Fəaliyyəti ilə nümunə göstərilən rəhbər – 7 saylı Yol İstismar İdarəsinin rəisi Müşfiq İmranov
Zəhmətkeş və məsuliyyətli rəhbər – Balakən rayon 15 saylı Yol İstismar İdarəsinin rəisi Nizami Sarıyev
bp Əşrəfi-Dan ulduzu-Aypara layihəsi üçün seysmik tədqiqat proqramına dair məlumat yaydı
Dövlətə sədaqət, xalqa xidmət nümunəsi – Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev
Binəqədi rayonunda Hacı Taleh adlı iş adamına layihədən kənar tikintiyə hansı şərtlərlə “icazə” verilib?
Румия Агаева: «Я не обязана выглядеть «как на обложке», главное, чтобы мне было комфортно» - ВИДЕОИНТЕРВЬЮ
Ölkəyə qanunsuz yollarla gətirilən külli miqdarda siqaretin realizə edilməsinin qarşısı alındı
2026 perspektivi: Avropa ilə Azərbaycan arasında Kung-Fu sahəsində yeni əməkdaşlıq mərhələsi
Azərbaycanlı müğənnilər mahnı ilə yanaşı, qiymət də oxuyurlar - FANTASTİK MƏBLƏĞLƏR
Zəhmət, məsuliyyət və dövlətə sədaqət nümunəsi – Masallı Rayon 47 saylı Yol İstismar İdarəsinin rəisi Mahmud Bağırov
Xaçmaz Rayon Qeydiyyat Şöbəsinin Rəisi İslam İsmayılov – Hüquqi dəqiqlik, vətəndaş məmnunluğu və dövlətə sədaqət nümunəsi
“Aysberq” Pivə İstehsalat Müəssisəsinin Təsisçisi Qasım Muradov – Sahibkarlıq uğuru, yenilikçi düşüncə və milli iqtisadi inkişafa töfhə
Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Birinci Müavini Anar Oruclu – Peşəkar idarəçilik, sosial məsuliyyət və dövlətə sədaqət nümunəsi
Xaçmaz Gömrük İdarəsinin Rəisi Pərviz Rəhimov – Dövlətə sədaqət, peşəkarlıq və şəffaf idarəçiliyin timsalı
Bərdə Mərkəzi Rayon Xəstəxanasının Stomatologiya Şöbəsinin Müdiri Cəfər Məmmədov – Peşəkarlıq, humanizm və xidmət nümunəsi
Elxan Əliyevin idarəçilik fəaliyyəti: Yol quruculuğunda məsuliyyət və peşəkarlıq nümunəsi
Masallı rayon Xoşçobanlı kəndi şəhid Musa Mustafayev və şəhid Bağırov Məmmədağa Həsənağa oğlunun adına küçələrin asfaltlama işləri
Mərkəzi Bank niyə rəqəmsal manatın tətbiqinə tələsmir?
Mərkəzi Bankın (AMB) baş direktoru Fərid Osmanov bir neçə gün əvvəl açıqlamasında, təmsil etdiyi qurumun hələ rəqəmsal manatın tətbiqi ilə bağlı qərar vermədiyini bildirib.
Fərid Osmanov, beynəlxalq trendləri nəzərə alaraq, davamlı olaraq rəqəmsal valyuta ilə bağlı təhlillərin aparıldığını, lakin onun tətbiqinə tələsmədiklərini qeyd edib:
“Çünki təhlil zamanı bir sıra istiqamətlər nəzərdən keçirilməlidir. Bunun həm monetar siyasətə, həm iqtisadiyyata təsiri, kibertəhlükəsizlik məsələləri qiymətləndirilməlidir. Bu işi AMB-nin komandası həm ayrıca, həm də beynəlxalq tərəfdaşlarla birgə həyata keçirir. Təhlillər tam yekunlaşandan sonra rəqəmsal manatın tətbiqi imkanları dəyərləndiriləcək. Yəni, hələ ki, AMB bu məsələdə qərarlı deyil”
Artıq dünyanın bir çox ölkələrdə bu valyutalara keçidin başladığı bir dövrdə Azərbaycanda bu prosesin gecikməsi nə ilə bağlıdır?
Bizim.media-nın bu və digər suallarını cavablandıran kriptovalyuta bazarı üzrə ekspert Elnur Quliyev, bəzi dövlətlərin hələ də bu valyutaya keçmədiyini diqqətə çatdırıb.
Onun sözlərinə görə, hələ bu sahədə araşdırmalar və tədqiqatlar davam edir:
“Hökumət bu istiqamətdə iş aparmaq üçün Rusiya ilə Türkiyənin apardığı tədqiqatların nəticələrini gözləyir. Ona görə ki, hər iki dövlət öz milli valyutalarının rəqəmsallaşması ilə bağlı araşdırmalar aparır. Buna görə də heç bir qanunvericilik aktı qəbul etmirlər. Əgər hansısa qərar qəbul etsələr, biz də onların təcrübəsinə əsaslanaraq, milli kripto ilə bağlı standartlar yaradacağıq.
Yalnız Çində rəqəmsal yuan tətbiq olunur və hələlik test rejimindədir. Artıq bəzi sahələrdə çalışan işçilərə əməkhaqlarını bu valyuta ilə ödəyirlər. Hətta taksi şirkətləri ödənişləri bununla qəbul etməyə başlayıblar. Onlara müəyyən keşbeklər verirlər ki, işlərini inkişaf etdirə bilsinlər”.
Müsahibimiz, hələ 2021-ci ildə AMB-nin keçmiş sədri Elman Rüstəmovun bununla bağlı açıqlama verdiyini xatırladıb:
“3-4 ay əvvəl isə Fərid Osmanov, rəqəmsal manatla bağlı konsepsiyanın hazırlandığını bildirdi. Ancaq bu söyləntilər müzakirələr səviyyəsindədir və konkret olaraq texniki iş yoxdur. Bundan başqa, kriptovalyutanın hazırlanması üçün kifayət qədər maliyyə vəsaitinə ehtiyac var. Ona görə ki, prosesə həm xarici ekspertlər cəlb olunmalı, həm də hökumət özünü psixoloji cəhətdən hazırlamalıdır.
Əgər hökumətimiz də manatın rəqəmsallaşmasının ölkə iqtisadiyyatı əhəmiyyətli olduğunu görsə, bu istiqamətdə iş aparmağa başlayacaq.
Ancaq hələlik bununla bağlı hər hansı resursumuz və vəsaitimiz yoxdur. Hətta Mərkəzi Bankda rəqəmsal valyuta ilə bağlı ayrıca bir qurum və ya şöbə yaradılmayıb”.
Mənbə: Oxu.az























































