Azərbaycan Respublikasında Məhkəmə-Hüquq Şurasının Hüquqi Statusu və Fəaliyyətinin Konstitusion-Hüquqi Əsasları
Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?-ARAŞDIRMA
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Suskənd kəndində səyyar qəbul keçirib
İNSAN HÜQUQLARI MÜDAFİƏSİ, DEFENDING HUMAN RIGHTS ŞİRKƏTİNİN RƏHBƏRİ, BEYNƏLXALQ HÜQUQ MÜDAFİƏÇİSİ İSMAYIL ZALOV ADEX TƏDBİRİNDƏ İŞTİRAK ETDİ
ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT
Ərdoğan: “Bizə verilən vədlər yerinə yetirilmir”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, İsveç hələ də NATO-ya üzv olmaq üçün verdiyi vədləri yerinə yetirməyib.
“Qoy qanunlara və ya konstitusiyaya hər hansı düzəlişlər etsinlər. Amma İsveçdə qəbul olunmuş qanunları praktikada həyata keçirmək lazımdır. Əgər İsveçdə terrorçular polisin himayəsi altında aksiyalar təşkil etməyə davam edərlərsə, bu, hakimiyyət orqanlarının qanuna yeni dəyişikliklərə əməl etməməsi deməkdir. Bu o deməkdir ki, bizə verilən vədlər yerinə yetirilmir”, - dövlət başçısı Nyu-Yorka uçmazdan əvvəl İstanbulda keçirdiyi mətbuat konfransında deyib.
“Qərb bizə davamlı olaraq “İsveç, İsveç, İsveç” deyərək təkrarlayır. Biz cavab veririk ki, parlamentimiz müvafiq qərar qəbul edənə qədər “hə” və ya “yox” deyə bilmərik. İlk növbədə, İsveç üzərinə düşən vəzifəni yerinə yetirməlidir”, - Ərdoğan qeyd edib.
O, ABŞ Konqresinin Türkiyəyə F-16 qırıcılarının satılması perspektivini İsveçin NATO-ya üzvlüyü ilə əlaqələndirməyə meyilli olduğuna da toxunub.
“Deyirlər ki, Nümayəndələr Palatasının təsdiqi olmadan bu məsələ həll oluna bilməz. Onların orada Konqresi var, mənim də parlamentim var. Onun hansı qərarı verəcəyini təxmin edə bilmərəm”, - Türkiyə lideri vurğulayıb.
Mənbə: Anadolu






















































