əliyev təşkil etdi. Ukraynanı beynəlxalq böhrandan xilas etdi”.

B.Aleksenko onu da bildirib ki, Heydər Əliyevin vəfatı onun üçün böyük itki olub: “O, bizim, şəxsən mənim üçün müəllimdir. Mən ondan çox şey öyrənmişəm. Heydər Əliyev məktəbi, onun iş üsulları dərin təhlil, kadr seçimi, təhsil sistemi, təlim, qərarların icrasına nəzarət deməkdir. Bu il Heydər Əliyevin 100 illik yubileyidir. Hesab edirəm ki, belə bir böyük siyasətçinin 100 illiyi bütün dünyada qeyd olunmalıdır. O nə isə tapşırırdısa, bu, dərhal icra edilməli idi. Əgər o, hər hansı sənəd imzalayıbsa, bu sənəddəki müddəalar icra olunardı”.
 

Ukraynanın Azərbaycandakı ilk səfiri hesab edir ki, bütün bunları Heydər Əliyev məktəbi kimi öyrənmək lazımdır:

“Təbii ki, o, özünü əvəz edəcək lider hazırladı. Mən Heydər Əliyev məktəbini, İlham Əliyev isə atasının akademiyasını keçib. Üstəlik, o, Heydər Əliyevin təcrübəsini, biliyini mənimsəyib, müasir yanaşmalara həyata keçirib. Yəni Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyevin ideyalarını yeni texnologiyalar əsasında həyata keçirib. Bir sözlə, İlham Əliyev atasının işini uğurla davam etdirir. Ona yeni uğurlar, cansağlığı arzulayıram”.

Bizimlə əlaqə saxlayın