Əhliman Əmiraslanov: "Azərbaycanda ilk ürək transplantasiyasından sonra donorların sayı artıb"
QARABAĞ MÜHARİBƏSİ VETERANLARI VƏ QAZİLƏRİ HƏBS OLUNAN POLKOVNİKƏ GÖRƏ PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏT ETDİLƏR
Dövlətə sədaqət, xalqa xidmət nümunəsi – Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov
Rusiya rəsmisi: "Ermənistanın Aİ ilə yaxınlaşması müttəfiqlik münasibətlərimizə mənfi təsir edəcək"
Şəkidə ana və oğlunu narkotiklə şərləməkdə təqsirləndirilən tanınmış iş adamı həbs olundu
Agentlik sədri: "2030-cu ilədək 14 regional DOST mərkəzinin istifadəyə verilməsi planlaşdırılır"
Nəsimi Nəbizadə ilə gündəmə gələn reabilitasiya mərkəzinin rəhbəri və iki əməkdaşı saxlanıldılar
Magistral yollarda peşəkarlıq, dövlətə sədaqət və sosial məsuliyyət: Mübariz Paşayevin rəhbərliyi ilə etibarlı inkişaf xətti
Yol infrastrukturunda peşəkarlıq, dövlətə sədaqət və sosial məsuliyyət nümunəsi: Fazil Musayevin rəhbərliyi ilə Bakı yollarında keyfiyyətli xidmət
UltraMed Tibb Mərkəzinin baş direktoru Ağahəsən Rüstəmov – peşəkarlıq, humanizm və məsuliyyətin vəhdəti
Tərtərin tərəqqi salnaməsi: Dövlətə sədaqət, xalqa xidmət yolunda - Müstəqim Məmmədov
Dövlətə sədaqətin, vətənə xidmətin parlaq nümunəsi – Vətənpərvər iş adamı Rüfət Yusifov
Erməni cəmiyyətində artan antisemitizm: İsrail narahatdır - ŞƏRH
Erməni lobbisindən maliyyələşən Avropanın bir sıra hüquq-müdafiə və insan haqları təşkilatları, demokratiyadan dəm vuran qurumları hay cəmiyyətində artan irqi ayrı-seçkiliyə, digər xalqlara qarşı kin və nifrət əhvali-ruhiyyəsinə göz yummaqdadırlar.
Monoetnik dövlətə çevrilən Ermənistanda uzun illərdir hökm sürən türkofobiya, azərbaycanofobya və digər fobiyaları görməzdən gəlməkdə davam edirlər. İsraillə HƏMAS arasında oktyabrın 7-də başlayan müharibə ilə erməni cəmiyyətində İsrailə qarşı hücumlar güclənib.
Antisemit çıxışlar pik həddə çatsa da, Ermənistanı birtərəfli qaydada müdafiə edən Qərb bu təhlükəli tendensiyaya yer verməməyi üstünlük tutur. Maraqları və erməni lobbisinin maliyyəsi müqabilində haylar ölkəsində gedən proseslərə susmağa üstünlük verirlər. Təhlükə o həddə çatıb ki, artıq İsrail mediası erməni cəmiyyətində artan yəhudi nifrətindən narahatçılığını ifadə edən rəqəmlərlə çıxış edib.
“İsrail erməni antisemitizminə qarşı mübarizə aparmalıdır” başlıqlı xəbər və yazıların sayı da artıb. Bu ölkənin nüfuzlu JNS (“The JNS Daily Syndicate”) nəşri yazır ki, zəhərli ritorika ən yüksək səviyyədən qaynaqlanır.
Ermənistan artıq İsrailə, yəhudilərə qarşı hücumların ən geniş yayıldığı ölkələr sırasında yer alıb. Bu ölkədə antisemit və HƏMAS-yönümlü şərhlər də geniş yer alıb. Ermənistan silahlı qüvvələrinin keçmiş baş qərargah rəisi, hazırda “Komitə 27” siyasi hərəkatının lideri Vladimir Poqosyanın antisemit çıxışları yəhudi cəmiyyətində ciddi rezonans doğurub. Xatırladaq ki, bu şəxs bəyan edib ki, heç bir zaman Holokostu tanımayıb, yəhudiləri isə bu torpaqlarda yaşamaq hüququ olmayan “destruktiv xalq” adlandırıb.
Onun sözlərinə görə, İsrailin bəxti gətirib ki, onu məhv etmək istəyən terrorçu qruplara şəxsən kömək etməyib. “Əgər mənim intellektim Hizbullah və yaxud HƏMAS-a işləsəydi, o zaman oktyabrın 7-də sizlərdən min nəfər deyil, 100 min nəfər ölərdi. Bütöv xalqın məhv edilməsini ən ali ədalət aktı adlandırardım”.
