Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
İNSAN HÜQUQLARINA SƏDAQƏT, ƏDALƏTƏ XİDMƏT VƏ ETİMADIN TƏNTƏNƏSİ — İSMAYIL ZALOVUN RƏHBƏRLİYİ İLƏ QARİK SANDLERİN AİLƏSİNİN HÜQUQLARININ MÜDAFİƏSİ
18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Taleh Məmmədov: 18 Oktyabr – Azadlıqdan qüdrətə, müstəqillikdən böyük gələcəyə doğru
Vətən müharibəsi iştirakçısı Rəsul Həsənov: Müstəqillik Azərbaycanın Ən Böyük Sərvətidir: 18 Oktyabrın Tarixi və Mənəvi Əhəmiyyəti
İqrar Həsənov: 18 Oktyabr – Azərbaycan dövlətçiliyinin yenidən doğuluşu və azadlıq salnaməmizin şanlı səhifəsi
Xeyriyyəçi sahibkar xanım Zərniyar Kərimova: 18 Oktyabr – Müstəqil Azərbaycanın tarixi qələbələrinin və milli iradəsinin simvolu
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov: 18 Oktyabr – Azərbaycan xalqının azadlıq iradəsinin və dövlətçilik əzminin tarixi təntənəsi
Qax RİH-nin başçısı Elvin Paşayev: 18 Oktyabr – Müstəqilliyimizin bərpası, milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsi
Dəfələrlə xəbərdarlıq etdi ki, etməyin, eləməyin...
Kubra Məhərrəmova yazır...
Bu gün Beynəlxalq Müəllimlər Günüdür - bizə məktəbdə, ali məktəbdə dərs keçən müəllimlərin günüdür. Pisləri heç, yaxşı, vicdanlı müəllimlərin bayramını təbrik edirəm.
Bizə həyat dərsi keçən müəllimlərimiz olmasa, biz də adam olmazdıq. Hər biri - yaxşısı da, pisi də sağ olsun.
Bir də var dünyaya dərs keçənlər.
Məsələn, bu gün Azərbaycan dövləti, rəsmi Bakı, cənab prezident bütün dünyaya dərs keçir - heç kimi və heç nəyi unutmamaq dərsi!
Gəncəyə raket atmaq əmrini verən, günahsız körpələrin ölümünə səbəb olan Arayik Arutyunyanı, yekəqarın milyarder Ruben Vardanyanın Türkiyə və Azərbaycan diplomatlarına qarşı elan etdiyi “nimezisi” də unutmamışıq, unutmarıq da.
Yadınızda olar yəqin, sıpa Vardanyan dedi ki, “Azərbaycan və Türk diplomatlarını dünyanın hər yerində öldürə, məhv edə bilərik”.
Sadəcə Ruben də, Araik də, əlləri dirsəyə qədər qana batan digər erməni sıpaları da düşünə bilmədilər ki, bir gün Bakıya əliqandallı, başıaşağı gətiriləcəklər. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) peşəkar zabitləri ilə fotoları çəkiləcək ki, bu fotolar ildırım sürəti ilə sosial şəbəkələrdə və KİV-də tirajlanacaq.
Arayikin DTX əməkdaşları ilə bu gün yayımlanan fotoşəklinə baxan kimi düşündüm ki, bu fotoşəkili çap edib Koçaryana, Sarqsyana və Balasanyana göndərib, arxasında da “DTX-dən sevgilərlə” yazıb göndərmək lazımdır.
Qoy onsuz da vəlvələ düşmüş canlarına daha da çox qorxu düşsün.
Bu gün onlara nə yalvar-yaxarları, nə milyardları, nə “dayday”larının zəngi-xahişi, nə də arvad paltarı geyinərək aradan çıxmaq planları kömək edir. Onlara lap uzağa getsək, nə Fransa, nə Almaniya, nə də Aİ kömək edə bilir.
Əvəzində isə boyuna qurban olduğum DTX əməkdaşları cinayətkarları bir-bir tutub gətirirlər Bakıya. Atam Oqtay kişinin məzarına and olsun ki, bizimkilər çox yumşaq davranır, çox humanist mövqe göstərirlər.
Heç nə yox, Gəncədə öldürülən körpələrin valideynləri elə bəs edər onlara. Arayiki də, Rubeni də, o biri “sarsaqları” da verələr xalqa, bəsdir.
Amma və lakin cənab prezident yenə dərs keçir, özü də ustad dərsi.
Bütün dünyaya göstərir ki, biz ermənilər kimi cinayətkar deyilik.
2020-ci ildə cəbhə xəttindən çox uzaqda yerləşən, mülki şəxslərin evləri ermənilər tərəfindən raket atəşinə məruz qalanda da Ali Baş Komandan qoymadı. Bir kəlmə dedi ki, “Biz kişi kimi döyüş meydanında qisas alırıq. Silahsız mülki insanlarla savaşmırıq”.
Dəfələrlə xəbərdarlıq etdi ki, etməyin, eləməyin, “sarsaqlamayın”! Hərəniz özünüzə bir vəzifə quraşdırıb danışırsınız. Biri “qosministr” oldu, o biri “prezident”, bir başqası “lülə qurudan” və s.
Bu gün bu yazını böyük fəxr və qürur hissi ilə yazıram.
Bu gün hamı başa düşdü ki, Azərbaycan vətəndaşına (millətindən asılı olmayaraq) qarşı hər hansı cinayət törədilərsə, mütləq və mütləq cəzasını alacaq.
Mənim üçün bu çox vacibdir. Uşaqlığım dövlət tərəfdən o qədər yetim keçib ki, bu gün qürrələnirəm, fərəhlənirəm.
Üç rəngli bayrağınla məsud yaşa, Azərbaycan!
Yazının sonunda isə müzəffər Azərbaycan Ordusuna, xüsusi təyinatlılara da təşəkkür edirəm. Hamımızın yerinə dərs keçdilər düşmənlərə!





















































