Xəbər Lenti
Bugün, 15:35
350 min manatı şəxsi məqsədləri üçün xərcləyib - “Azərişıq” ASC-nin adı MƏHKƏMƏ ÇƏKİŞMƏSİNDƏ
Bugün, 11:03
Fatma Yıldırım:Bakı İqlim Həftəsi Azərbaycanın qlobal iqlim gündəliyində fəal rolunun davamıdır
9-09-2026, 20:11
Türkiyə Uluslararası Elmlər Akademiyasının fəxri professoru, hüquq elmləri üzrə fəlsəfə doktoru və tanınmış şair Raqif Nazimoğlunun təqdimatında
9-09-2026, 19:41
QHT sədri İmişli rayonunda 70 aztəminatlı ailənin uşaqlarına məktəb geyimləri və ləvazimatlarə təqdim edib
9-09-2026, 10:23
“Volvo” dünyanın ən etibarlı avtomobil markaları sırasındadır - Mükəmməllik standartı
29 Dekabr 2022 23:29Hadisə
Narkotik vasitəni ölkə ərazisinə keçirərək Rusiyaya göndərməyə çalışan transmilli cinayətkar dəstənin üzvü saxlanılıb
Polis əməkdaşlarının həyata keçirdikləri xüsusi əməliyyat nəticəsində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirərək qeyri-leqal yollarla Rusiya Federasiyasına göndərməyə çalışan transmilli cinayətkar dəstənin növbəti üzvü saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş Fərhad Əliyev tutulub.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, onun üzərindən iki büküm ümumi çəkisi 28 kiloqrama yaxın narkotik vasitə həşiş və əlavə olaraq narkotiklərin satışından əldə olunan pul vəsaitlərinin nağdlaşdırılması zamanı istifadə etdiyi bir plastik bank kartı aşkarlanıb.
İlkin sorğu zamanı Fərhad Əliyev narkotik vasitələri sosial şəbəkələrin birində tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan “Məhəmməd” adlı İran vətəndaşından Salyan rayonunda əldə etdiyini bildirib. Onun əsas niyyəti isə külli miqdarda həşişi satmaq məqsədilə Rusiya Federasiyasına göndərmək olub. Aparılan araşdırmalar nəticəsində Fərhad Əliyevin ölkə ərazisindən istifadə etməklə xarici ölkələrə qaçaqmalçılıq yolu ilə narkotik maddələr göndərən əsas tədarükçülərindən biri olduğu sübuta yetirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, Fərhad Əliyev barəsində həbs qətimkan tədbiri seçilib. Bu şəxsin daxil olduğu transmilli narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır