“Kibermühitdə bu günün şifrəli sirr tarixçəsi sabahın açıq kitabıdır” - DTX-nin rəis müavini
ŞÜKRAN SOLTANOV – ADINA, AMALINA VƏ MƏNƏVİ DÜNYASINA LAYİQ YAŞAYAN, VƏTƏNİNƏ, İNSANLIĞA VƏ ALLAHININ LÜTFÜNƏ ŞÜKÜR EDƏN BƏNDƏ!
ŞÜKRAN SOLTANOV – MƏRHƏMƏTİN, QAYĞININ, DİQQƏTİN VƏ İNSANLIĞIN BİR ADI! HƏYATIN AĞIR SINAQLARINDAN UĞUR ZİRVƏSİNƏ UZANAN ŞƏRƏFLİ ÖMÜR YOLU
Qax RİH-nin başçısı Elvin Paşayev: 17 NOYABR – MİLLİ DİRÇƏLİŞ GÜNÜ, TARİXİ YADDAŞDAN MÜASİR AZƏRBAYCANIN QÜDRƏTİNƏ DOĞRU
Yazı makinasından süni intellektə: Azərbaycanda özəl tibbin və tibbi maarifləndirmənin ilk şahidi – Dr. Davud Qüdrətovun xatirələri
İcbari sığorta müqavilələri üzrə bildirişlər artıq “mygov” vasitəsilə də təqdim olunur
Vətənpərvər iş adamı Eldəniz Zeynalov: 17 NOYABR – MİLLİ DİRÇƏLİŞ GÜNÜ: XALQIN TARİXƏ YAZDIĞI AZADLIQ SALNAMƏSİ!
Biznes xərclərindən də millər qazandıran “ABB AZAL Miles Business” kartları təqdim olundu
Lənkəran ŞİH başçısı Taleh Qaraşov: MİLLİ DİRÇƏLİŞ GÜNÜ – AZƏRBAYCANIN MÜSTƏQİLLİK YOLUNDA MİLLİ İRADƏNİN VƏ TARİXİ QƏTİYYƏTİN TƏNTƏNƏSİ
Gələcəyin şəhərlərinə gənclərdən innovativ baxış: “İnsanyönümlü şəhərlər” hakatonu başa çatıb
Azərbaycan Avropanın yaşıl enerji gələcəyinin etibarlı tərəfdaşlarından biri olacaq
Son bir həftədə Türkiyədə zərərsizləşdirilən və sərhədi qanunsuz keçmək istəyən terrorçuların sayı açıqlandı
Türkiyədə son bir həftədə 44 terrorçu zərərsizləşdirilib ki, bununla da bu il zərərsizləşdirilən terrorçuların sayı 1146-ya çatıb.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi keçirdiyi həftəlik brifinq zamanı məlumat verib.
Nazirliyin mətbuat və ictimaiyyətlə əlaqələr müşaviri, kontr-admiral Zeki Aktürk tərəfindən verilən açıqlamaya görə, son bir həftə ərzində qanunsuz yolla sərhədi keçməyə cəhd edən 474 nəfər saxlanılıb ki, bunlardan da 30-u FETÖ üzvü olub.
“Başda PKK/KCK-PYD/YPG, FETÖ və İŞİD terror təşkilatları olmaqla, ölkəmizə qarşı bütün təhdid və təhlükələrə qarşı proaktiv və fasiləsiz həyata keçirilən əməliyyatlar nəticəsində son bir həftədə 44 terrorçu zərərsizləşdirilib. Beləliklə də bu il zərərsizləşdirilən terrorçuların sayı 1146-ya, 24 iyul 2015-ci ildən bu yana isə 38 min 489-a çatıb”, - deyə o bildirib.
“Son bir həftə ərzində qanunsuz yolla sərhədi keçməyə cəhd edən 474 nəfər saxlanılıb. Bu şəxslərdən 37-si terror təşkilatının üzvü, 30-u isə FETÖ üzvüdür. 4 min 291 nəfərin isə sərhədi keçməmiş qarşısı alınıb. Beləliklə, il ərzində qeyri-qanuni yollarla sərhədlərimizi keçməyə cəhd edərkən saxlanılanların sayı 5 min 756-ya nəfərə çatıb ki, onlardan 285-i FETÖ üzvü olub. Sərhədi keçməzdən əvvəl qarşısı alınanların sayı isə il ərzində 145 min 697 nəfər olub”, - deyə Zeki Aktürk əlavə edib.
Mənbə: Milliyet.com.tr























































