VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
Seçkidə uduzduqdan sonra pasportları əlindən alındı - Ölkədən çıxışı qadağan edildi
Lənkəran ŞİH başçısı şəhid Elməddin Məmmədli və Ramid Əliyevin məzarını ziyarət edib
26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
Qazaxıstanın Respublikası günü münasibətilə Türkistan şəhərində keçirilən bayram tədbirlərində Azərbaycan, Türkiyə və Qazaxstan Respublikasının nümayəndə heyyətləri iştirak etdilər
25 oktyabr 2023-cü il tarixində Respublika günü münasibəti ilə Türkistan şəhərində keçirilən bayram tədbirlərində Azərbaycan, Türkiyə və Qazaxıstan Respublikasının nümayəndə heyyətləri iştirak etdilər. Bayram tədbirlərində AVMVİB Sədrinin səlahiyyətli nümayəndəsi polkovnik Elmar Hüseynov çıxış etdi. O, Qazax xalqını Respublika günü bayramı münasibəti ilə təbrik etdi. Xüsusi ilə vurğuladı ki, Turan-Türk Dövlətləri Veteranlar Birliyinin məhz müstəqil Qazaxıstanda yaranması böyük əhəmiyyət daşıyır.
Altaylardan başlayan-Balkanlara qədər uzanan çox böyük bir coğrafi məkanda yerləşən Türk dövlətləri, xalqları bir olmalıdırlar. Türk Dövlətləri başçılarının birgə keçirdikləri hər bir tədbir xalqlarımızı Dəmir yumruq kimi birləşdirir. Türkiyə Muharib Qazilər Dərnəyinin Başqanı Beyazit Yumuk, Türkiyə Harb Malulu Qazilər-Şəhid, Dul və Yetimlər Dərnəyi Başqanı Mustafa Işıq çıxışlarında Turan-Türk Dövlətləri Veteranlar Birliyinin yaranmasının əhəmiyyətini vurğuladılar.
Qazax xalqını bayram münasibəti ilə təbrik etdilər. Qazaxıstan Respublikasının Veteranlar Birliyinin sədri Murad Muxamedjanov qonaqlara təbriklərə və xoş sözlərə görə təşəkkür etdi. O, xüsusi ilə qeyd etdi ki, Turan-Türk Dövlətləri Veteranlar Birliyinin gələcəkdə görəcəyi çox böyük işlər olacaq.
Fərid Səfərov
AJB-nin üzvü






























































