Menu
Xəbər Lenti
COP-29
20-11-2024, 16:08

COP-29

Annalena Berbok Bakıya gəlir
20-11-2024, 08:59

Annalena Berbok Bakıya gəlir

COP-29
19-11-2024, 08:04

COP-29

10 Kas 12:51Manşet / Gündəm / Siyasət

Vətən və millət sevgisindən üstün-Dövlətçilik!

 

Azərbaycan 20-ci əsrin tam yarısının Heydər Əliyevlə yaşadı və tanrının və tarixin nəhəngini-H.Əliyevin həyat və mübarizə yolundan yaranan müasir,müstəqil Azərbaycan-Vətən və millət sevdalı böyük liderin sönməz əsəri. Onun nəhəng siyasəti, müasir Azərbaycanın memarı,dünya niqyaslı ictimai-siyasi xadim olmasını  Helmut Kol, Bill Minton, Barak Obama, ata-bala Gorc Buslar, Toni Bleyer, Vladimir Putin, hətta Mixail Qorbaçov, Boris Yeltsin dəfələrlə dilə gətirib etiraf etməkləri bir yana,şəxsən qəbul edib, qəbuluna gəliblər!
Azərbaycanın geosiyası durumu həddən ziyadə tektonikliyi ilə təhlükəlidir, coğrafi mövqeyi isə Azərbaycana qarşı dost və düşmən iddiaları daha da artırır! Belə bir həssas ölkədə ümumi demokratik rəhbərlik yarsnır, demokratiya bəzən daha zərərli olur, ölkənin müstəqilliyi demokratiya pərdəsi altında maraqlı qüvvələrin təsirinə keçə bilir(1920-ci ilin təslimiyyəti; 1993-cü ilin anarxiyası dediklərimizin təsdiqidir).
Bu baxımdan qətiyyətli rəhbər Azərbaycan üçün ən zəruri  amil idi! Keçmiş SSR-i ölkələri arasında bir neçə ölkəni istisna etməklə, yeni rəhbər obrazı yox idi! İlkin səbəb isə hakimmiyyəti idarə edən nəfəsin çatmaması amili idi! SSR-i dağıldı. İndinin özündə də əyolətcə SSR-i həsrəti ilə yaşanırsa, bu xalqı, ölkəni qorumaq və müstəqilliyini saxlamaq çox böyük risklər bahasına mümkündür. Bu gün artıq Azərbaycan dünyanın bir çox nüfuzlu təşkilatları və süpergücləri tərəfindən etiraf olunursa tərəfdaş kimi, səmimi şəkil də boynumuza almalıyıq. H.Əliyevin Azərbaycanda tətbiq etdiyi idarəçilik metodu ən doğru variant idi!


9-ölkəyə və 9 ölkəylə işləyənlərin müxalifliyi qarşısında təkcə Azərbaycanda işləmək, üstəlik də həmin 9 ölkənin emissarlarını zərəsizləşdirmək, ələ almaq, onları sıradan çıxarmağı bacarmaq, eyni zaman da ölkənin iqtisadiyyatını gücləndirmək və nəzarətə götürmək, torpaqların işğalının qarşısını almaq, üstəlik də Azərbaycanı bu günkü rahatlıq, sülh, əmin amanlq şəraitində yaşatmaq tarixdə Heydər Əliyevin siyasətdə böyük yerini müəyyən edir! Dəfələrlə vurqulansada, yenə deyirəm Vətən və millət sevgisindən danışan heç birimiz H.Əliyev qədər Azərbaycanı sevmirik! O bir böyük nümunə idi! H.Əliyevin Azərbaycana sevgisi onun Azərbaycana sahibliyi ilə tamamlandı.Və, O, Azərbaycanı onun qədər sevə bilməyənlərin, sevməyənlərin heç birinin əlinə vermədi! H.Əliyevi ondan əvvəlki Azərbaycana rəhbərlik edənlərdən ötə, üstün edən çox incə bir məqam var: Onun millət və Vətən sevgisini, onun dövlətçilik təfəkkürü gücləndirirdi! Dünya üçün Azərbaycanı güclü görmək istəyən və buna nail olan H.Əliyevlə Azərbaycanın türk dünyasının güclüsü olmağını istəyən Məhəmməd Əmin Rəsulzadenin və Əbülfəz Elçibəyin bir fərqidə bu idi. H.Əliyev daha böyük meydanlarda fəth etməklə manevr və döyüş imkanlarını artırdığı halda, Məhəmməd Əminlə Elçibəy daha dar çərçivədə üstünlük tərəfdarıydılar! Hər ikisi zəif və kövrək addımlarını atan Azərbaycanı əldə etsələr də, əldə saxlaya bilmədilər! Amma H.Əliyev dağılmaqda və parçalanmaqda olan Azərbaycanın ələ gələnini xilas etdi və gələcək nəsillərə miras qoydu! Fakt isə odur ki, O, sevdiyinə, çox sevdiyinə sahib olanlardan oldu! Biz bizə sahib çıxanları hər an ,hər saniyə dəyərləndirməyi öyrənməliyik!
Son: Yetər ki, baxış bucağımızı düzgün müəyyənləşdirək!
Bu nəhəng və ölməz siyasətçinin yaşadığımız tarixdə xalq tərəfindən düzgün qiymətləndirilməsi, onun-H.Əliyevin öz statusunda şərəfləndirilməsi milli-mənəvi dəyərlərin bolumləşməsi yönündə ən doğru addımdı! Kimlərsə istəməsə də tarix Ona layiq olanları yaşadır və yaşadacaq!
Fikrimi Çingiz Xanın çox sevdiyim bir fikri ilə tamamlayıram: Vaxt gələcək bu millətin görəv sahibləri ən gözəl qadınların pənbə yanaqlarından öpəcək, ən gözəl atları minəcək, ən hörmətli yerlərə sahib olacaq,ən yaxşı ətləri yeyəcək…Amma bunları kimə borclu olduqlarını unutmasınlar…
Fateh millətin adını o şərəfli mövqeyində saxlayanları, onsuz da, yenə təkrar edirəm tarix yaşadır, xalq unutmasın..
Biz güclənə-güclənə gedirik, borclu olduğlarımızın sayəsində, unutmayaq!

Dr. Zaur Qasımov
Müdafiə Nazirliyi Baş Klinik Hospitalın
psixatriya bölməsinin rəisi – Azərbaycan
Ordusunun Baş psixatrı, Tibb xidməti polkovnik-leytenantı