Keçmiş daxili işlər nazirinin müavini, polkovnik Natiq Məmmədağa oğlu Talıbov vəfat edib
Vətən müharibəsi qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin Baş giziri Zaur Ələkbərov bu gün sizin gününüzdü
"Körpü-Bina-Tikinti” MMC-nin rəhbəri Xəlil Göyüşov: Qalib Ordumuz – Güclü Azərbaycanın qürur salnaməsi
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev: Şanlı Azərbaycan ordusu – dövlətimizin gücü, xalqımızın qüruru
Qax rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 26 İyun- Silahlı Qüvvələr Günü ilə əlaqədar rayon tədbiri keçirilib.
Vətənə sədaqətin əbədi ünvanı – İtkin döyüşçü Elşən Zakir oğlu Əsgərovun şərəfli ömür yolu
Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu bədii hissə ilə bitdi
“Azərbaycan Ordusu güclü dövlətçiliyimizin və milli təhlükəsizliyimizin möhkəm təməlidir”
Zərniyar Kərimova: “26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü milli qürur və qəhrəmanlıq bayramıdır”
Zaur Muradov: “26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın qürur və şərəf bayramıdır”
Xezertv.info-nun rəhbəri Fərid Faiq oğlu Səfərov: 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü, qürur və şərəf bayramıdır
TAMAH MƏQSƏDI İLƏ TÖRƏDİLƏN CİNAYƏT-KİBERCİNAYƏT
“Cinayət cəzalanmalı olan əməldir” Könül Nəbizadə
Kibercinayətkarlıq və ya başqa sözlə ifadə etsək Kompüter cinayəti, maliyyə cinayətləri və reklam fırıldaqlığı da daxil olmaqla geniş fəaliyyət spektrini əhatə edir- kompüter sistemlərinə və ya digər informasiya texnologiyaları şəbəkələrinə, cəmiyyətin informasiya təhlükəsizliyinə və kibermaraqlarına əhəmiyyətli ziyanın vurulması ilə xarakterizə edilən hərəkət və hərəkətsizlikdən ibarət transmilli cinayət əməlidir.
Qloballaşma prosesi muasir cəmiyyətlərə musbət və mənfi təsirləri ilə xarakterizə olunur. Əksər hallarda bu proses rəqəmsal texnologiyalardan istifadə etməklə hər kəsin rifahına pozitiv təsir etsə də, bir sıra məqamlarda isə İKT inkişaf etdikcə adekvat olaraq virtual məkanda kriminal elementlər də aktivləşir. Daha doğrusu, bu prosesdən oz cinayətkar məqsədləri üçün yararlanmaq və ya sui-stifadə etmək istəyən xüsusi kateqoriya şəbəkə kriminalları formalaşır. Ona gorə də, internetdən, elektron və rəqəmsal texnologiyalardan istifadənin, habelə kiberməkanın cinayət hüquqi tənzimlənməsi məsələsinin beynəlxalq və milli hüquqi aspektlərinin öyrənilməsi dövrün tələbi kimi çıxış edir. Cəmiyyətdə yaranan yeni virtual münasibətlər sistemində, İnternetin, informasiya-kommunikasiya texnologiyalarının tərəqqisi beynəlxalq hüquqda beynəlxalq xarakterli və ya transmilli cinayətlərin yeni növünü – kibercinayətləri cəmiyyətin və hüququn mühüm elementinə çevirmişdir.
Müasir dövrdə hər bir dövlətin milli informasiya infrastrukturu qlobal sistemdə birləşmiş internet şəbəkəsi ilə sıx bağlıdır. Məhz buna görə də bu növ cinayətkarlıq dövlətin milli təhlükəsizliyi üçün ciddi təhlükəyə çevrilib. Belə ki, bu növ cinayətkarlıqla mübarizə aparmaq çox vacibdir. Bu cinayətkarlıqla səmərəli mübarizə aparmaq üçün beynəlxalq əməkdaşlıq çərçivəsində hüquqi tənzimləmə mexanizmləri hazırlanmalı və dünya birliyinin heç bir dövləti bu sahədə qəbul olunmuş standartlardan kənarda qalmamalıdır. Kibercinayətkalıqla mübarizə üzrə beynəlxalq hüquq normalarının ölkəmizin sahəvi qanunvericiliyinə tətbiqi sahəsində ilk qanunvericilik tədbiri kimi ölkəmizin Kibercinayətkarlıq haqqında Budapeşt Konvensiyasına qoşulmasını qeyd etmək olar.
Azərbaycan Respublikasında kibercinayətkarlıqla mübarizənin təşkilati-hüquqi əsasları Kibercinayətkarlıqla mübarizə, o cümlədən informasiya təhlükəsizliyi məsələsi bir çox dövlət orqanlarının birgə əlaqəli işini tələb edir. Bu sahədə fəaliyyətin həyata keçirilməsinin müxtəlif aspektləri ölkəmizdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti və Ədliyyə Nazirliyinə şamil edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində müvafiq dəyişikliklər həyata keçirilmiş və müvafiq maddələrində(271, 272, 273, 273-1, 273-2) kibercinayətlərin anlayışı geniş izah edilmişdir.
Ölkəmizdə kibertəhlükəsizliyin təmin olunması və kibercinayətkalıqla mübarizə ilə bağlı yuxarıda qeyd etdiyimiz kimi, çoxsaylı normativ hüquqi aktlar qəbul olunmuşdur ki, onların da əsas məqsədini bu sahəyə aid olan beynəlxalq hüquqi norma və prinsiplərin effektiv dövlətdaxili tətbiqinə nail olunması təşkil edir.
Ölkəmizdə kibertəhlükəsizliyin təmin olunması sahəsində mühüm addımlar atılmışdır. Prezident cənab İlham Əliyevin Fərmanına əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nəzdində Kibercinayətkarlılqa Mübarizə Baş İdarəsi yaradımışdır və bu növ cinayətlərin artmasının qarşısının alınması uğurla davam etdirilməkdədir.






















































