Batmanlı kürd iş qadını Muazzez Baktaş: “Regional təcrübədən beynəlxalq investisiya baxışına”
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
Azərbaycan və Türkiyə qardaşlığının çağdaşlıq və dövlətçilik idealları: Settar Kaya Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb
İsrail bu gün girovların ikinci qrupunu qəbul etməyə hazırlaşır
İsrail bu gün girovların ikinci qrupunu qəbul etməyə hazırlaşır.
Bu barədə Baş nazir Benyamin Netanyahunun ofisi bildirib.
Məlumata görə, İsrail azad edilməsi planlaşdırılan girovların siyahısını alıb. Siyahı yoxlandıqdan sonra İsrail təhlükəsizlik qüvvələri girovların ailələrinə məlumat verib.
Yerli medianın məlumatına görə, siyahıda 13 ad var. Onların əksəriyyəti uşaqdır.
Xatırladaq ki, bundan əvvəl uşaqlı analar və qoca qadınlardan ibarət 13 girov 49 günlük əsirlikdən sonra Həmas tərəfindən azad edilmişdi.
İsrail tərəfinin məlumatına görə, HƏMAS və digər qruplaşmalar 40-a yaxın uşaq olmaqla, 240-a yaxın adamı oğurlayıblar. Netanyahunun ofisi medianı ehtiyatlı davranmağa və İsrailə qayıtmazdan əvvəl siyahıda olanların adlarını dərc etməkdən çəkinməyə çağırıb.
Mənbə: Oxu.az























































