“Ağ pələng”in izi ilə - Prezident İlham Əliyev 43 illik siyasi irsə yeni məzmun qazandırır
“Kibermühitdə bu günün şifrəli sirr tarixçəsi sabahın açıq kitabıdır” - DTX-nin rəis müavini
ŞÜKRAN SOLTANOV – ADINA, AMALINA VƏ MƏNƏVİ DÜNYASINA LAYİQ YAŞAYAN, VƏTƏNİNƏ, İNSANLIĞA VƏ ALLAHININ LÜTFÜNƏ ŞÜKÜR EDƏN BƏNDƏ!
ŞÜKRAN SOLTANOV – MƏRHƏMƏTİN, QAYĞININ, DİQQƏTİN VƏ İNSANLIĞIN BİR ADI! HƏYATIN AĞIR SINAQLARINDAN UĞUR ZİRVƏSİNƏ UZANAN ŞƏRƏFLİ ÖMÜR YOLU
Qax RİH-nin başçısı Elvin Paşayev: 17 NOYABR – MİLLİ DİRÇƏLİŞ GÜNÜ, TARİXİ YADDAŞDAN MÜASİR AZƏRBAYCANIN QÜDRƏTİNƏ DOĞRU
Yazı makinasından süni intellektə: Azərbaycanda özəl tibbin və tibbi maarifləndirmənin ilk şahidi – Dr. Davud Qüdrətovun xatirələri
İcbari sığorta müqavilələri üzrə bildirişlər artıq “mygov” vasitəsilə də təqdim olunur
Vətənpərvər iş adamı Eldəniz Zeynalov: 17 NOYABR – MİLLİ DİRÇƏLİŞ GÜNÜ: XALQIN TARİXƏ YAZDIĞI AZADLIQ SALNAMƏSİ!
Biznes xərclərindən də millər qazandıran “ABB AZAL Miles Business” kartları təqdim olundu
Lənkəran ŞİH başçısı Taleh Qaraşov: MİLLİ DİRÇƏLİŞ GÜNÜ – AZƏRBAYCANIN MÜSTƏQİLLİK YOLUNDA MİLLİ İRADƏNİN VƏ TARİXİ QƏTİYYƏTİN TƏNTƏNƏSİ
Gələcəyin şəhərlərinə gənclərdən innovativ baxış: “İnsanyönümlü şəhərlər” hakatonu başa çatıb
Azərbaycan Avropanın yaşıl enerji gələcəyinin etibarlı tərəfdaşlarından biri olacaq
AİB Azərbaycan manatı ilə istiqraz buraxıb
Asiya İnkişaf Bankı (AİB) Azərbaycan manatı ilə növbəti dəfə istiqraz buraxıb və 14,5 milyon manat (təxminən 8,5 milyon dollar) cəlb edib.
Bu barədə bankdan bildirilib.
Qeyd edilib ki, bu, AİB-in bu il inkişaf etməkdə olan üzv ölkənin yerli valyutasında buraxılmış beşinci gender istiqrazıdır və AİB-in investorları öz borclanma proqramına cəlb etmək strategiyasını əks etdirir.
İstiqrazların tədavül müddəti 3 il, illik faiz dərəcəsi 6,25% təşkil edir və kupon ödənişi yarımildə bir dəfə həyata keçirilir. Əsas məqsəd qadınların və kənd təsərrüfatı işçilərinin kreditə çıxışını genişləndirməkdir. İstiqraz Azərbaycan manatı ilə, lakin ABŞ dolları ilə hesablanır ki, bu da beynəlxalq investorları cəlb etməyi asanlaşdırır.
İstiqrazlar Lüksemburq Fond Birjasında yerləşdirilir. O, “Goldman Sachs International” tərəfindən təşkil edilib və iki Avropa institusional investoru - Record Valyuta İdarəetmə və “Capitulum Asset Management” tərəfindən abunə olunub.
Qeyd edək ki, 2023-cü ildə yerli valyuta əməliyyatlarını dəstəkləmək üçün AİB gürcü larisində gender və yaşıl istiqrazlar, monqol manatı ilə gender və sağlamlıq əlaqələri, Qazaxıstan tengesi ilə gender və yaşıl istiqrazlar, o cümlədən Azərbaycan manatı, Çin renminbisi, gürcü larisi və Qazaxıstan tengesi ilə qeyri-tematik istiqrazlar buraxıb.























