Belə götürəndə Ermənistanda keçmiş yüksəkrütbəli hərbçinin belə bir faşist açıqlaması ciddi rezonans doğurmalı idi. Poqosyanın soyqırımı ilə bağlı bəyanatı cəmiyyətdə artan antisemitzimdən xəbər verir. Bu fakt əslində dərhal Qərb ölkələrinin müvafiq hesabatlarına salınmalı idi. Lakin bu da baş vermədi. Bunun əvəzində isə Azərbaycanı hədəfə aldılar. Bir fakt ortaya qoymadan Azərbaycanın Qarabağda etnik təmizləmə həyata keçirdiyini iddia etməyə başladılar. Ermənistanda antisemitizm tək Poqosyanın bəyanatı ilə kifayətlənmir. Sinaqoqa hücumu, divarlara antisemitizm şüarların yazılmasını da bu sıraya daxil etmək olar.
Daha çox Yaxın Şərq ölkələrində kök salan ASALA erməni terror təşkilatı da prosesə qoşulub. Ermənistandakı yeganə yəhudi sinaqoquna hücum məsuliyyətini də onlar öz üzərilərinə götürüblər. İki dəfə baş verən hücum paytaxtda yerləşən Mordexay Navi sinaqoqunda olub. “Sinaqoqa qarşı əməliyyatlarla Fələstin müqavimətinin uğurunu təkrarladıq. Bu hücumlar sionizmə qarşı Fələstin və Livan müqavimət hərəkatları ilə həmrəylik çərçivəsində həyata keçirilib”, - deyə bildirilib.
Belə götürəndə Poqosyanın antisemit bəyanatları və ASALA-nın hücumları təəccüblü olmamalıdır. Onlar erməni cəmiyyətində köklü antisemitizm ənənəsinin bir hissəsidir. Məsələn, İrəvanda nasist əməkdaşı Qaregin Njdenin şərəfinə abidə ucaldıb, Gümrüdə və 20-yə yaxın bələdiyyənin küçələrində onun heykəli qoyulub. Sorğuların nəticələrinə görə, ermənilərin təxminən 58%-i antisemitizm stereotiplərinə inanır.
İsrailin Diaspor İşləri Nazirliyinin qlobal antisemitizmlə bağlı hesabatında da qeyd edib: “2020-ci ildə Ermənistan və Azərbaycan arasında altı həftəlik müharibə ermənilər arasında antisemitizm səviyyəsinin həyəcanverici şəkildə artmasına səbəb olub. Bu, İsrail və Azərbaycan arasında siyasi əməkdaşlıq və təhlükəsizlik ticarətinin tənqidi fonunda baş verir”. Hesabatda belə izah edilir ki, bu tənqid tezliklə etnik, dini qruplara hücumlar və yəhudilərin guya erməni xalqına qarşı tarixi və müasir cinayətlərə görə əsassız ittiham olunmaları ilə əvəzləndi.
Poqosyan və ASALA-nın son antisemit söz və hərəkətlərindən sonra İsrail liderləri özlərinə sual verməlidirlər: erməni antisemitizmini başqa bir rəsmi, ictimaiyyət tərəfindən etiraf etməyin vaxtıdırmı? Bunun bir səbəbi ola bilər ki, zəhərli antisemit ritorika təkcə Poqosyan kimi keçmiş məmurlardan deyil, həm də Ermənistan hökumətinin ən yüksək səviyyələrindən gəlir. İyulda Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın Qarabağ bölgəsini azad etməsini təsvir etmək üçün Holokost analogiyasından istifadə edib. Avropalı ravvinlər Ermənistan liderlərinə məktubunda Paşinyanın yanlış bənzətməsinə diqqət çəksələr də, İsrail və ABŞ yəhudi icması buna bənzər qınaqla çıxış etməyiblər.
Beləliklə, Ermənistanda antisemitizm pik həddə çatıb, Qərb ölkələri isə hələ də susqunluq nümayiş etdirir. İkili standartlar və qərəz bu məsələdə də özünü göstərir. Antisemit siyasət yürüdən erməniləri qınamaq əvəzinə, tolerantlıq nümunəsi göstərən Azərbaycana qarşı əsassız ittihamlarla çıxış edirlər. Bu da onu deməyə əsas verir ki, beynəlxalq ictimaiyyət üçün əsas maraqların təmin olunmasıdır.
“Report” İnformasiya Agentliyi























































