Menu
Xəbər Lenti
Tramp onları əfv etdi
30-05-2025, 06:32

Tramp onları əfv etdi

Ceki Çan qara kəmər aldı
30-05-2025, 06:13

Ceki Çan qara kəmər aldı

Xəzərdə yeni ada yaranıb
30-05-2025, 06:00

Xəzərdə yeni ada yaranıb

Yaşıd başdaşları...
28-05-2025, 17:39

Yaşıd başdaşları...

24 Sentyabr 2023 09:54Manşet / Gündəm

“Haber Global”ın beş yaşı tamam olur

 

Türkiyə teleməkanında qısa müddətdə böyük uğur qazanan “Haber Global” xəbər telekanalı bu gün beş yaşını qeyd edir.

Oxu.Az xəbər verir ki, 2018-ci il sentyabrın 24-də yayıma başlayan “Haber Global” xəbər telekanalı fəaliyyətə başladığı ilk gündən etibarən Azərbaycana aid bütün mühüm mövzuları daim diqqət mərkəzində saxlayır, müntəzəm olaraq ölkəmizlə bağlı həqiqətləri öz auditoriyasına çatdırır.

Bununla yanaşı, yayımlanan verilişlər tamaşaçıların marağına səbəb olub, telekanal auditoriyasını Türkiyə və Azərbaycanda daha da genişləndirib. Fəaliyyəti dövründə televiziyanın istehsalı olan bir sıra layihələr müxtəlif yerli və beynəlxalq festivallarda uğur qazanıb.

Xüsusilə, Vətən müharibəsində Azərbaycana tam dəstək verən telekanal Türkiyə ilə yanaşı Azərbaycan tamaşaçılarının da rəğbətini qazanıb.

Oxu.Az kollektivi olaraq “Haber Global” telekanalını fəaliyyətə başlamasının 5 illiyi münasibəti ilə təbrik edir, həmkarlarımıza uğurlar arzulayırıq!

Bizimlə əlaqə saxlayın