“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
Xətai rayonunda "20 Oktyabr – Energetiklər Günü" münasibətilə tədbir keçirilib+VİDEO
SAHİL RESTORAN KOLLEKTİVİ - ZƏFƏRİN MÜBARƏK AZƏRBAYCAN!

Sizi Azərbaycan xalqının tarixinə qızıl hərflərlə həkk olunmuş, böyük qəhrəmanlığın, mətanətin, misilsiz şücaətin, Vətənə sonsuz məhəbbətin rəmzinə çevrilmiş, doğma torpaqlarımıza əbədi azadlıq və sülh gətirmiş, soydaşlarımızın qəlbindəki Vətən həsrətinə birdəfəlik son qoymuş möhtəşəm Zəfər Günü münasibətilə ürəkdən təbrik edirəm.
Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik və qətiyyətli komandanlığı altında rəşadətli Azərbaycan Ordusu 44 günlük müqəddəs Vətən müharibəsində böyük hünər göstərərək, doğma torpaqlarımızı qarış-qarış mənfur düşmənin caynağından qurtararaq, dövlətimizin ərazi bütövlüyünü əbədi bərpa etdi, qəlbi 30 illik Vətən həsrəti ilə döyünən soydaşlarımızın intizarına son qoydu. Qəhrəman Azərbaycan əsgəri təkcə Vətənimiz üçün deyil, bütün region üçün təhlükə olan erməni faşizminin başını əzərək, sülhün və əmin-amanlığın, azadlıq və rifahın qarantına çevrildi.
Bu böyük Zəfər bizim qürurumuz, şanlı tariximizdir, Vətənimizin bir qarışına belə əyri gözlə baxmağa çalışan hər kəsin başına enəcək “Dəmir yumruğ”un təntənəsidir. Bu Zəfər Vətən torpağını qanı bahasına qoruyaraq şəhidlik zirvəsinə ucalmış övladlarımızın ölməzlik, qəhrəmanlıq salnaməsidir. Azərbaycan bu tarixi Qələbə ilə yenilməzliyini dünyaya bir daha sübut etdi.
Bu Zəfər ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanmış, bu gün cənab Prezident İlham Əliyevin inamla və böyük uğurla həyata keçirdiyi qalibiyyətli siyasi kursun, xalqımızın öz Liderinə olan dərin inam və etimadının, sarsılmaz birliyinin, eləcə də ölkəmizin siyasi, iqtisadi və mədəni inkişafının, ordu quruculuğuna sərf olunan titanik səylərin nəticəsidir.
Bir daha sizi 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edirəm, hər birinizə möhkəm cansağlığı, Azərbaycanın gücünə güc qatan şərəfli əməyinizdə daha böyük uğurlar arzulayıram.
Hörmətlə,
SAHİL RESTORAN KOLLEKTİVİ
GÜNÜN FOTOSU






















































